D. Monopolist (inhisarçı) tədbirlər
Monopolist tədbirlər dedikdə təsərrüfat subyektlərinin müəyyən qrupuna müstəsna hüquqlar verən tədbirlər nəzərdə tutulur. Monopoliya, adətən, idxalın ixraca münasibətini nəzarətdə saxlamaq hesabına tədiyyə balansının tarazlığa gətirilməsi problemini həll edir. Belə tədbirlərin başlıca növləri aşağıdakılardır:
1) müəyyən malların idxalına dövlət inhisarı;
2) milli müəssisələrin xidmətindən məcburi istifadə.
Dövlət inhisarının bariz nümunələrinə İkinci Dünya müharibəsindən əvvəlki Almaniyanı və keçmiş Sovetlər İttifaqını göstərmək olar.
Dostları ilə paylaş: |