Avropada: La-Manş bogazı, (Cersi, Gernsi, Men), Lüksemburq, İsveçrə, Lixtenşteyn, Gibraltar, İrlandiya Malta və b.;
Amerikada: Panama və Karib dəniz adaları ərazisi (Baham,Bermud, Birjin adaları Kayman adaları, Aruba, Küraso və b.);
Asiyada : Honkonq və Sinqapur;
Afrikada: Liberiya.
3. Azad ticarət zonaları və gömrük ittifaqları
Iştirakçı-ölkələr arasında gömrük rüsumlarının ləgv olundugu, amma ücüncü ölkələrə münasibətdə ticarət rejimində müstəqqillik qorunub saxlanırsa, bu zaman yaranan zona azad ticarət zonasına cevrilir (Free Trade Area): Avropa Azad Ticarət Assosiasiyası(EAFT, 1959)
Yox əgər ölkələr arasında gömrük rüsumlarının ləgv edilməsi ücüncü ölkəyə münasibətdə vahid tarifin tətbiq edilməsi ilə müşayət olunursa, onda gömrük ittifaqları(Customs Union) yaradılır : Fransa Monaka (1865), İsveçrə -Lixtenşteyn (1923)
Əgər gömrük ittifaqları yaradan yüksək inkişaf etmiş ölkələrdirsə onda onların birliyi ümumi iqtisadi artıma səbəb olar. Əgər gömrük ittifaqlarının iştirakçı -ölkələri zəif inkişaf etmiş ölkələrdirsə, onda rəqabətin məhdudlugu üzündən bu onların iqtisadi inkişafının zəifləməsinə gətirib cıxarır.
ATZ və Gİ yaradılmasının obyektiv səbəbi kimi dünya iqtisadiyyatında istehsalın beynəlmiləlşdirilməsi ilə əlaqədar baş verən proseslər düşünülür. Qonşu-ölkələr öz resurslarını, vəsaitlərini və güclərini daha çox birləşdirməyə, başqa sözlə desək birgə iqtisadi siyasət yönəltməyə can atırlar.
Azad ticarət və gömrük ittifaqı üzrə regional razılaşmaların inkişafının bariz nümunəsini Avropada görürük.
Dostları ilə paylaş: |