boşaltma qurğuları ilə təchiz edilməsi tələbi də bu qəbildəndir.
v) istehlakçının maraqlarını malın nöqsanından və istifadə zamanı mümkün olan ziyandan qorumaqla malın keyfiyyətinə olan tələblər. Bunlar ilk növbədə məişət elektrotexnikası, tibb preparatları, yeyinti məhsulları, uşaq malları və sairələrinə aiddir.
MÖVZU 11. ƏMTƏƏ İXRACININ DİVERSİFİKASİASI ÖLKƏNİN İXRAC STRATEGİYASININ ZƏRURİ ŞƏRTİ KİMİ
Plan
1.İxrac potensialı, ölkənin iqtisadi potensialının bir hissəsi kimi
İxrac potensialının formalaşması və inkişafını müəyyən edən əsas amillər
İxrac potensialı, ölkənin iqtisadi potensialının bir hissəsi olmaqla, xalq təsərrüfatı və onun ayn-ayrı sahələrinin istehsal vasitələrindən tam şəkildə istifadə edilməsi nəticəsində xarici bazar istehlakçılarının tələblərinə müvafiq miqdarda və keyfiyyətdə müxtəlif növ maddi nemət və xidmət istehsalı və ixrac et-mək qabiliyyətidir.
Qeyd etmək lazımdır ki, ixrac edilməsi üçün birinci növbədə onlara tələbat olmalıdır. Ölkənin istehsal edə biləcəyi məhsulun miqdarının dünya bazarındakı məhsulun miqdarı ilə müqayisədə kifayət qədər az olduğu nəzərə alınarsa, ölkənin neft məhsullarına tələbat potensialının həmişə olacağı mümkündür. İxrac potensialını təhlil edərkən, nəzərə alınmalı digər amillər keyfiyyət, dünya bazan standartlarına və qiymətlərinə uyğunluqdur. Fikrimizcə, məhsulun daxili bazarda qiyməti bu məhsulun beynəlxalq bazardakı qiymətindən aşağıdırsa, deməli, ixrac potensialı mövcuddur. Başqa sözlə desək, məhsullarının ixrac potensialını qiymətləndirərkən qiymətlər müqayisə edilməli və baxılan məhsulun beynəlxalq qiymətlərə mənfəətlə satıla bilməsi müəyyən edilməlidir.
İxrac potensialının daxili məzmunu və mürəkkəb quruluşu çoxlu sayda müxtəlif amillərin təsiri altında formalaşır. Bu amillərə elmi-texniki tərəqqi, istehsal fondlarından istifadənin yaxşılaşdırılması, işçi qüvvəsinin təkmilləşdirilməsi, yeni və daha səmərəli faydalı qazıntıların aşkar edilməsi, istehsal vasitələrinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq iqtisadi inteqrasiyanın inkişafı və bir çox başqaları daxil edilir. Bu amillərin hər birinin ixrac potensialına təsiri əhəmiyyətli dərəcədə fərqlənir. Onu da qeyd etmək lazımdır ki, onların hər biri ilkin olaraq bütövlükdə ixrac potensialına deyil, onu təşkil edən ayrı-ayn tərkib elementlərinə təsir edir. Nəticədə, ölkənin ixrac potensialının yeni və daha yüksək səviyyəsi onun daxili tərkib hissələrinin ixrac imkanlarının yekunu əsasında formalaşır.
İxrac potensialının formalaşması və inkişafını müəyyən edən əsas amillərdən biri də ölkədə təbii resursların mövcudluğu və onlardan istifadə səviyyəsidir. Təbii resursların mövcudluğu və onların mənimsənilməsi səviyyəsi ölkənin məhsuldar qüvvələrinin, xüsusilə də, maddi istehsal vasitələrinin və bunun da əsasında ixrac potensialının inkişafını şərtləndirir. Buna görə də, bu və ya digər ölkənin ixrac imkanları bilavasitə həmin ölkənin malik olduğu və kəşf edilib mənimsənilmiş təbii resurslarının həcmi və təbii şəraitdən asılıdır. Beləliklə, demək olar ki, müəyyən dövr ərzində mövcud olan ixrac potensialının əsasında həm istifadə olunan, həm də mənimsənilməmiş məcmu təbii sərvətlər durur.
İxrac potensialının tərkib elementlərindən biri də bir sıra kəmiyyət və keyfiyyət göstəriciləri sistemi ilə şərtlənən əmək resurslarıdır. Buraya elmi kadrlar, sənayenin ayn-ayrı sahələrində çalışan işçilər, məhsulların ixracı və xarici bazarda reallaşdırılması ilə əlaqədar təşkilati və idarəetmə işləri üzrə fəaliyyət göstərən şəxslər aiddir.
Əmək ehtiyatlarının kəmiyyətcə artması və keyfiyyətcə dəyişməsi ETT-nin sürətlənməsi, məhsuldar qüvvələrdən istifadənin səmərəliliyinin yüksəldilməsi və bunun əsasında ölkənin ixrac potensialının inkişafının əsasını təşkil edir. Bununla əlaqədar olaraq, əmək resurslarından daha səmərəli istifadə olunmasına, onların ixtisasının artırılması və təkmilləşdirilməsinə və digər amillərə daha çox və xüsusi diqqət yetirmək lazımdır.
