Diskont siyasət mərkəzi bank tərəfindən faiz dərəcəsinin dəyişdirilməsidir. Bu zaman daxili bazarda kreditin dəyərinə təsir etmək yolu ilə (bununla da kapitalın beynəlxalq hərəkətinə) valyuta məzənnəsinin səviyyəsi tənzimlənir. Son illərdə valyuta məzənnəsinin tənzimlənməsi üçün onun əhəmiyyəti getdikcə azalır.
Proteksionist tədbirlər ölkə iqtisadiyyatının müdafiəsinə, bu halda isə milli valyutanın müdafiəsinə yönəlmiş tədbirlərdir. Ona ilk növbədə valyuta məhdudiyyətləri aiddir. Valyuta məhdudiyyətləri rezidentlərin və qeyri-rezidentlərin valyuta və ya digər valyuta dəyərliləri ilə əməliyyatlarının qanunvericilik və inzibatçılıq yolu ilə qadağan edilməsi və ya reqlamentləşdirilməsidir. Valyuta məhdudiyyətləri növlərinə aşağıdakılar aiddir:
valyuta blokadası;
xarici valyutanın sərbəst alqı-satqısına qadağa;
beynəlxalq ödəmələrin, kapital hərəkətinin, gəlirin repatriasiyasının, qızıl və qiymətli kağızların hərəkətinin tənzimlənməsi;
xarici valyutanın və digər valyuta dəyərlilərinin dövlətin əlində təmərküzləşməsi.
Dostları ilə paylaş: |