3) müəyyən bir malın idxalınının qadağa edilməsi tamamilə və istisna olmadan da tətbiq edilə bilər. Müvəqqəti və mövsümi qadağanlar qoyulması da mümkündür.
Lisenziya verilməsinə imtina edilməsi (adətən, tədiyyə balansı mülahizələrinə görə) idxala faktiki qadağan kimi qiymətləndirilə bilər. Bəzi hallarda ölkənin ticarət balansında böyük kəsiri olduğu dövlətlərdən idxala qadağa tətbiq edilə bilər.
Müəyyən bir ölkədən idxal və ixraca (ümumilikdə xarici ticarətə) qadağa qoyula bilər ki, buna da embarqo deyilir. Bu hal məcburi tədbir olub beynəlxalq təcrübədə qəbul edilmişdir, prinsipial xüsusiyyətlərə malik olub açıq və gizli (örtülü) formalarda edilə bilər. Belə qadağanın açıq forması adətən BMT-nin qərarlarına
əsaslanır və xarici ticarətin tamamilə kəsilməsini nəzərdə tutur. Məsələn, BMT tərəfindən İraqa qoyulan embarqo.
Örtülü qadağanlara xarici gəmilərin daxili sulara buraxılmaması və ya ayrı-ayrı idxal mallarının ölkənin pərakəndə satış şəbəkəsinə buraxılmasını aid etmək olar
4) İxracın məhdudlaşdırılması barədə sazişlər qarşılıqlı razılığın (kompromis) nəticəsi olub, ixracatçının ixrac həcmini “könüllü olaraq” idxalatçının məcburi tədbirlərini gözləmədən məhdudlaşdırmaq barədə razılığıdır.
Belə sazişlər həm dövlətlər səviyyəsində, həm də ayrı-ayrı istehsal sahələri səviyyəsində bağlana bilər.
Bu tipli sazişlər həm ikitərəfli, həm də çoxtərəfli sazişlər ola bilər.
Dostları ilə paylaş: |