Birinci qrupa, sənaye cəhətdən inkişaf etmiş (ABŞ, Almaniya, Yaponiya, BB, Fransa, İtaliya), gəlir mənfəətdən tutulan verginın 40-50% olan ölkələr aiddir. Bu ölkələr vergidən yayınmaq məqsədilə təsərrüat subyektlərinin fəaliyyətinin kəskin reqlamentləşdirilməsinə, firmadaxili əməliyyatların məhdudlaşdırılması və xarici firmalardan istifadə edilməsindən ibarətdir. Bu ölkələrin qanunlarına görə səhmdar cəmiyyətlər ücün nizamnamə kapitalının minimum məbləgi böyük olur: Almaniyada 100 min marka, Fransada – 500 min frank. MMC lər üçün bu rəqəm nəzərəcarpacaq dərəcədə aşagıdır.
İkinci ücüncü qrupa daxil olan ölkələr güzəştli vergi zonasına daxil edilir.
İkinci qrupa yurisdiksiyasına gəlir vergisi kifayət qədər yüksək səviyyədə olduqda xüsusi vergi güzəştləri tətbiq edilən ölkələr daxildir:
а) müəyyən tip fəaliyyət göstərən şirkətlər, eləcə də holdinq, maliyyə və ticarət şirkətləri;
b) gəlirlərin köcürülməsi və repatriasiyası (vətəninə dönməsi) mexanizmi. Bu ölkələrdə adətən dividendlərin şıxarılması və repatriasiyası vergiləri, bank faizləri, royaliti ödənişləri aşagıdır. Bu qrupa aid olan ölkələrdə liberal valyuta və gömrük rejimi ilə secilirlər. İkinci qrup ölkələrinin törəmə (qız) firmaları kapital və gəlirlərin “tranzitini” həyata kecirir. Bu qrupa Niderland, İsvecrə, İrlandiya, Lüksemburq, Avstriya, lixtenşteyn və b. aid edilir.
Dostları ilə paylaş: |