AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 7/2011.
101
UOT 336.02
Azərbaycan ərazisində vergi sisteminin
inkişaf tarixi
Xülasə
Tədqiqatın məqsədi - Azərbaycan ərazisində qədim dövrlərdən hazırki dövrədək
vergi sisteminin təşəkkülü və inkişafının təhlil edilməsi.
Tədqiqatın metodologiyası - tarixi yanaşma və kompleks təhlil.
Tədqiqatın nəticələri - Azərbaycan ərazisində vergi sisteminin müxtəlif tarixi
dövrlər üzrə təşəkkülü və inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi.
Tədqiqatın məhdudiyyətləri - Azərbaycanda vergi sisteminin tarixi ilə bağlı arxiv
materiallarının və bu sahədə kompleks xarakterli tədqiqatların məhdudluğu.
Tədqiqatın praktiki əhəmiyyəti - Azərbaycanda vergi sisteminin tarixi ilə bağlı
məlumatların genişləndirilməsi və tarixi inkişaf prosesləri nəzərə alınmaqla onun
gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - Azərbaycanda vergi sisteminin tarixi as-
pektlərinin müxtəlif tarixi dövrlər üzrə sistemli şəkildə təhlili.
Açar sözlər: Qurani-Kərim, vergi sistemi (bac, xərac, cizyə, töycü).
1. Giriş
Cəmiyyətdə ən mühüm iqtisadi kateqoriya kimi çıxış edən vergi sisteminin
müəyyən bir təşəkkül tarixi vardır. Sosial təzahür kimi vergi sisteminin Azərbaycan
ərazisində öz inkişafını haradan və necə götürdüyünü, onun tarixi köklərini və mən-