Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri


Valyuta məzənnəsinin tənzimlənməsi siyasəti və onun xarici ticarətə təsiri



Yüklə 210,43 Kb.
səhifə48/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   ...   44   45   46   47   48   49   50   51   ...   57
muhazre1

Valyuta məzənnəsinin tənzimlənməsi siyasəti və onun xarici ticarətə təsiri

Valyuta məzənnəsinin səviyyəsinin bazar və dövlət tənzimlənməsi mövcuddur. Rəqabət və dəyər qanununun fəaliyyətinə, həmçinin tələb və təklifə əsaslanan bazar tənzimlənməsi öz-özünə baş verir. Dövlət tənzimlənməsi valyuta münasibətlərinin bazar tənzimlənməsinin mənfi nəticələrinin aradan qaldırılmasına və sabit iqtisadi artımın, tədiyə balansının tarazlığının, işsizliyin və inflyasiyanın səviyyəsinin aşağı salınmasının təmin edilməsinə yönəlmişdir. O, valyuta siyasətinin köməyi ilə həyata keçirilir. Valyuta siyasəti ölkənin cari və strateji məqsədlərindən asılı olaraq həyata keçirilən beynəlxalq valyuta münasibətləri sferasında tədbirlər kompleksidir. Hüquqi cəhətdən valyuta siyasəti valyuta qanunvericiliyi ilə və ölkələr arasənda valyuta sazişləri ilə rəsmiləşdirilir.

Valyuta məzənnəsinin səviyyəsinə təsir göstərmək üçün istifadə edilən dövlət tədbirlərinə aşağıdakılar aiddir:

1) valyuta müdaxilələri;

2) diskont siyasət;

3) proteksionist tədbirlər.


Valyuta siyasətinin vacib aləti kimi valyuta müdaxilələri çıxış edir. Valyuta müdaxiləsi mərkəzi bankın valyuta bazarında aparıcı xarici valyutalara qarşı milli pul vahidinin alqı-satqısı üzrə həyata keçirdiyi əməliyyatlardır.

Valyuta müdaxilələrinin məqsədi müvafiq valyuta məzənnəsinin, müxtəlif valyutalar üzrə aktiv və passivlərin balansının və ya valyuta bazarı iştirakçılarının gözləntilərinin səviyyəsinin dəyişdirilməsindən ibarətdir. Valyuta müdaxilələri mexanizminin təsiri ticarət müdaxilələrinin təsirinin analoqunu təşkil edir. Milli valyutanın məzənnəsini yüksəltmək üçün mərkəzi bank milli valyutanı alaraq xarici valyutanə satmalıdır. Bununla da xarici valyutaya tələb aşağı düşür və nəticədə milli valyutanın məzənnəsi yüksəlir. Milli valyutanın məzənnəsini aşağı salmaq üçün isə mərkəzi bank milli valyutanı satmalı və xarici valyutanı almalıdır. Bu xarici valyutanın məzənnəsinin artmasına, milli valyutanın məzənnəsinin isə aşağı düşməsinə səbəb olacaqdır.

Müdaxilələr üçün bir qayda olaraq rəsmi valyuta ehtiyatlarından istifadə edilir. Valyuta ehtiyatlarının səviyyəsinin dəyişməsi valyuta məzənnələrinin formalaşması prosesinə dövlət müdaxiləsinin masştabı göstəricisi kimi çıxış edə bilər. Mərkəzi bankların müdaxilələrinin həcmi bir qayda olaraq gizli informasiya sayılır ki, bu da həyata keçirilən tədbirlərin səmərəliliyinin təmin edilməsi üçün hakimiyyətin öz hərəkətlərini gizli saxlamaq istiqamətində səylərini əks etdirir.

Rəsmi müdaxilələr müxtəlif metodlarla həyata keçirilə bilər. Bu zaman birjalardan (açıq metod) və ya banklararası bazardan (qapalı metod) istifadə edilə bilər. Əməliyyatlar brokerlər və ya bilavasitə banklar vasitəsilə reallaşdırıla bilərlər. Rəsmi ehtiyatlardan əlavə müdaxilə üçün vəsait mənbəyi kimi qısamüddətli borclanma və svop əməliyyatları da çıxış edə bilər. Konkret müdaxilə strategiyası hökumətin ümumi iqtisadi strategiyası ilə, həmçinin mərkəzi bankın valyuta bazarında vəziyyətinin xüsusiyyətləri ilə müəyyən edilir.

Bundan əlavə, rəsmi valyuta müdaxilələri ―sterilizə edilmiş‖ və ―sterilizə edilməmiş‖ müdaxilələrə bölünürlər. ―Sterilizə edilmiş‖ müdaxilə o müdaxilələrə deyilir ki, bu zaman rəsmi xarici netto-aktivlərin dəyişməsi daxili aktivlərdə baş verən müvafiq dəyişikliklərlə kompensasiya edilir, yəni rəsmi ―pul bazası‖nın həcminə təsir praktik olaraq mövcud olmur, əgər müdaxilə prosesində rəsmi valyuta ehtiyatlarının dəyişməsi pul bazasının dəyişməsi ilə nəticələnirsə, onda müdaxilə ―sterilizə edilməmiş‖ adlanır.


Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin