Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 0,67 Mb.
səhifə42/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Standartı
Standartın məqsədi hesabat ili üçün tərtib edilmiş maliyyə hesabatları ilə həmin təşkilatın əvvəlki dövrlər üçün hazırladığı maliyyə hesabatları, eləcə də digər təşkilatların maliyyə hesabatları arasında müqayisəni təmin edən ümumi təyinatlı, maliyyə hesabatlarının təqdim edilməsi üzrə metodların müəyyən edilməsidir.

Standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Standart büdcə təşkilatlarından, bələdiyyə orqanlarından və büdcədənkənar fondlardan maliyyə hesabatlarının hesablama metodu əsasında hazırlanıb təqdim edilməsini tələb edir.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, tətbiq edilir.


Pul vəsaitlərinin hərəkəti haqqında Hesabatı üzrə 2 №-li Milli Mühasibat Uçotu Standartı

Bu standartın məqsədi pul vəsaitlərinin əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyətləri üzrə təsnifləşdirilən pul vəsaitlərinin hərəkəti haqqında hesabat vasitəsilə keçmiş hesabat dövründə təşkilatın pul vəsaitləri və onların ekvivalentlərinin hərəkətində baş verən dəyişikliklər haqqında informasiyanın təqdim edilməsinin tələb edilməsindən ibarətdir.

Hesablama metodu əsasında maliyyə hesabatları hazırlayan və təqdim edən təşkilat pul vəsaitlərinin hərəkəti haqqında hesabatını bu Standartın tələblərinə uyğun olaraq hazırlamalı və onu maliyyə hesabatlarının hazırlandığı hər hesabat dövrü üzrə təqdim edilən maliyyə hesabatlarının tərkib hissəsi kimi təqdim etməlidir.

Bu standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu standartı tətbiq edilir.



Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər üzrə 3

-li Milli Mühasibat Uçotu Standartı

Bu standartın məqsədi uçot siyasətində və uçot qiymətlərində edilən dəyişikliklərə və səhvlərin düzəldilməsinə dair məlumatın açıqlanması və uçot qaydaları ilə yanaşı, uçot siyasətinin seçilməsi və dəyişdirilməsi üçün istifadə olunan meyarların müəyyən olunmasından ibarətdir.

Bu Standartın uçot siyasətinin seçilməsi və tətbiqi zamanı, habelə uçot siyasətində və uçot qiymətlərində dəyişikliklərin və əvvəlki hesabat dövrlərinin səhvləri üzrə düzəlişlərin uçotu zamanı tətbiq edilir.

Əvvəlki hesabat dövrlərinin səhvlərinin düzəldilməsi və uçot siyasətlərində dəyişiklərin tətbiq edilməsi məqsədilə aparılmış retrospektiv düzəlişlər üzrə vergi nəticələri ictimai sektora məxsus əksər büdcə təşkilatları üçün müvafiq olmaması səbəbindən bu standart çərçivəsində nəzərdən keçirilmir. “Mənfəət vergisi” adlı 12 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı əvvəlki hesabat dövrlərinin səhvlərinin düzəldilməsi və uçot siyasətlərində tətbiq edilməsi məqsədilə aparılmış retrospektiv düzəlişlər üzrə vergi nəticələrinin uçotuna dair təlimatları əks etdirir.

Bu standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir.




Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri üzrə 4 №-li Milli Mühasibat Uçotu Standartı

Bu standartın əsas məqsədi təşkilatın xarici valyuta ilə həyata keçirdiyi əməliyyatların, habelə xarici ölkələrdə aparılan fəaliyyətlərin təşkilatın maliyyə hesabatlarında əks etdirilməsi və maliyyə hesabatlarının təqdimat valyutasına çevrilməsi qaydalarının müəyyən edilməsidir.

Bu standart hansı məzənnənin seçiləcəyi və maliyyə hesabatlarında məzənnə dəyişikliklərinin təsirinin necə göstərilməsini müəyyən edir.

Mühasibat uçotunun hesablama metodu əsasında maliyyə hesabatları hazırlayan və təqdim edən təşkilat bu Standartın tətbiqi ilə bağlı Şərhlər və Tövsiyyələrdəki əlavə şərtləri nəzərə almaqla, Standartın tələblərinə uyğun olaraq xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri ehtiyatları uçota almalıdır.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, hazırkı Standart tətbiq edilməlidir.




Borclara aid edilən xərclər üzrə 5 №-li Milli Mühasibat Uçotu


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin