Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri



Yüklə 210,43 Kb.
səhifə18/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   ...   14   15   16   17   18   19   20   21   ...   57
muhazre1

Gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük dəyərinə görə, vergi dərəcəsinin faizlə ifadəsinə uyğun hesablanır,

Gömrük ödənişlərinin vergiqoyma bazası malın gömrük dəyəri götürülür. AR Gömrük Məcəlləsinin 115-ci maddəsinə görə, gömrük ödənişlərinin hesablanması üçün “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanuna uyğun olaraq müəyyən edilən malların və nəqliyyat vasitələrinin gömrük dəyəri əsas götürülür. Gömrük dəyərinin hesablanmasına və onu təsdiqləyən sənədlərə xüsusi tələblər nəzərdə tutulmuşdur. Belə ki, gömrük dəyərinin təyin edilməsi “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 12 yanvar 1998-ci ildə 7 saylı qərarı ilə qəbul olunmuş “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları” əsasında həyata keçirilir. AR Dövlət Gömrük Komitəsinin 25 dekabr 1997-ci il tarixli 1106 saylı əmri ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında Əsasnamə təsdiq edilmişdir. AR “Gömrük tarifi haqqında” qanunun müddəalarına uyğun olaraq, gömrük rüsumlarının dərəcələri AR Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Bu dərəcələr, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, respublikanın bütün ərazisində eynidir və kimsəyə görə dəyişilməyə məruz qala bilməz. Azərbaycan Respublikasının ərazisində Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş və ölkənin gömrük sərhədindən keçirilən (idxal və ixrac) bütün mallara tətbiq edilən gömrük ödənişləri dərəcələrinin toplusu - Gömrük tarifi fəaliyyət göstərir.



Əgər Dövlət Gömrük Komitəsinin normativ aktlarında digər hallar nəzərdə tutulmamışdırsa gömrük ödənişlərinin dərəcələri gömrük bəyannaməsinin qəbul edildiyi gün tətbiq olunur. Gömrük ödənişləri aşağıdakı 3 əsas funksiyanı yerinə yetirir: 1) fiskal (“fisk” latın sözü olub, “zənbil” deməkdir) - bu dövlət büdcəsinin gəlirlər hissəsinin bəndlərindən biri olduğu üçün, həm idxal və həm də ixrac rüsumlarına aiddir; 2) proteksionist (müdafiə) - onun köməyi ilə dövlət milli istehsalçıları arzuolunmaz xarici rəqabətdən qorunduğu üçün, ancaq idxal rüsumlarına aid edilir; 3) balanslaşdırıcı - daxili qiymətləri bu və ya digər səbəbdən dünya qiymətlərindən aşağı olan malların ixracının arzuolunmazlığını həyata keçirmək üçün ixrac rüsumlarına aiddir.

Növlərinə görə gömrük rüsumlarını aşağıdakı kimi təsnifatlandırmaq olar (cədvəl 1). Alınma qaydalarına görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlandırılır: 1) advolar (latınca “ad valorem” sözündən götürülüb, mənası “dəyərdən” deməkdir) - rüsuma cəlb olunan malların gömrük dəyərindən faizlə hesablanır. Gömrük rüsumlarının bu cür hesablanması aşağıdakı düsturla həyata keçirilir: Advolar rüsumlar satışa qoyulan vergiylə eynilik təşkil edir və adətən eyni mal qrupu daxilində müxtəlif keyfiyyət xüsusiyyətlərinə aid olan mallar rüsuma cəlb olunduqda tətbiq olunur. Advolar rüsumların müsbət cəhəti ondan ibarətdir ki, malların qiymətlərinin dəyişməsindən asılı olmayaraq daxili bazarın qorunması səviyyəsini eyni qaydada saxlayır. Bu zaman yalnız büdcənin gəlirləri dəyişikliklərə məruz qalır. Məsələn, əgər rüsumun dərəcəsi 20%-dirsə, onda malın qiyməti 100 avro olduqda, büdcənin gəliri 20 avro olacaqdır. Malın qiyməti 200 avroya qədər artarsa, müvafiq olaraq büdcənin gəliri də 40 avroya çatacaqdır və ya qiyməti aşağı düşəcəksə büdcənin gəliri azalacaqdır. Lakin bütün hallarda idxal olunan malın qiyməti advolar rüsumun faizi qədər artacaqdır. Advolar rüsumun mənfi cəhəti ondan ibarətdir ki, bu halda rüsuma cəlb olunan mallar üçün gömrük dəyərinin hesablanmasını zəruri edir. Bildiyimiz kimi, malların qiyməti çoxsaylı iqtisadi (mübadilə məzənnəsi, faiz dərəcələri və s.) və inzibati (gömrük tənzimlənməsi) amillərdən asılıdır ki, bu da advolar rüsumların tətbiqi zamanı qiymətləndirmənin subyektivliyinə səbəb olur. 2) Spesifik - rüsuma cəlb olunmuş malların hər vahidinə müəyyənləşdirilmiş qaydada hesablanır (məsələn, hər kq-a görə avro ilə). Spesifik gömrük rüsumları aşağıdakı düsturla hesablanır:* Spesifik rüsumlar adətən standart mallara qoyulur və mühüm üstünlükləri vardır. Belə ki, inzibati cəhətdən çox sadədir və əksər hallarda sui-istifadə üçün heç bir imkan yeri qoymur. Ancaq spesifik rüsumlar qiymətlərin dəyişilməsindən daha çox asılı olduğundan, onların köməyi ilə bazarın gömrük vasitəsi ilə qorunması səviyyəsi qənaətbəxş deyildir. Məsələn, idxal qiymətləri qalxan zaman, daxili bazarın spesifik tariflərlə qorunması səviyyəsi aşağı düşür. Belə ki, avtomobilin qiyməti 10 000 avro olduqda, spesifik rüsum 10% olduğundan 1000 avro rüsum alınırsa, onun qiyməti 12 000 avroa olduqda spesifik rüsum 8,3% təşkil etdiyindən alınan rüsum 996 avro təşkil edəcəkdir. Nəzərə almaq lazımdır ki, idxal mallarının qiyməti düşən zaman, spesifik tarif artır. Qoyulma obyektinə görə gömrük rüsumları 3 qrupa bölünür: 1) idxal - ölkənin daxili bazarına sərbəst dövriyyə üçün buraxılan idxal mallarına qoyulan rüsumlar. Rüsumların ən üstün forması olub, bütün dünya ölkələri tərəfindən milli istehsalçıları xarici rəqabətdən qorumaq üçün tətbiq olunur. Müxtəlif ölkələr öz inkişafının ayrı-ayrı mərhlələrində idxal rüsumlarının köməyi ilə vergi gəlirlərini təmin ediblər, lakin onların kəmiyyəti sonradan kəskin azalıb, fiskal funksiyanı isə digər vergi gəlirləri əvəzləyib. Məsələn, gəlir vergisi. Əgər XIX yüzilliyin axırlarında ABŞ büdcə mədaxilinin 50%-ni idxal gəlirləri ilə doldururdusa, hal-hazırda idxal gəlirləri büdcə mədaxilinin cəmisi 1,5%-ni təşkil edir. 2) ixrac - ölkənin gömrük ərazisindən kənara çıxarılan mallara qoyulan rüsumlar. Adətən çox nadir hallarda yerli qiymətlə dünya bazarı qiymətləri arasında kəskin fərq olduqda, büdcə mədaxilini artırmaq üçün 15 istifadə olunur. İxrac rüsumları malın dünya bazarındakı dəyərini artırdığından, onun rəqabət qabiliyyətini aşağı salır. Başqa hallarda isə, ölkələr yerli xammalın ölkədən axınının qarşısını almaq üçün tətbiq olunur. Belə hallar Tailand və Myamadan (keçmiş Birma) düyü ixracı, Braziliyada isə kofe ixracı zamanı olmuşdur. Məsələn, Avstriya ölkədən emal olunmamış oduncaq məmulatlarının çıxarılmasını məhdudlaşdırmaq üçün ixrax rüsumları tətbiq edir. Anoloji hala Rusiyada da rast gəlmək olur. Hal-hazırda idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri 05.VIII.1998-ci il tarixli 167 saylı, 30.X.1998-ci il tarixli 218 saylı, 27.02.1999-cu il tarixli 25 saylı, 25.05.2000-ci il tarixli 94 saylı, 6 iyul 2000-ci il tarixli 112 saylı, 15.VIII.2000-ci il tarixli 138 saylı, 07.09.2000-ci il tarixli 164 saylı, 25.09.2000-ci il tarixli 173 saylı, 26.09.2000-ci il tarixli 174 saylı, 26.X.2000-ci il tarixli 195 saylı, 07.03.2001-ci il tarixli 62 saylı, 12.04.2001-ci il tarixli 80 saylı, 13.VIII.2001-ci il tarixli 138 saylı, 15.04.2002-ci il tarixli 65 saylı, 27.04.2002-ci il tarixli 71 saylı, 31.01.2005-ci il tarixli 12 saylı və 01.02.2006-cı il tarixli 31 saylı qərarlara əsasən dəyişikliklər və əlavələr edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxald əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22.04.1998-ci il tarixli 91 saylı Qərarı ilə tənzimlənir (bax. Əlavələrə). 3) tranzit - ölkə ərazisindən keçirilib aparılan mallara qoyulan rüsumlar. Bu rüsumların miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Xarakterinə görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlaşdırılır: 1) fəsili (müvəqqəti) - fəsili xarakter daşıyan məhsulların, xüsusilə də kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətini operativ tənzimləmək üçün tətbiq olunan rüsumlardır. Adətən onlardan istifadə müddəti il ərzində bir neçə ay olur. Həmin vaxt ərzində bu mallara tətbiq olunan gömrük tarifinin fəaliyyəti dayandırılır. (“Gömrük tarifi haqqında” Qanun, 5-ci maddə); 2) antidempinq (ingiliscə “dumping” hərfi mənada “dağıtma” deməkdir) - ölkə ərazisinə normal qiymətlərdən daha ucuz mal gətirildikdə və bu cür idxal yerli mallara və ya yerli sahibkarlara ciddi ziyan vurduqda, habelə belə malların yerli istehsalını genişləndirdikdə istifadə olunan rüsumlardır (“Gömrük tarifi haqqında” Qanun, 8-ci maddə); 3) kompensasiya (latınca “compensatio” sözündən olub, hərfi mənası “ödəmə” deməkdir) - ölkənin gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və ya dolayı yolla subsidiyalardan (latınca “subsidium” sözündən olub, mənası “yardım”, “kömək” deməkdir) istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və yaxud bu hal istisna edilmədikdə tətbiq olunur (“Gömrük tarifi haqqında” Qanun, 9-cu maddə); 4) xüsusi - əgər ölkənin gömrük ərazisinə gətirilən malların miqdarı və gətirilmə şərtləri, həmin malların yerli istehsalçılarına ziyan vurursa və ya ziyan vura bilərsə, onda müdafiə tədbiri kimi tətbiq olunan rüsumlardır. Adətən xüsusi rüsumlar, ölkəni onun ticarət tərəfdaşlarından haqsız rəqabətbən qorumaq, yaxud da digər dövlətlər tərəfindən onun maraqlarına ziyan vuranlara qarşı cavab tədbiri kimi, birtərəfli qaydada istifadə olunur. Bu cür rüsumlar ölkə hökumətinin və ya parlamentinin tapşırığı ilə ölkə bazarında aparılan xüsusi təhqiqatlardan sonra həyata keçirilir. Təhqiqat zamanı ticarət ortaqları ilə ikitərəfli danışıqlar aparılır, tərəflərin mövqeyi müəyyənləşdirilir, mövcud situasiyadan əmələ gələn mümkün izahatlar araşdırılır və əmələ gəlmiş narazılığı aradan qaldırmaq üçün siyasi vasitələr və yollardan istifadə olunur. Əgər ticarət razılığını tənzimləyən bütün cəhdlər boşa çıxarsa, onda xüsusi rüsumlar sonuncu vasitə kimi tətbiq olunur. Mənşəyinə (əmələ gəlməsinə) görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlandırılır: 1) avtonom - ölkənin hakimiyyət orqanlarının qərarı ilə birtərəfli qaydada tətbiq olunan rüsumlardır. Adətən gömrük tarifinin tətbiqi ölkə parlamenti tərəfindən qəbul olunan qanunla, gömrük rüsumlarının dərəcələri isə ölkə hökuməti tərəfindən qəbul olunmuş qərarla həyata keçirilir; 2) konvension (müqavilə yolu ilə) - ikitərəfli və ya çoxtərəfli razılaşmalar əsasında tətbiq olunan rüsumlardır. Məsələn, Tariflər və Ticarət haqqında Baş Sazişə - TTBS (CATT - General Agreementon Tariffs and Trade, 1995-ci ildən Ümumdünya Ticarət Təşkilatı - WTO - World Trade Organization adlanır) görə; 3) preferensial (güzəştli) - çoxtərəfli razılaşmalar əsasında inkişaf etməkdə olan ölkələrin mallarına mövcud gömrük tarifləri ilə müqayisədə daha aşağı dərəcələrin tətbiq olunduğu rüsumlardır. Güzəştli rüsumların əsas məqsədi, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını ixracı genişləndirmək yolu ilə köməklik göstərməkdir. İnkişaf etməkdə olan ölkələrdən alınan hazır məhsullara, inkişaf etmiş ölkələr tərəfindən idxal tarif dərəcələrini kifayət qədər aşağı salan Ümumi güzəştlər sistemi 1907-ci ildən fəaliyyət göstərir. Stavkaya (dərəcəyə) görə gömrük rüsumları 2 yerə ayrılır: 1) daimi (sabit) - dövlət orqanları tərəfindən müəyyənləşdirilən və şəraitdən asılı olaraq dəyişilməyə məruz qalmayan gömrük tarifi. Dünya ölkələrinin əksəriyyətində daimi tariflərdən istifadə olunur; 2) dəyişkən - mövcud şəraitdən asılı olaraq (dünya və ya yerli qiymətlərin səviyyəsi dəyişdikdə, dövlət subsidiyalarının səviyyəsi dəyişdikdə) hökumət tərəfindən dəyişdirilən gömrük rüsumları. Bu cür tariflərdən az da olsa, Qərbi Avropada vahid aqrar siyasət çərçivəsində istifadə olunur.

Hesablanma qaydasına görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlandırılır: 1) nominal - gömrük tarifində göstərilən tarif dərəcələridir. Bu tarif dərəcələri ölkənin idxal və ixraxının məruz qaldığı gömrük ödənişlərinin səviyyəsi haqqında ancaq ümumi təsəvvür yaradır; 2) səmərəli (effektiv) - son məhsula, rüsumların səviyyəsi nəzərə alınmaqla hesablanmış gömrük rüsumlarının real səviyyəsi. Gömrük rüsumlarının dərəcələri malların mənşə ölkəsindən asılı olaraq, differensial şəkildə tətbiq olunur. MDB dövlət başçıları Şurasının 30 noyabr 2000-ci il tarixli qərarı ilə təsdiq olunmuş Qaydalara görə, malın mənşə ölkəsi dedikdə, malın tamamilə həmin ölkədə istehsal olunması və ya kifayət qədər istehsal olunması (emala məruz qalması) başa düşülür. Malın kifayət qədər emal edilmə meyarları aşağıdakılardır: 1) Azərbaycan Respublikası Xarici İqtisadi fəaliyyətin Əmtəə nomenklaturasına (XİF MN) görə təsnifat kodunun ilk dörd rəqəm səviyyəsində dəyişməsi - mal mövqeyinin dəyişməsi; 2) malın həmin ölkədə istehsal olunması üçün kifayət edən istehsal və ya texnoloji əməliyyatlara (əmək tutumlu, uzunmüddətli və s.) məruz qalması; 3) advolar hissə qaydası - istifadə olunmuş materialların faiz dəyərinin və ya əlavə edilmiş dəyərin göndərilən malın qiymətinin müəyyən hissəsinə çatdığı səviyyədə dəyişməsidir. Təcrübədə bu dəyər malın qiymətinin 30%-ni təşkil etdikdə qəbul edilir (elektron və mürəkkəb texnikaya aid edilən mallarda isə 15%-lən az olmayaraq qəbul edilir). Kifayət qədər emal meyarlarına cavab verməyənlər aşağıdakılar hesab olunur: - malların saxlanması və ya daşınması zamanı onların qorunmasını təmin edən əməliyyatlar; - malların satışa və daşınmaya hazırlanması əməliyyatları (dəstlərə ayrılması, çeşidlənməsi, yenidən qablaşdırılması, göndərişlərin formalaşdırılması); - sadə yığma əməliyyatları; - ilkin mallardan seçilməyən dərəcədə malların xassələrini dəyişdirən qarışdırma əməliyyatları. Mənşə ölkəsindən asılı olaraq aşağıdakı gömrük rüsum dərəcələri tətbiq oluna bilər: 1) baza; 2) preferensial (güzəştli); 3) maksimal. Baza dərəcələri dedikdə, Azərbaycan Respublikasının digər dövlətlərə ticarət-siyasi münasibətlərdə daha əlverişli şərait rejimi zamanı istifadə etdiyi gömrük rüsumlarının dərəcələri başa düşülür. Bir qayda olaraq, bu dərəcələr ikitərəfli beynəlxalq müqavilələrlə və sazişlərlə müəyyənləşdirilir. Başqa sözlə, baza dərəcələri gömrük rüsum dərəcələrinin 100 faizinə bərabərdir. Güzəştli (preferensial) dərəcələr, Azərbaycan Respublikasının milli güzəştlər sisteminə daxil olan gömrük rüsumlarının güzəşt dərəcələri hesab olunur. Hazırda güzəşt dərəcələrinin miqdarı, gömrük rüsumlarının baza dərəcələrinin 75%-i həcmindədir. Göstərilən güzəşt dərəcələri Azərbaycan Respublikasının güzəşt tətbiq etdiyi ölkələrdən gətirilən mallara tətbiq olunur. Azərbaycan Hökuməti müstəsna hal kimi tarif dərəcələrini aşağı salmağa, habelə aşağıdakı malları gömrük rüsumlarından tamamilə azad etmək hüququna malikdir (“Gömrük tarifi haqqında” AR Qanununun 35- 37-ci maddələrinə əsasən): 1) Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən olunmuş gömrük rejimləri daxilində ölkənin gömrük ərazisinə gətirilən mallar; 2) Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən xarici sərmayəli müəssisələrin qoyduğu vəsaitlər; 3) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maksimal dərəcələr gömrük rüsumlarının baza dərəcələrinin iki dəfə artması deməkdir. Maksimal dərəcələr aşağıdakı hallarda nəzərdə tutulur: 1) ölkənin güzəştli ticarət siyahısına daxil olmayan ölkələrdən gətirilən mallara; 2) gömrük rəsmiləşdirilməsi zamanı mənşə ölkəsi müəyyənləşdirilə bilməyən mallara. Əlavə dəyər vergisi (ƏDV) Azərbaycan Respublikasının “Vergi Məcəlləsi”nin 153-cü maddəsinə görə, “Malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə köçürülən dəyər artımının bir hissəsinin büdcəyə alınması forması əlavə dəyər vergisidir”. Əlavə dəyər vergisi mahiyyət etibarı ilə dolayı vergidir. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallar ƏDV-nin vergiqoyma obyektidir. Ölkənin gömrük ərazisindən aparılan mallar əlavə dəyər vergisinə cəlb olunmadığı üsün vergitutmanın obyekti sayılmır. 17 ƏDV-nin miqdarı vergi bazasından vergi dərəcəsinin faizi ilə müəyyənləşdirilir. Sxematik şəkildə bu formula aşağıdakı kimi ifadə oluna bilər: =x Ümumi qaydaya görə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallar üçün ƏDV hesablanarkən vergi bazası gömrük rüsumlarına və aksizlərə (aksizli mallar və aksizli mineral xammallar) məruz qalan malların gömrük dəyərinin cəmi kimi götürülür. Yalnız gömrük ərazisindən kənarda emal gömrük rejiminə uyğun olaraq aparılmış mallar ölkənin gömrük ərazisinə gətirilərkən vergi bazası kimi, emal dərəcələrinin dəyərinə görə əlavə dəyər vergisi hesablanır. Ölkənin gömrük ərazisinə gətirilən hər bir mal qrupunun adına, növünə və markasına görə ayrıca vergi bazası müəyyən olunur. Əgər ölkənin gömrük ərazisinə gətirilən mal dəstinin (partiyasının) tərkibində həm aksizli, həm də aksizsiz mallar olarsa, onda göstərilən hər mal qrupu üçün ayrıca vergi bazası müəyyənləşdirilir. Ölkə ərazisinə gətirilən malların içərisində, əvvəllər gömrük ərazisindən kənarda gömrük rejiminə uyğun olaraq emal olunmuş mallar varsa, eyni qayda ilə onlar üçün də ayrı-ayrılıqda vergi bazası təyin olunur. Əlavə dəyər vergisinin ümumi miqdarı, ayrı-ayrı vergi bazaları üzrə hesablanmış ƏDV-in cəmi götürülür. Əlavə dəyər vergisinin dərəcəsi Azərbaycan Respublikası “Vergi Məcəlləsi”nin 173-cü maddəsinə görə 18% götürülür. Azərbaycan Respublikasının ərazisinə gətirilən və əlavə dəyər vergisindən azad olunan mallar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Hal-hazırda AR Nazirlər Kabinetinin 13 iyul 2000-ci il tarixli 124 saylı qərarı ilə qəbul edilmiş və 22 dekabr 2003-cü ildə 161 saylı qərar ilə əlavələr və dəyişikliklər edilmiş “Azərbaycan Respublikası ərazisinə gətirilən əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Qərar qüvvədədir. Bu qərara görə aşağıdakı mallar əlavə dəyər vergisindən azad olunur: 1) birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün gətirilən əmlak; 2) xarici investisiyalı müəssisələrin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla); 3) Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar; 4) texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar; 5) damazlıq heyvanlar, damazlıq quşlar, damazlıq yumurtalar, bioloji preparatlar, əkin üçün gətirilmiş cins toxumlar; 6) südəmər uşaqlar üçün qablaşdırılmış süd, qablaşdırılmış uşaq yeməkləri; 7) qeyri-üzvi kimya məhsulları, üzvi kimya birləşmələri, başqa kimyəvi məhsullar; 8) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna olmaqla fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən, istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan artıq olmayan mallar; 9) fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün AR-ın Fövqəladə Hallar Nazirliyinin təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vəsaitlər, avadanlıqlar, cihazlar, alətlər, kompleksləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar; 10) Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi “Giriş-çıxış” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar; 11) qanunvericiliyə uyğun olaraq dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehslın təşkili üçün nəzərdə tutulmuş mallar. Qərara görə, ƏDV-dən azad olunan idxal olunan mallar təyinatı üzrə istifadə olunmadıqda, həmin mallar yenidən bəyan olunmalı və 10 gün müddətində ƏDV ödənilməlidir. Əgər buna əməl olunmazsa, onda mal sahiblərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcəkdir. Vergi güzəştlərinə düşən məhsulların kodlarını Azərbaycan Respublikası XİF MN-ə görə Nazirlər Kabineti müəyyən edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2003-cü il tarixli 161 saylı qərarına əsasən “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə 18 Azərbaycan Respublikasının Qanununa əsasən Xarici İqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılaraq 10 rəqəmli sistemə keçilmişdir. Gömrük rüsumlarına və aksizlərə cəlb olunan idxal malları üçün ƏDV aşağıdakı düsturla hesablanır: =x İdxal gömrük rüsumlarına cəlb olunan, lakin aksiz vergisindən azad olunan mallar üçün ƏDV aşağıdakı düsturla hesablanır: =x İdxal gömrük rüsumlarından azad olan, lakin aksiz vergisinə cəlb olunan mallar üçün ƏDV aşağıdakı düsturla hesablanır: =x İdxal gömrük rüsumlarından və aksizlər azad olunan mallar üçün ƏDV aşağıdakı düsturla tapılır: =x Aksizlər Aksiz, fransızca “accise”, latınca “accido” sözlərindən götürülüb, mənası “kəsirəm” deməkdir. Aksiz dolayı vergi olub, malın qiymətinə daxil edilir. Kütləvi istehlak mallarına (duz, çay, tütün və s.) və hər cürə xidmətlərə qoyulur (Vergi Məcəlləsi, 182-ci maddə). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2001-ci il tarixli 20 saylı qərarı qüvvədədir. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqındakı bu qərara görə, aşağıdakı idxal malları aksiz vergisinə cəlb olunurlar: 1) içməli spirt, pivə və spirtli içkilərin bütün növləri; 2) tütün məmulatları; 3) neft məhsulları. Aksizin miqdarı vergi bazasından faiz hesabı ilə müvafiq vergi dərəcəsi əsasında müəyyən edilir: =x Aksiz dərəcələrinin növündən asılı olaraq vergi bazası aşağıdakı kimi qəbul edilir: 1) natural ifadədə idxal olunan aksizli malların həcmi; 2) malın gömrük dəyəri və ödəniləcək gömrük rüsumlarının cəmi. Ölkənin gömrük ərazisinə gətirilən aksizli malların hər bir dəsti üçün vergi bazası müəyyənləşdirilir. Əgər ölkənin gömrük ərazisinə gətirilən aksizli mal dəstinin içərisində müxtəlif aksiz dərəcəli mallar olarsa, onda hər mal qrupu üçün ayrıca vergi bazası müəyyən edilir. Sonra isə alınan nəticələr cəmlənərək bütün mal dəsti üçün aksiz hesablanır. Aksiz dərəcələrinin aşağıdakı növləri vardır: 1) advolar - vergi bazasına faizlərlə hesablanır. Bu hesablama aşağıdakı düsturla həyata keçirilir: =x 2) Spesifik - vergi tutulan hər mal vahidi üzrə müəyyənləşdirilmiş miqdarda hesablanır. Spesifik dərəcə aksizli malların hər biri üçün manatla ifadə olunur. Spesifik stavka üzrə vergiyə cəlb olunan mallar üçün aksiz aşağıdakı düsturla hesablanır: =x Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2001-ci il tarixli 20 saylı qərarı ilə təsdiqlənmişdir. Bu qərara görə aksiz dərəcələri hər bir ölçü vahidi (litr, ədəd, ton) üçün ABŞ dolları ilə müəyyən edilmişdir. Aksiz markaları, idxalçı tərəfindən aksizli malları ölkə ərazisinə gətirənə qədər alınmalıdır. Aksiz markaları üçün ödənilən vəsait, faktiki olaraq “əvvəlcədən ödənilmiş” hesab olunur və aşağıdakı düsturla hesablanır: =- 19 Aksiz vergilərindən azad etmə və ya güzəşt edilmə səlahiyyəti mövcud qanunvericiliyə görə AR Nazirlər Kabinetinə məxsusdur.


Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin