Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri


Şimali Amerika Azad Ticarət Zonası



Yüklə 210,43 Kb.
səhifə40/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   ...   36   37   38   39   40   41   42   43   ...   57
muhazre1

Şimali Amerika Azad Ticarət Zonası (North American Free Trade Agreement, NAFTA) 1994-cü ildə ABŞ, Kanada və Meksika arasında baglanmış sazişə əsasən yaradılıb

Avropa Azad Ticarət Assosiasiyası - 1960-cı ildə yaradılıb, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə daxildir.

Baltik Azad Ticarət Zonası (Baltic Free Trade Area) - 1993-cü ildə Latviya, Litva və Estoniya daxildir. (2004-cü ildə AB üzv olduqdan sonra ləğv edilib).

Mərkəzi Avropa Azad Ticarət Zonası - 1992-ci ildə yaradılıb Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və Çexiya daxildir (2004-cü ildə Avropa İttifaqına üzv olduqlarından sonra qüvvədən düşüb).

1983-cü ildə Avstraliya-Yeni Zelandiya iki ölkə ticarət razılaşması imzalanıb

1992-ci ildə Kolumbiya, Ekvador və Venesuela arasında azad ticarət zonasının yaradılması barədə müqavilə baglanıb.

Banqkok Sazişi - Banqladeş, Hindistan, Koreya, Laos, Şri-Lanka Respublikaları arasında 1975-ci ildə imzalanıb.

MDB ölkələrinin azad ticarət zonasının yaradılması haqqında saziş oktyabr 2011-ci ildə imzalanıb.



Azad ticarət zonalarına misal olaraq nəhəng beynəlxalq aeroportlarda yaradılmış “Duty free” adlanan xüsusi mağazaları göstərmək olar. Maliyyə rejimi nöqteyi nəzərindən azad ticarət zonalarına dövlət sərhəddindən kənarda yerləşən bir zona kimi baxılır. Azad ticarət zonalarına həmçinin güzəştli ticarət rejiminə malik ənənəvi azad limanları da aid etmək olar. Hazırda dünyada 600-dən çox azad liman və 4000-ə qədər azad ticarət zonası mövcuddur.

Gömrük ittifaqı- iki və ya daha cox ölkələr arasında gömrük rüsumlarının ləgv edilməsi haqqında razılaşma, ücüncü ölkələrdən kollektiv proteksianizm formasıdır. Gömrük ittifaqı dedikdə həm də “vahid gömrük zonasının ” yaradılması da başa düşülür.

Adətən gömrük ittifaqının üzv ölkələri öz aralarında xarici ticarət siyasətini koodinasiya edəcək dövlətlərarası orqanın yaradılması haqqında razılıga gəlirlər

Gİ yaradılması dövlərlərarası inteqrasiya orması olub, faktiki fövqəlmilli orqanın yaradılması deməkdir. Bu üzdən Gİ-nın ATZ –dan daha geniş və inkişaf etmiş inteqrasiya forması olması haqqında fikir yürütmək olar.


Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin