Məqsədli büdcə fondları – dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaitidir.
Sekvestr – dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin gəlirləri yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
Müdafiə olunan xərc maddələri –büdcə ili ərzində maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləridir.
Dövlət borcu – müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında alınan və müəyyən olunmuş müddətlərdə qaytarılmasına öhdəlik götürülən maliyyə vəsaitidir.