Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 233,53 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix31.01.2023
ölçüsü233,53 Kb.
#82018
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   20
10 Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında



T
əhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında
AZ
ƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"N
əqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 165 nömrəli Fərmanının icrası ilə əlaqədar
Az
ərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "T
əhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu q
ərar imzalandığı gündən qüvvəyə minir.
Az
ərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 
Bakı 
şəhəri, 27 yanvar 2000-ci il
10
Az
ərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 27 yanvar tarixli, 10 nömr
əli qərarı ilə
T
ƏSDİQ EDİLMİŞDİR
T
əhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması
 
QAYDALARI
[1]
 
I. ÜMUM
İ MÜDDƏALAR
 
1.1. Bu Qaydalar Az
ərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə təhlükəli yüklərin
*
da
şınmasında təhlükəsizliyin təmin edilməsi üzrə əsas tələbləri müəyyən edir.
1.2. Bu Qaydalar xüsusi t
ələblə və təlimatla daşınan hərbi təyinatlı maddə və məmulatlara, eləcə də, «Təhlükəli yüklərin sinifləri. Təsnifatı. Təhlükə nişanları»nda nəzərdə tutulmuş 9.2 sinifaltına
*
aid
m
əmulatların, həmçinin məhdud miqdarda təhlükəli maddə və məmulatların (güclü təsirə malik zəhərləyici və partlayıcı maddə və məmulatlar istisna olmaqla) daşınmasına aid edilmir.
Bir avtomobil n
əqliyyatı vasitəsi ilə
**
m
əhdud miqdarda təhlükəli maddə və məmulat təhlükəsiz yük kimi daşına bilər. Bu zaman həmin təhlükəli maddə və məmulatın miqdarı «Təhlükəli yüklərin
beyn
əlxalq avtomobil yolları ilə daşınması» (TYBAYD) barədə BMT-nin Avropa Sazişinin müddəaları
***
, h
əmçinin digər müvafiq normativ sənədlərin tələbləri əsasında təsbit edilir və müəyyən növ təhlükəli
yükl
ərin daşınması şərtlərində qeyd olunur (əlavə 3).
M
əhdud miqdarda təhlükəli maddə və məmulatın daşınması zamanı onların qabları, qablaşdırılması, qabların nişanlanması və s. üzrə müvafiq tələblərə əməl edilməlidir. Məhdud miqdarda təhlükəli
madd
ə və məmulatları daşıyan nəqliyyat vasitələrində bu Qaydalarda nəzərdə tutulan digər təhlükəli yüklər daşınmamalıdır.
1.3. Mülkiyy
ət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təhlükəli yüklərin daşınması üzrə fəaliyyət
növün
ə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsindən (Dövlətdağmədəntexnəzarət Komitəsi) xüsusi razılıq (lisenziya) almalıdırlar.
1.4. Az
ərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 25 avqust tarixli, 315 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının avtomobil yolları ilə daşınacaq yüklərin təhlükəlilik
d
ərəcəsinə görə təsnifat”, eləcə də digər normativ aktlar əsasında işlənib hazırlanmış, müəyyən növ və qrupdan olan təhlükəli yüklərin təhlükəsiz daşınma şərtləri Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi il
ə razılaşdırılmaqla, onları istehsal edən (göndərən) və ya qəbul edən dövlət, qeyri-dövlət orqanları və hüquqi şəxslər tərəfindən təsdiq edilir.
T
əhlükəli yüklərin daşınma şərtləri yüklərin daşınmasını həyata keçirən dövlət, qeyri-dövlət orqanları və hüquqi şəxslər tərəfindən hazırlandığı təqdirdə istehsalçı ilə (yükü göndərənlə)
****
razıla
şdırılır.
Güclü t
əsirə malik zəhərləyici və partlayıcı, eləcə də xüsusi aktivliyi 7,4x10
3
Bk.kq
-1
, yaxud 0,002 mkKi.q
-1
-d
ən artıq olan radioaktiv maddələrin təhlükəsiz daşınma şərtləri Azərbaycan Respublikasının
Fövq
əladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi (DİN DYPİ) ilə, partlayıcı materiallar və güclü təsirə malik zəhərləyici maddələrin təhlükəsiz daşınma şərtləri isə Azərbaycan
Respublikası Fövq
əladə Hallar Nazirliyinin müvafiq sənaye sahələri üzrə orqanları və DİN-in İctimai Təhlükəsizlik İdarəsi ilə razılaşdırılır.
1.5. T
əhlükəli yüklərin boş qabları əmtəə-nəqliyyat sənədlərində qabları təmizləyən təşkilatın «Qab təmizlənib, təhlükəsizdir» qeydi olduqda təhlükəsiz yük kimi ümumi əsaslarla, həmin qeyd olmadıqda isə
onlarda olmu
ş təhlükəli yüklərin daşınma şərtlərinə uyğun daşınır.
1.6. Avtomobil n
əqliyyatı vasitələri ilə təhlükəli yüklərin daşındığı qablar, maddə və məmulatlar istehsalçılar və ya onları göndərənlər tərəfindən nişanlanır və dövlət standartları ilə müəyyən olunmuş
qaydada t
əhlükə nişanları ilə təchiz edilirlər.
1.7. B
əzi təhlükəli yüklərin daşınması üçün yükü göndərən və ya qəbul edən tərəfindən təhlükəsiz daşınma şərtlərində nəzərdə tutulduğu hallarda məsul şəxs və mühafizə təyin edilir.
1.8. T
əhlükəli yüklərin daşınması zamanı baş vermiş qəza hadisələri barədə ilkin təcili məlumatı Daxili İşlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə yükgöndərən və yaxud alan təşkilat verməlidir.
1.9. T
əhlükəli yük daşıyan avtomobil sürücüsü, ixtisaslaşdırılmış təhsil kurslarında DYP və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra avtomobili idarə
etm
əyə buraxılır.
1.10. T
əhlükəli yüklərin daşınmasında nəqliyyat vahidi kimi istifadə edilən avtonəqliyyat vasitəsi və qoşqularının növü və dərəcəsindən asılı olaraq müəyyən olunmuş texniki şərtlər Beynəlxalq standartların
t
ələblərinə uyğun olmalıdır.
1.11. Xarici ölk
ələrdən radioaktiv və toksik tullantıların saxlanmaq və basdırılmaq üçün Azərbaycan ərazisinə yol verilmir.

Yüklə 233,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin