4) ödənişə müddətin müəyyən edilməsi, və ödənişinin növbəliliyi.
Bu tədbirlərlə dövlət malların göndərildiyi tarixdən idxal hesablamalarının bitməsinə qədər yol verilən minimal müddətləri müəyyən edir. Bu müddətlər adətən istehlak malları və sənaye xammalı üçün 90, 180 və ya 360 gün, investisiya malları üçün 2-5 il müəyyən edilir.
Ç. Kəmiyyət nəzarəti tədbirləri
Kəmiyyət nəzarəti tədbirləri ilk növbədə idxal-ixrac əməliyyatlarının kvotalaşdırılması və lisenziyalaşdırılması deməkdir. Kvotalaşdırma (fiziki həcm və dəyər üzrə) və lisenziyalaşdırma (müəyyən malların göndərilməsi və ya gətirilməsinə, bəzən də müəyyən ölkələrə, yaxud onlardan ticarətinə xüsusi
icazənin alınması) idxal və ixracın ənənvi qeyri-tarif tənzimlənməsi üsullarıdır. Onların məqsədi hər hansı malın idxal və ya ixracını ümumilikdə, yaxud hər hansı ölkəyə məhdudlaşdırmaqdan ibarətdir. Bu tədbirlər, adətən, bir-biri ilə bağlıdır, çünki, lisenziyalaşdırma kvotanın fərdi idxalatçılara və ixracatçılara müəyyən həcm bitənə
qədər lisenziya vermək yolu ilə bölüşdürülməsi mexanizmi kimi çıxış edir.
Kəmiyyət nəzarəti tədbirləri vasitəsi ilə dövlət səviyyəsində iqtisadi, xarici ticarət və hətta siyasi xarakterli məsələlər həll edilir: ölkə daxilində analoji rəqabət edən malların istehsalçı və istehlakçısının müdafiəsi, daxili bazarın stabilliyinin dəstəklənməsi, valyuta ehtiyatlarına qənaət, digər ölkələrdən qarşılıqlı güzəştlərin əldə edilməsi və s.
Bu qəbildən olan QTM daha geniş araşdırmağa çalışaq.
1) Lisenziyalaşdırma - idxal və ixraca müvafiq hakimiyyət orqanlarının öz mülahizəsinə, yaxud hər hansı konkret meyarlara əsasən verdiyi xüsusi icazələrin (lisenziyaların) tətbiqidir. Beynəlxalq ticarətdə lisenziyalaşdırma rəngarəngliyi ilə seçilir. Lisenziyada idxal və ya ixracın həyata keçirilməsi qaydası da müəyyən edilə bilər. Lisenziyalaşdırma dünya təcrübəsində ticarətin arzuolunmaz həcmlərini müəyyən müddət ərzində məhdudlşdırıldığı zaman həyata keçirilən müvəqqəti tədbir kimi təfsir edilir.
Xarici valyutadan səmərəli istifadə olunması zərurəti lisenziyalaşdırma üçün obyektiv əsas ola bilər. Bu yolla xarici ticarət və tədiyyə balanslarının tarazlanmasına nail olunur.
Gömrük rüsumlarından istifadə edilmədikdə və ya onların təsiri səmərəsiz olduqda lisenziyalaşdırma zərurəti meydana çıxır. Bu iş həm qarşılıqlı güzəşt əldə edilməsi, həm də diskriminasiya məqsədi ilə görülə bilər. Onu da qeyd etmək lazımdır ki, lisenziyalaşdırma müvəqqəti tədbir hesab edildiyindən əvvəllər bağlanılmış dövlətlərarası ticarət sazişlərinə yenidən baxılmasını nəzərdə tutmur.
Dostları ilə paylaş: |