Keyns).kapitalı ilə varlı olan ölkədə iqtisadi inkişaf sürəti az olarsa, onda kapitalın xaricə ixrac edilməsi zərurəti meydana çıxır (R.Xarrod).
-kapitalın ixracı "kapital artıqlığı" olan ölkələrdə baş verir.
Kapital artıqlığı altında elə kapital başa düşülür ki, əgər ölkə bu kapitalı öz ölkəsində sərf etsə idi onda "mənfəət norması" çox aşağı olardı (K.Marks)
. Kapitalın ölkələrarası hərəkəti və onun formaları.
Dünya təsərrüfat sisteminin meydana gəlib möhkəmlənməsi, genişlənməsi, istehsalın və ümumiyyətlə, iqtisadi həyatın beynəlmiləlləşməsi, qloballaşması və beynəlxalq əmək bölgüsünün dərinləşməsi nəticəsində əmtəə və xidmətlərin miqrasiyası ilə yanaşı kapitalın da ölkələrarası hərəkəti başlayır və sürətlənir. Kapitalın hərəkəti ən sadə şəkildə onun bir ölkədən çıxıb digər ölkəyə daxil olmasını xarakterizə edir. Xarici iş adamlarına və yaxud da hökumətə kredit verilərkən, xarici banklarda pul saxlayarkən, xarici qiymətli kağızları alarkən və bu kimi və buna oxşar əməliyyatlar həyata keçirərkən biz kapitalı ölkədən çıxarmış oluruq və əksinə. Hazırkı dünyada еlə bir ölkə tapmaq olmaz ki, buradan və buraya kapitallar hərəkət etməsin. Fərq ancaq hərəkət edən kapitalların məbləğində, intensivliyində hansı məqsədi güdməsində ola bilər. Dünya iqtisadiyyatına güclü təsiri də kapital hərəkətinin ümumbəşəriliyindədir.
Bunsuz hazırda heç bir iqtisadi inkişafdandanışmaqolmaz. Kapitalın hərəkətə gəlib ölkədən çıxması və özgə ölkədə müəyyən funksiyalar həyata keçirməsi kimi qiymətləndirilən kapitalın miqrasiyasının əsas məqsədi onun daha da şişib çoxalmasıdır. Dünya təcrübəsində kapitalın beynəlxalq hərəkəti bir çox formalarda həyata keçirilir. Xarici kapital qoyuluşunun ən çox istifadə edilən formaları aşağıdakılardır (bu formalarda kapital gətirilə, aparıla və fəaliyyət göstərə bilər).
—
1.Meydana gəlmə mənbəsinə görə dövlət və xüsusi kapital
fərqləndirilir. Xüsusi kapital dövlətin mənbələrindən olmayan kapitaldır. Bu kapital həm hüquqi və həm fıziki şəxslər tərəfındən ya ölkədən çıxarılır, yaxud da ölkədə qəbul edilir. Bura müxtəlif xarakterli investisiyalar, ticarət kreditləri, banklararası kreditləşmələr daxildir.
Bunlar birbaşa dövlət budcəsi ilə əlaqədar olmurlar, lakin dövlətqanun-qayda çərçivəsində bura müdaxilə edə bilər. Dövlət kapital qoyuluşu dövlət tərəfindən həyata keçirilır, yəni kapitalı ölkədən çıxaran da qəbul edən də dövlətin özü olur. Mənbə dövlət büdcəsidır, yəni pıul vergi ödəyənlərindir.Bu formada kapital qoyuluşu dövlət istiqrazları, subsidiyalar, qrantlar, (töhfələr, bağışlamalar), köməklər şəklində həyata keçirilir. Beynəlxalq təşkilatlaın vəsaitləri də (məsələn, BVF-nun krediti) dövlət kapital qoyuluşuna aid edilir.
2.Yerləşdirmə müddətinə görə kapital qoyuluşu qısa, orta və uzunmüdətli formalara ayrılır. 15 ildən çox miiddətə nəzərdə tutulan kapital qoyuluşu ən böyük əhəmiyyət kəsb edən qoyuluş hesab olunur və əsasənsahibkarlar tərəfindənhəyata keçirilir.
3. İtifadə edilməsi baxımından kapital qoyuluşu suda kapitalı və sahibkar kapitalı ola bilər. Ssuda kapitalında məqsəd faiz şəklində mənfəət əldə etməkdir. Sahibkar kapitalı adətən xüsusilər tərəfındən həyata keçirilir və istehsala yönəldilir. Məqsəd dividend şəklində mənfəət əldə etmək üçün hüquqi məkanəldə etməkdir.
4.Məqsədinə görə sahibkar kapitalı birbaşa və portfel kapital qoyuluşlarına bölünür. BVF-nun vcrdiyi izahata görə birbaşa investisiyanın mahiyyəti ondadır ki, investor pulunun yönəldiyi obyektin (müəssisnin) idarə edilməsində, ona nəzarətin həyata keçirilməsində bilavasitə hüquqamalik olur. Bunun üçün ona müəssisə 10%-nə sahib olmaq kiiayət edir.
Portfel investisiyalar bu cür nəzarət hüququ vermir, investorun əlində müəssisə aksiyalarının 10% dən azı toplanır. Bu imkan verir ki, investor uzun müddətə gəlirləri əldə etmək hüququ qazansın. Lakin tocrübə göstərir ki, birbaşa və portfel investisiyaları arasında sərhəd bir çox cəhətdən şərtidir. Payçıların sayı çoxaldıqda müəssisəyə nəzarət hüququnu 10% aksiyalara sahib olmadan da həyata keçirmək mümkündr. Ona görə ki, aksiyaların nisbi çoxluğuna malik olan şəxslər cəmiyyətin nizamnaməsinə görə idarəetmə və nəzarət funksiyalarını həyata keçirə bilərlər. Əyanilik üçün şəkıl 1 və şəkil 2-də kapitalın hərəkətinin müxtəlif formalarının mümkün varinatları göstərilmişdir.
isə xarici kapital qoyuluşunun həcmi 4 dəfədən də çox artdı. Növbəti 4
qat artmaq cəmi 10 ilə başa çatdı (1980-1990-cı illər). Məhz bu dövrdə xarici kapital qoyuluşunun məbləği 1,7 trilyon ABŞ dollan həddinə
çatdı. 1996-cı ildə bu məbləğ artıq 3,0 trilyon ABŞ dolları təşkil edirdi. Qeyd edək ki, bu məbləğin onda doqquzuna beynəlxalq korporasiyalar tərəfındən nəzarət edilir. Kapitalın miqrasiyasının bu sürtələ artmasında dünya təsərrüfat sistemində baş verən mütərəqi dəyişikliklərin rolu olsa da əsas amil rolunu TMKlar oynamışlar. Onların kapitalı keçmiş ənənəvi formalarda yox, istehsal şəklində ixrac etməsi də burada az rol
Artıq qeyd etdiyimiz kimi dünyada çətin bir ölkə tapmaq olar ki, о kapitalın ixracı və idxalı ilə məşğul olmasın. Lakin təhlilisəhnə dəyişir. Bu sahadə lider ölkələr, regionlar, qitələr mövcuddur. Liderlər sırasında ABŞ, Avropa Birliyi və Yaponiya xüsusi yeri tuturlar. Bu üç nəhənglər kapitalın ixracı və idxalı üzrə ümumi həcmin dörddə beşini öz əllərində saxlayırlar. 1990cı illərin ortalarında xaricdə kapital yerləşdirən ölkələrin sırası belə olub: ABŞ (706 mil-yard dollar), Böyük Britaniya (319), Yaponiya (306), Almaniya (225) və Fransa (201). Diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, bu ölkələr kapitalı qəbul etməkdə də liderdirlər. Baxılan dövrdə ABŞ 565 milyard dollar məbləğində kapital idxal edərək birinci yeri tutumuşdur. Sonrakı yerlər belə olmuşdur: Böyük Britaniya (244), Fransa (162), Almaniya (134), Çin (təxminən 129), İspaniya (təxminən 129). İnvestisiyanın miqrasiyası yer kürəsinin digər yerlərində də müşahidə edilir. İnkişafda olan ölkələrdə yerləşdirilən kapitalın ümumi məbləğinin 65%-i Asiyanın, təxminən 27%-i Latin Amerikasının, qalanı isə (təxminən 8%-i) Afrikanınpayına düşür. Cənubi, Şərqi və Cənubi-Şərqi Asiya külli miqdarda kapital yerləşdirilən regionlardır. 1995-ci ildə bu regiona yönəldilən kapital qoyuluşunun həcmi 65 milyard ABŞ dolları miqdarına olmuşdur ki, bu da həmin ildə inkişaf edən ölkələrin hamısında kapital qoyuluşunun üçdə ikisi deməkidi. 1992-ci ildənÇinbirbaşa xarici investisiya qəbul edənölkədir. Bu cür investisiyanın həcmi 1995-ci ildə 38 milyard dollara çatmışdı
Proqnozlara görə Çin hələ uzün müddət kapital idxal edən ölkə kimi qalacaq.
Afrika həmişə olduğu kimi birbaşa xarici investsiya qəbul edən regionlar arasında axırında yerlərdən birini tutur.1995-ci ildə inkişaf etməkdə olan ölkələrdəki birbaşa xarici investisiyanın ümumi həcmində
Afrikanın xüsusi çokisi cəmi 4,7% ləşkil edirdi ki, bu hətta 1994-cü ildəkindən (5,8%) aşağıdır.
1995ci ildə Mərkəzi və Şərqi Avropaya kapital axını güclənmişdi. Burada Polşa,Çexoslovakiya və Macarıstan ölkələri daha Ç ox fərqlənirlər. Kapital qoyuluşununhəcmi 3,5trilyontəşkil edirdi.
Ümumiyyətlə, götürdükdə kapitalın beynəlxalq miqrasiyası konkret bir dövrdə müxtəlif təsirlər altında iqtisadiyyatın sahələri, coğrafı yerləşdirilməsi üzrə dəyişilir. Ona görə də kapitalın beynəlxalq miqrasiyasının sahə quruluşunu və coğrafı quruluşunu fərqləndirmək lazımdır. Bu strukturların hər ikisi dünya iqtisadiyyatının və ayrı-ayrı yarımsistemlərin və regionların inikşaf sürətindən asılı olur. Xarici investisiya о regiona (ölkəyə) daha çox istiqamətləndirilir ki, orada iqtisadi oyanma hiss olunur, perspektivdə yaxşı inkişaf gözlənilir. Son illərdə Çin Xalq Respublikasına, Mərkəzi və Şərqi Avropaya, Cənubi, Cənub-Şərqi Avropaya, Cənubi Şərqi Asiyaya kapitalın miqrasiyasının güclənməsi buamil altında baş verir.
Birbaşa xarici investisiyanın sahə strukturu da dəyişir. Məlum olduğu kimi iqtisadiyyatda əsas sahələrlə yanaşı infrastruktur sahələr də fərqləndirilir. Hər hansı bir inkişafda olan ölkə xaricdən cəlb edilən kapitaliqtisadiyyatın əsas sahələrinə yönəltməyi sərfəli hesab edir. Buna görə də ümumi şəkildə məsələyə yanaşsaq görərik ki, miqrasiyaya uğramış kapital bir qayda olaraq iqtisadiyyatın əsas sahələrinə yönəldilir. Lakin elə bir danılmaz fakt da mövcuddur ki, һəг hansı bir ölkə olursa-olsun müəyyən inkişaf səviyyəsində infrastruktur sahələrinin artırılmsı zərurəti ortaya çıxır. Bu hal XX əsrin ikinci yarısında yer kürəsinin müxtəlif regionlarında yerləşmiş ölkələrdə daha əyani görünməyə başlamış və iqtisadi cəhətdən sərfəli olduqda xarici kapitalın bura yol açmasına şərait yaradılmışdır.Bunun nəticəsində 1990-cı illərin əvvəlindən başlayaraq infrastruktur sahələrə hər il
milyardlarla ABŞ dolları məbləğində xarici vəsait qoyulmuşdur. Ümumiyyətlə götürdükdə, 1988-1995-çi illər ərzində infrastruktur sahələrə 40 milyard dollar cəlb edilmişdir ki, bunun da 50%-dən çoxu birbaşa xarici kapitaldır. Miqrasiya kapitalının sahə quruluşunun dəyişməsində transmilli korporasiyalar fəal rol oynayırlar. Bir sıra ölkələrin elmi ocaqlar yaratmağa, kadr hazırlığını yaxşılaşdırmağa, ixrac üçün nəzərdə tutulan emalla məşğul olan zonalar yaratmağa maraqları artmışdır ki, bu da TMK-ın bundan sonra daha da fəallaşması üçün yaxşı perspektivlər açır.
Dostları ilə paylaş: |