Beynəlxalq hüququn mənbələrininin xüsusiyyətləri



Yüklə 21,14 Kb.
səhifə1/2
tarix11.01.2023
ölçüsü21,14 Kb.
#78981
  1   2
5.Beynəlxalq hüququn mənbələri anlayışı, növləri, nisbəti, xüsusiyyətləri


  1. Beynəlxalq hüququn mənbələrininin xüsusiyyətləri

Beynəlxalq hüququn mənbələri beynəlxalq hüquq normalarının mövcudluğunun xüsusi rəsmi hüquqi formasıdır. Onlar dövlətlər tərəfindən qəbul edilir və dövlətlərin razılaşdırılmış iradələrini bildirirlər. Dövlətlər öz mülahizələrinə uyğun olaraq hüquqi və ya mənəvi-siyasi cəhətdən məcburi olan norma yarada bilərlər. Hüququn mənbəyi hüquq normalarının ifadə, mövcudluq və möhkəmləndirilmə formasıdır. Beynəlxalq hüquq normaları birbaşa deyil, yalnız müəyyən mənbələrdə təsbit edildikdə həyata keçirilir.
Hüquq normaları yalnız mənbələr vasitəsilə hüquq subyektləri üçün hüquq və vəzifələr yaradır. Bu xüsusiyyət beynəlxalq hüququn mənbəyinin digər hüquq mənbələri sistemindəki yerini müəyyən etməyə imkan verir. Beynəlxalq hüquq normalarını adət normalarından, həm də beynəlxalq nəzakət normalarından fərqləndirmək lazımdır. Beynəlxalq hüquq normaları hüquqi məcburi davranış qaydalarıdır, adət və nəzakət normalarının belə hüquqi qüvvəsi yoxdur. Beynəlxalq hüquq normalarının pozulması beynəlxalq hüquqi məsuliyyətə səbəb olur, digər normaların pozulması belə məsuliyyət yaratmır.
Beynəlxalq hüquq normalarının məzmununu beynəlxalq hüququn subyektlərinin hüquq və vəzifələri təşkil edir. Subyektlər öz aralarında münasibətlərə girərərk öz hüquq və vəzifələrini həyata keçirirlər.
Beynəlxalq hüququn subyekti beynəlxalq hüquq normasının məzmunu əsasında həm özünün, həm də digər subyektlərin davranışını qiymətləndirə bilər. Beynəlxalq hüquq norması subyektlərin davranışını tənzimləyir və tənzim olunan beynəlxalq münasibətlər beynəlxalq hüquqi xarakter əldə edir.
Bəzi beynəlxalq hüquq normalarını prinsip adlandırırlar. Onlar da beynəlxalq hüquq normalarıdır, ancaq belə adlandırma ya tarixən onların belə adlandırması, ya da beynəlxalq hüquqi tənzimləmədə rolu ilə bağlıdır. Beynəlxalq hüququn bəzi normaları digər normalarına nisbətən ümumi xarakter daşıyır və beynəlxalq hüquq qaydasının qorunmasında mühüm rol oynayırlar. Bu rinsiplərə bir qayda olaraq beynəlxalq hüququn prinsiplərini aid edirlər, onlar beynəlxalq hüquq qaydasının fundamentini təşkil edirlər. Bu prinsiplərin pozulması beynəlxalq hüquq qaydasına qəsd kimi qiymətləndirilir.
Beynəlxalq münasibətlərin müxtəlifliyi beynəlxalq hüquq normalarının da müxtəlifliyini şərtləndirir. Eynicinsli beynəlxalq münasibətlər qruplarını və komplekslərini tənzim edən beynəlxalq hüququn institutlarını və sahələrini fərqləndirmək mümkündür.
Beynəlxalq hüquq normaları beynəlxalq hüquq sisteminin elementləri olan institutları və sahələri yaradırlar. Beynəlxalq hüququn sahəsi müəyyən növ beynəlxalq münasibətləri tənzim edən normaların və institutların məcmusudur. Məsələn, beynəlxalq müqavilələr hüququ, beynəlxalq təşkilatlar hüququ və s.
Beynəlxalq hüquq institutu eyni cinsli münasibətləri tənzim edən beynəlxalq hüquq normalarının məcmusudur. Məsələn, hüquqpozmalara görə beynəlxalq məsuliyyət, hüquq varisliyi institutu və s.
Beynəlxalq hüquq normalarının yaradılması prosesi, üsulları və formaları daxili hüquq normalarının yaradılmasından fərqlənir. Beynəlxalq münasibətlərdə qanunverici orqan olmadığından beynəlxalq hüququn subyektlərinin iştirakı olmadan hüquq normalarını qəbul etmək mümkün deyildir. Beynəlxalq hüquq normalarının yaradılmasının yeganə yolu beynəlxalq hüququn subyektlərinin razılığıdır. Yalnız beynəlxalq hüququn subyektləri öz davranış qaydalarına hüquqi məcburiyyət xarakteri verirlər.
Beynəlxalq münasibətlərdə beynəlxalq hüquq mühafizə orqanları olmadığından beynəlxalq hüquq normalarına əməl olunması və həyata keçirilməsi əsasən bu hüquq sisteminin subyektləri tərəfindən könüllülük əsasında həyata keçirilir.
Ümumi hüquq nəzəriyyəsinə görə hüquq normalarına üç element daxildir: hipoteza, müəyyən edilmiş davranış qaydasının fəaliyyət göstərməsi şərtini müəyyən edir; dispozisiya, davranış qaydasını izah edir; sanksiya, davranış qaydasını pozan hüquq subyekti üçün baş verən mənfi hüquqi nəticələri göstərir. Ancaq belə quruluş hərfi mənada qəbul edilməməlidir. Beynəlxalq hüquq normaları adətən, yalnız davranış qaydasını izah edən dispozisiyadan ibarət olur, bu normanı fəaliyyətə gətirən hüquqi fakt (hipoteza) isə sistemin digər normalarında verilir. Beynəlxalq hüquqda sanksiyalar beynəlxalq məsuliyyət haqqında ayrıca normalar sistemində verilir.



Yüklə 21,14 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin