Əlamət
|
Valyutaların növləri
|
1. Valyutanın statusuna görə
|
Milli
Xarici
Beynəlxalq
Regional
Avrovalyuta
|
2. Ölkələrin valyuta ehtiyatlarına
münasibətə görə
|
Ehtiyat
Digər valyutalar
|
3. Tətbiq edilmə rejiminə görə
|
Sərbəst dönərli
Nisbətən dönərli
Qapalı
|
4. Valyuta əməliyyatlarının
növlərinə görə
|
Müqavilə qiymətinin valyutası
Ödəmə valyutası
Kredit valyutası
Klirinq valyutası
Veksel valyutası
|
5. Digər valyutaların
məzənnələrinə münasibətə görə
|
Güclü
Zəif
|
6. Maddi-əşyavi formasına görə
|
Nağd
Nağdsız
|
7. Qurulma prinsipinə görə
|
Zənbil tipli
Adi
|
Milli valyutanın dünya pulu funksiyasını yerinə yetirdiyini müəyyən edən əlamətləri 1998-ci ilin iqtisadiyyat sahəsi üzrə Nobel mükafatı laueratı Robert Mandell formalaşdırmışdır. Onlar aşağıdakılardır:
1. Valyuta ilə sazişlərin bağlandığı beynəlxalq iqtisadi münasibətlər sferalarının mövcudluğu və xüsusiyyətləri. Bu cür sahələrin həcmi nə qədər böyükdürsə valyuta iqtisadi şokların nəticələrini bir o qədər yüngülləşdirir. Bu cür sazişlərin sahəsi nə qədər genişdirsə valyuta bir o qədər likviddir. Çünki, belə olan halda, daha çox sayda iqtisadi subyektlər bu valyutanı ödəmə vasitəsi kimi qəbul edəcəklər. 100 milyon nəfər üçün pul rolunu oynayan valyuta 1 milyon nəfər üçün pul rolunu oynayan digər valyutadan daha likviddir. Bu cür sahələrin xüsusiyyətlərinin müəyyən edilməsində müəyyən çətinlik mövcuddur, çünki bu cür xüsusiyyətlər bir neçə dənədir. Birincisi, bu xüsusiyyətlər ―sahə‖ daxilində pul təklifi aiddir. Ikincisi, bura müxtəlif makroiqtisadi göstəricilər aiddir. Hazırkı ana üç bu cür sahə - dollar zonası, avro zonası və iena zonası formalaşmışdır.
2. Pul siyasətinin sabitliyi. Əgər ölkədə yüksək inflyasiya dərəcsi mövcuddursa onda onun valyutası dünya pulu rolunu oynamaq iqtidarında deyildir. Əsrin əvvəli və ortalarında bu problem valyutanın qızıla və ya digər qiymətli metala bağlanması yolu ilə həll edilirdi. Hazrıda, bu cür bağlanmaların olmadığı bir şəraitdə mərkəzi bankların həyata keçirdikləri siyasətin elementləri əsas rolu oynayırlar. Monetar siyasətin sabitliyinin əsas xüsusiyyəti kimi onun şəffaflığı, açıqlığı çıxış etməlidir. Bu şəffaflıq nə qədər yüksəkdirsə, iqtisadi subyektlərin inflyasiya gözləntiləri bir o qədər aşağı olacaq. Istənilən halda valyuta zonalarının mərkəzi banklarının əsas məqsədilərindən biri qiymətlərin sabitliyi olmalıdır.
3. Mübadilə məzənnəsinə nəzarətin olmaması. Bu da nisbətən azad valyuta bazarının olması deməkdir.
4. Güclü və ardıcıl mərkəzi hakimiyyət. Pul siyasətinin sabitliyi mərkəzi siyasi hakimiyyətin gücü və sabitliyi ilə müəyyən olunur. Zəif dövlət bir qayda olaraq zəif valyutaya malik olur. Mərkəzi hakimiyyətin zəifləməsinin (məsələn, müharibə nəticəsində) bir nəticəsi də adətən inflyasiyanın güclənməsi olur.
5.Valyuta ehtiyatlarının mövcudluğu və həcmi. Ölkənin malik olduğu valyuta ehtiyatları nə qədər çox olarsa valyutanın dünya valyutasına çevrilməsi üçün şərait bir o qədər münbit olar.
6. Aşağı faiz dərəcələri. Bu əlamət iqtisadiyyatın normal inkişafı üçün zəruri olan göstəricilərdən biri kimi çıxış edir.
Valyuta sisteminin digər aparıcı elementi valyuta məzənnəsi rejimi hesab edilir.
Dostları ilə paylaş: |