İxrac potensialının inkişafı və onu şərtləndirən amillər haqqında klassik və müasir beynəlxalq ticarət nəzəriyyələrində geniş bəhs edilmişdir. Klassik nəzəriyyələrdə bu amillər daha çox ölkələrin malik olduğu təbii və istehsal amilləri arasında əldə olunan üstünlüklərə (A. Smit və D. Rikardoya görə mütləq və müqayisəli üstünlüklər, Hekşer-Olin nəzəriyyəsinə görə istehsal amillərinin nisbəti nəzəriyyəsi və s.) müəyyən edilir. Klassik nəzəriyyəyə əsasən ölkələr istehsalında üstünlüyə malik olduqları amillərdən maksimum istifadə olunan məhsulların istehsalı və ixracı üzrə ixtisaslaşmalıdır. Lakin ixrac potensialının inkişafı təkcə istehsala cəlb edilən amillərin miqdarının artırılması ilə məhdudlaşdırıla bilməz. Burada həmçinin elm və texnikanın inkişafı, elmi-texniki tərəqqi, beynəlxalq ticarət əlaqələrinin inkişafı, BƏB-in dərinləşməsi nəticəsində meydana çıxan üstünlüklərə də xüsusi diqqət yetirilməlidir.
Hal-hazırda elm və texnikanın inkişafı ilə əlaqədar olaraq texnoloji inkişaf ölkənin xarici bazarlarda rəqabət qabiliyyətliyini artıraraq ixrac potensialının genişləndirilməsində mühüm rol oynayır.
Texnoloji yenilik ayrı-ayrı ölkələrdə istehsal prosesləri arasında fərqlərin yaranmasına gətirib çıxarır və bu yeniliyə görə həmin ölkə müqayisəli üstünlüyə malik olur. Bu zaman yeni texnologiya digər ölkələrə yayılana qədər yenilikçi ölkə müvəqqəti də olsa, bu malın ixracında inhisarçı olur və bununla da özünün ixrac potensialının maksimum səviyyədə inkişafını təmin etmək imkanı əldə edir.
Məlum olduğu kimi, tarixən zəif inkişaf etmiş ölkələrdə xammal ixracı üstünlük təşkil etmişdir. Lakin inkişaf etmiş ölkələrdə xammala olan tələbatın aşağı səviyyədə olması, onların yeritdiyi proteksionizm siyasəti, xammala qənaət edən texnologiyaların tətbiqi və sintetik əvəzedicilərdən istifadə edilməsi və s. səbəblərdən asılı olaraq, ölkənin xammal hesabına ixrac potensialını genişləndirmək imkanları məhduddur. Xüsusilə də, son dövrlərdə müqayisəli üstünlüklərin tədricən texnologiya tutumlu istehsala doğru dəyişdiyini nəzərə alaraq ixracın əmtəə tərkibində emaledici sahənin, əsasən də elm və kapital tutumlu məhsulların payının artırılması daha məqsədəuyğun və perspektivli hesab olunur.
Son dövrdə Azərbaycan Respublikasının dünyanın bir sıra ölkələri ilə ticarət iqtisadi əlaqələri genişlənmişdir. Bu isə idxal-ixrac əlaqələrinin artmasına səbəb olmuşdur (Bax cədvələ. Mənbə: www.az-customs.net).
Qeyd etmək lazımdır ki, hazırda respublikanın ixrac potensialı strukturunda əsas sahə neftçıxarma və neft məhsulları təşkil edir. 2010-2018-ci illərdə Azərbaycanın ixracatının 93%-ni neft və neft məhsulları təşkil etmişdir. Bu artım yalnız hasilatın yüksəlməsi ilə deyil, neftə daxili tələbatın dəyişməsi, həm də digər məhsulların ixracının kəskin azalması və xaricə satılan neftin nisbətən yüksək qiyməti ilə izah olunur. Eyni zamanda, ümumi ixracda qeyri-neft məhsullarının payı 37,6%-dən 8,1%-ə enməsi ilə xarakterizə olunur. Azərbaycanın neftdən başqa da böyük potensial imkanları vardır. Bura ilk növbədə əlvan metallurgiya və kənd təsərrüfatı məhsullarını aid etmək olar. Belə sahələrdən biri də əlvan metallurgiya sənaye sahələridir. Daşkəsəndəki alunit yataqları ehtiyatına görə dünyada 11-ci yeri tutur. Belə bir sənayenin imkanlarından istifadə olunması ölkənin ixrac potensialmı 12-15 faiz artıra bilər (Sumqayıt və Gəncədəki alüminium zavodları).
Azərbaycanın ixrac potensialında həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı da xüsusi əhəmiyyət kəsb edir. Pambıq məhsulu çox mühüm strateji məhsul sayılır. Hazırda dünyanın 20-dən artıq ölkəsinə pambıq ixrac olunur.
Müstəqillik dövrünə qədər Azərbaycan Respublikasında ixrac potensial siyasəti olmamışdır. Respublikada istehsal olunan bütün məhsulların sahibi kimi dünya bazarında məhz Azərbaycan dövləti deyil, SSRİ adlanan ölkə çıxış edirdi. Belə bir şəraitdə respublikaya məxsus təbii sərvətlərdən istifadə, onların son məhsula çevrilməsi, istehsal üçün lazım olan maliyyə, xammal, material, əmək resurslarının həcminin müəyyən edilməsi, daxili bazarın əsas məhsullara olan tələbatının ödənilməsi, ixracın həcminin müəyyən edilməsi qeyri-adi hadisə kimi görünə bilərdi.
Planlı təsərrüfatçılıq sistemindən bazar iqtisadiyyatına keçən respublikamız hazırda müstəqil olaraq xarici siyasət, o cümlədən xarici ticarət siyasəti hazırlayaraq həyata keçirir.
Respublikamızda həyata keçirilən xarici ticarət strategiyasında keçid dövrü amillərinin təsiri, milli iqtisadiyyatın inkişaf xüsusiyyətləri, prioritet sahələrin məhsullarına dünya bazarında olan tələbat nəzərə alınmaqla ixrac potensialının səmərəli formalaşdırılması istiqamətində islahatlar aparılır. Bu imkanları və ixrac potensialının formalaşması xüsusiyyətlərini tədqiq etməzdən əvvəl sahə səviyyəsində ixrac potensialının iqtisadi məzmununu nəzərdən keçirtməyi məqsədəuyğun hesab edirik.
Nəzərə almaq lazımdır ki, sahə səviyyəsində ixrac potensialı respublikada mövcud cəmi təbii ehtiyatları, xammal və yarımfabrikatları, əldə olunan yeni biliyi, mütərəqqi texnologiyaları, yüksək ixtisaslı mühəndis-texniki işçiləri, göstərilən xidmətləri, sahənin informasiya resurslarını, müxtəlif lisenziyaları, patentləri özündə birləşdirir.
Respublikamızın iqtisadi inkişafında formalaşmasında neftçıxarma, neft-mədən maşınqayırması, neft kimyası, kənd təsərrüfatı məhsulları və elmi-texniki potensialı da daxil olmaqla iqtisadi potensialın həcminə görə yaxın Şərq ölkələri arasında mühüm yer tutur.
Qeyd etmək lazımdır ki, keçid dövrü iqtisadiyyatlı ölkə kimi Azərbaycanda ixrac potensialının tarixən formalaşmış şəraitinə uyğun olaraq neft sənayesi üzrə ilkin olaraq respublika xammal ixracına istiqamətlənmişdir. Sonrakı mərhələlərdə yarım emal edilmiş məhsullar, axırıncı planda isə müəyyən dərəcədə son məhsulların ixracı özünə məxsus yer tuturlar. İxrac potensialının formalaşmasının ümumnəzəri əsaslarına görə ixracın strukturunun bu cür formalaşması iqtisadi inkişaf baxımından aşağı və orta səviyyəli ölkələr üçün xarakterikdir.
Statistik rəqəmlərdən göründüyü kimi Afrikanın və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrin ixracdan əldə etdikləri ümumi qazancın 70%-i məhz ilkin məhsulların ixracının payına düşür. İnkişaf etməkdə olan ölkələrin inkişaf modeli üçün xarakterik olan ölkələrin inkişaf modeli üçün xarakterik olan bu xüsusiyyət Azərbaycanda da cüzi kənarlaşmalarla özünü büruzə verir.
Belə ki, Azərbaycanda ixracdan daxil olan ümumi gəlirlərin 80%-ə qədəri neft sənayesindən ixrac olunan xammalın payına düşür. Beynəlxalq səviyyədə belə bir fikir formalaşmışdır ki, inkişaf etməkdə olan ölkələr yüksək inkişaf etmiş dövlətlərin xammal bazasıdır və dünya bazarında onlar məhz bu meyardan irəli gələn göstəricilərlə qiymətləndirilir.
İxrac potensialından istifadənin daha səmərəli istiqamətinin müəyyən edilməsi, elmi-texniki tərəqqinin inkişafı və ekoloji siyasətin təkmilləşdirilməsi baxımından əsaslandırılması ixrac potensialının düzgün qiymətləndirilməsini tələb edir. İxrac potensialının iqtisadi cəhətdən kəmiyyətcə qiymətləndirilməsi demək olar ki, bütün ölkələrdə aparılır.
Bəzi ölkələrdə qiymətləndirməni aparmaqda əsas məqsəd ondan istifadənin səmərəliliyini aşkara çıxarmaqdan, digər dövlətlərdə isə əmtəə-pul münasibətlərinin inkişaf səviyyəsini müəyyən etməkdən ibarətdir.
Dostları ilə paylaş: |