Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 0,67 Mb.
səhifə43/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Standartı
Bu Standartın məqsədi borclara aid edilən məsrəflərin mühasibat uçotunda əks etdirilməsi qaydasının müəyyən edilməsindən ibarətdir. Bu standart, əsasən, borclar üzrə məsrəflərin dərhal xərclər kimi tanınmasını tələb edir. Lakin standartda alternativ uçot metodu olaraq şərtlərə cavab verən aktivin əldə olunması, tikilməsi və ya istehsalı ilə birbaşa əlaqəli olan borclar üzrə məsrəflərin kapitallaşdırılmasına yol verilir.

Bu Standart borclar üzrə məsrəflərin mühasibat uçotunda əks etdirilməsi məqsədilə tətbiq olunmalıdır.

Bu standart xalis aktivlər/kapital ilə əlaqədar faktiki və ya fərz olunan xərclərə tətbiq olunmur. Büdcə təşkilatları kapital məsrəflərinə cəlb olunarsa, o zaman müvafiq məsrəflərin borclara aid edilən xərclər anlayışı kateqoriyasına daxil olması və ya xalis aktivlər/kapital ilə əlaqədar faktiki və ya fərz olunan xərclər kimi uçota alınması müəyyən edilməlidir.

Bu Standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir.

“Birləşdirilmiş (konsolidə edilmiş) və fərdi maliyyə hesabatları” üzrə 6

-li Milli Mühasibat Uçotu Standartı
Bu Standartın məqsədi maliyyə hesabatlarını qrup adından təqdim edən təşkilatlar tərəfindən tətbiq edilməli olan qaydaların müəyyən olunmasıdır.

Bu Standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Mühasibat Uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir.


“Asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların uçotu üzrə” 7 №-li Milli Mühasibat Uçotu Standartı

Bu Standartın məqsədi investisiya obyektlərinin törəmə müəssisəsi kimi deyil, asılı təsərrüfat cəmiyyəti kimi təsnifləşdirilməsi üçün, digər müəssisənin kapitalında kifayət qədər investisiyalara malik olan təşkilat tərəfindən maliyyə hesabatlarının tərtib edilməsi zamanı qəbul edilməli olan qaydaların müəyyən edilməsidir.

Bu Standart vençur (riskli) kapitala malik olan təşkilatların tərkibinə daxil olan asılı təsərrüfat cəmiyyətlərinə investisiya yatırmalarına tətbiq edilmir.

Bu Standart asılı təsərrüfat cəmiyyətlərində mülkiyyət payının uçotu üçün baza təmin edir. Bu zaman digər təşkilata yatırılan investisiya mülkiyyət payı ilə bağlı olan risk və mükafatları investora ötürür. Standart yalnız investisiya obyektlərinin rəsmi iştirak payı strukturuna (və ya onun ekvivalentinə) yatırılan investisiyalara şamil edilir. Rəsmi iştirak payı strukturu dedikdə səhm kapitalı və ya birləşdirilmiş kapitalın müvafiq formaları, məsələn, mülkiyyət fondunda (trastında) iştirak payı başa düşülür. Buraya həmçinin investorun iştirak payının

dəqiq ölçülməsi mümkün olan digər iştirak payı strukturları da daxil ola bilər.

İştirak payı strukturu zəif müəyyən edildikdə mülkiyyət payına dair dəqiq məlumatların əldə edilməsi qeyri-mümkün ola bilər.

Bu Standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir.


“Birgə müəssisələrdə iştirak payları” üzrə 8 №-li Milli Mühasibat


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin