Rəqabət Rəqabət strategiyası tərəflərin maraqlarının ziddiyyətli olmasından qaynaqlanır. Ancaq bunu qəti barışmazlıq kimi yozmaq doğru deyildir. Ən azı ona görə ki, tərəflər danışıq aparmağa meyllidir. Sadəcə tərəflərdən biri öz maraqlarının maksimum təmin olunması üçün bütün vasitələrə əl atmaq cəhdində olur. Bir tərəf qarşı tərəfə özünün daha güclü oldu-ğunu nümayiş etdirməklə nəticəni öz maraqlarına uy-ğunlaşdırmağa çalışır.
Təbii ki, danışıqlar mümkün vasitələrlə maraq-larən gerçəkləşməsinə xidmət edir. Əslində əmədaşlq və rəqabət strategiyası arasında konkret sərhəd yoxdur. Bunlar bir-birini tamamlayan sonsuz proses kimi labüddür. Əməkdaşlq qloballaşan dünyada hər bir dövlətin yaşam tərzini müəyyənləşdirir. Rəqabət isə, yaxşı mənada, inkişafın barometridir. Dövlətlər arasında fikir ayrılıqları yaradan amillər çoxdur. Əməkdaşlıq məhz ona görə daha əlverişlidir ki, hər hansı zəmində konflikt yaranacağını qabaqlayır, qarşılıqlı etimadsızlığa son qoyur.
Tərəflərdən birinin qeyri konstruktiv davranışı əməkdaşlığa zərbə vurur və hətta dayandırılmasına gətirib çıxarır. Rəqabət strategiyası bir növ özünü qarşı tərəfdən üstün tutmaq düşüncəsindən irəli gəlir. Qarşı tərəfi arzusunda olmayan addımı atmağa təhrik etmək, maraqlarını üstələmək son nəticədə destruktiv danışıqlarla tamamlanır.
Tərəflər müxtəlif səbəblər üzündən bir-birindən (qısamüddətli və yaxud uzun müddətli) uzaqlaşmalı olur. Bu xoşagəlməz vəziyyəti tədqiqatçılar (U.Mas-tenbruk) “əməkdaşlıq paradoksu” termini ilə ifadə edirlər. Təbii ki, sonradan tərəflərdən hansısa tətəf vəziyyətə düzəliş etmək marağında olduğundan danı-şıqların yenilənməsi gündəmə gəlir( Misal üçün, Türkiyə səmasında Rusiya qırıcı təyyarəsinin vurulma-sından sonra proseslər iki dövlət arasında münasi-bətlərin dayandırılması ilə nəticələndi. Bir neçə aylıq soyuq münasibətlərə 2016-cı ilin iyun ayında Türkiyə-nin təşəbbüsü ilə son qoyuldu). Beləliklə, strategiya danışıqlarda arzu olunan nəticənin gerçəkləşməsi üçün işlənib hazırlanmış ana xəttdir.