Linkoln taktikası. Bu zaman əsas problemin həl-li ilə bağlı hər hansı dəlillərin açıqlanması bilərəkdən yubadılır, qarşı tərəfə öz mövqeyini bildiməyə imkan verilmir və danışıqlara ayrılan vaxt, demək olar ki, ikinci dərəcəli məsələlərin müzakirəsinə həsr olunur.
Maksimilyan taktikası. Qarsı tərəfin diqqətinə vaxtın azlığını çatdırmaqla onu əsas mövzudan yayın-masına imkan verməmək. Bu atmosferdə özünü həqi-qətən işgüzar göstərməklə əsl məqsədlərini pərdə-ləmək məharəti tələb olunur. Qarşı tərəfi inanır ki, vaxt olsaydı, çox iş görmək olardı.
Taleyran taktikası. Bu taktikanın əsasında müt-təfiqləri parçalamaq, onların arasında nifaq yarat-maq, bir-biri ilə barışmaz mövqedə durmasına təkan verməklə onlara təklikdə zərbə vurmaq niyyəti daya-nır. Necə deyərlər, “parçala - hökm sür.” “Qəfil” taktika. Qarşı tərəfə məlum olmayan bir neçə problemlə bağlı sual verməklə çaşqınlıq yarat-maq.
“Təxribat” taktikası. Bir müddət ortaya qoyulan fikirlərlə narazılıq reaksiyası müşahidə olunur. Bu məqam sonradan danışıqların daha konstruktiv ol-ması üçün start nöqtəsi ola bilər. Öz mövqeyini daha cəsarətlə çatdırmaq üçün vaxt qazanmaq bu takti-kanın əsasında durur.
“Proqnoz” taktikası . Real faktları, rəqəmləri, baş verənləri diqqətə tuşlamaqla hadisələrin sonrakı inki-şaf tendensiyasını, bunun acı nəticələrini qabartmaq və qarşı tərəfə təsir göstərmək niyyətindən qaynaq-lanan taktikadır. Bu zaman müəyyən tövsiyələr veril-məsi də istisna deyildir.
“Birbaşa qoşulma”taktikası. Əgər tərəflər prob-lemlə tanışdırsa, yetərli dərəcədə məlumatlıdırsa, uzun-uzadı danışmaq(retrospektiv yanaşma)yersizdir. Ayrılan vaxtı səmərəli istifadə etmək daha məqsədə-uyğundur.
Qeyd olunmalıdır ki, ünsiyyət məqamlarında (danışıqlarda) mütəxəssislərin xəbərsiz olduğu, mən-bələrdə təsvir olunmayan, heç kəs tərəfindən öyrə-nilməyən çoxsaylı taktikalar özünə yer ala bilər. Odur ki, danışıqların iştirakçılarının qarşı tərəfin hər bir addımına (taktikasına) adekvat davranış nümayiş etdirmək məharəti olmalıdır. Əslində məqamların özü qədər taktikalar da sonsuzdur.