Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri



Yüklə 210,43 Kb.
səhifə27/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   ...   23   24   25   26   27   28   29   30   ...   57
muhazre1

2) Kvotalaşdırma - (“kvota” latınca “guot” sözündən götürülüb, mənası “nə qədər” deməkdir) fərdi, tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsi ilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir.

Fərdi kvotalar - idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə paylaşdırılmasını nəzərdə tutur. Tərtibat formasına görə belə kvotaları iki növə ayırırlar:

Mütənasib kvotalar bütün kvotalar çərçivəsində keçən dövr (baza) ərzində idxalda hər ölkənin payına görə təyin olunur, ikitərəfli kvotalar bir tərəfin əks tərəfə ticarət-siyasi öhdəliklərinin qarşılığı olaraq verilir (bəzən ikitərəfli saziş bağlanır), seçmə kvotalar hər hansı bir ölkə və ya ölkələr qrupundan alınan malların digər regionlardan alınanlara nisbətən məhdudlaşdırılması məqsədi ilə verilir.

Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmdə idxala icazə verir. Bu həcmdən artıq idxal üçün daha az əlverişli rejim (idxalın faktiki qadağanına qədər) tətbiq edilir.

Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə (ən çox kənd təsərrüfatı məhsulları üçün) tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır.

Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək azadlığı verir.

Faiz kvotaları bəzi hallarda idxal kvotaları ixracın həcmindən faiz nisbətindən müəyyən edilir. Kvotalar, həmçinin, milli istehsalı stimullaşdırmaq məqsədi ilə bir malın daxili bazarda tədarük həcmindən faizlə də hesablana bilər.

İdxalı səhiyyə, təhlükəsizlik, ətraf mühitin qorunması mülahizələrinə görə idxalı nəzarətdə olan mallara da belə kvotalar müəyyən edilə bilər.




Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin