C. Maliyyə tədbirləri
Maliyyə tədbirlərinə - idxalçıların xarici valyutaya onlar üçün valyutanın qiymətlərinə, həmçinin ödəniş şərtlərinə müdaxiləsini tənzimləyən tədbirlər aid edilir. Bu tədbirlər idxalın dəyərini yüksəldə bilərlər. Bu kateqoriya QTM-ə aşağıdakılar aid edilir:
1) idxalın dəyərinin, eləcə də idxal vergisinin qabaqcadan ödənilməsi.
Buraya idxal depozitivlərinin, əvəzi ödənilən depozitlərin açılması, nağd ödəniş və gömrük rüsumlarının qabaqcadan ödənilməsi də daxildir;
2) valyuta məzənnələri çoxluğu.
Bu müxtəlif kateqoriyalı mallar üçün müxtəlif məzənnələrin müəyyən edildiyi dövlət tənzimlənməsi mexanizmidir. Rəsmi məzənnə, adətən, daha zəruri mallar üçün saxlanılır, digər mallar kommersiya məzənnəsi və ya xarici valyutanın hərraclar vasitəsi ilə alınması hesabına ödənilir.
3) xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər.
Ölkə daxilində valyuta əməliyyatları aparılmasına müxtəlif icazə, viza və s. (onların qadağan edilməsi də daxil olmaqla) alınmasını nəzərdə tutur.
Dostları ilə paylaş: |