E) Texniki tədbirlər
Malın keyfiyyətinin, təhlükəsizliyinin, yaxud inzibati şərait, terminologiya, simvollar, sınaq və sınaq üsulları, qablaşdırmaya olan tələblər, markalanma da daxil olmaqla xüsusiyyətlərinin nəzarətinə əsaslanan QTM tədbirlərinə texniki tədbirlər deyilir.
Texniki tədbirlərin aşağıdakı növləri var:
1. Texniki tənzimləmə, yəni məhsula bilavasitə və ya dolayı yolla texniki tələblər müəyyən edilməsi. Belə tədbirlər aşağıdakılardır: məqsədi insan və heyvanların həyat və sağlamlığının qorunması olan sanitariya tənzimlənməsi; bitkilərin qorunmasına yönəlmiş fitosanitar tənzimlənməsi; ətraf mühitin və təbiətin qorunması; insanların təhlükəsizliyi; milli təhlükəsizlik tədbirləri.
Bu tədbirlər müvafiq təlimatlar hazırlanmaqla həyata keçirilir. Təlimatlar gömrük orqanlarının nəzarət fəaliyyətini reqlamentləşdirir.
Hazırkı şəraitdə texniki tənzimlənmənin bir neçə növü var:
a) ətraf mühiti çirkləndirən xammal və materialların idxalının qadağan edilməsi, yaxud məhdudlaşdırılması;
b) hazır məhsullara - istismarı atmosferin və havanın çirklənməsinə gətirib çıxaran sənaye avadanlıqlarına, nəqliyyat vasitələrinə və s. münasibətdə proteksionist tədbirlərdən istifadə edilməsi.
Məsələn, 1992-ci il ildən Qərbi Avropada təyyarə və yük nəqliyyatı üçün səs-küyün yol verilən səviyyəsi və yanmış mühərrik qazlarının tərkibi üzrə sərt normalar müəyyən edilmişdir. Bundan başqa neftin sızmasının qarşısının alınması məqsədilə neftdaşıyan tankerlərin ikiqat dib (döşəmə) və yükləmə
Dostları ilə paylaş: |