Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri


Qeyri-tarif məhdudiyyətləri ve təsnifatı



Yüklə 210,43 Kb.
səhifə19/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   ...   15   16   17   18   19   20   21   22   ...   57
muhazre1

Qeyri-tarif məhdudiyyətləri ve təsnifatı

Dünya təcrübəsində qeyri-tarif məhdudiyyətlərinə münasibət kifayət qədər ziddiyyətlidir. ÜmümdünyaTicarət Təşkilatı rəsmi olaraq belə tədbirlərin ləğv edilməsi və müstəsna olaraq tarif üsullarından istifadə edilməsi məsələsini qoyur. Həmin təşkilata üzvlük ərəfəsində olan Azərbaycan Respublikası üçün bu tələblərə

münasibət mühüm əhəmiyyət kəsb etməkdədir.

Bununla bərabər tələblərin birmənalı şəkildə qəbulu digər məsələlərdə arzuolunmaz nəticələrə də gətirib çıxara bilər. Belə ki, Ümümdünya Ticarət Təşkilatının, Tarif və Ticarət üzrə Baş Sazişin (QATT) üzvü olan ölkələr xarici ticarətdə qeyri-tarif tənzimləmə metodlarından həm əvvəl, həm də indi istifadə etməkdədirlər.

Bəzi qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması sadəcə olaraq qeyri mümkündür. Belə ki, qeyri-tarif məhdudiyyətləri daxili iqtisadi siyasətin digər ölkələrlə iqtisadi əlaqələrinə təsirinin təcəssümü kimi çıxış edir.

Bununla belə, beynəlxalq ticarət sistemi tərəfindən qanuniləşdirilmiş qeyri-tarif tənzimləmə tədbirləri, daha doğrusu xarici malların idxalının kəskin artımı ilə milli iqtisadiyyata vurulan zərərin qarşısının alınması məqsədi güdən müdafiə tədbirləri, həmçinin xarici ixracatçılar tərəfindən qeyri-sağlam rəqabətin qarşısının alınmasına yönəlmiş digər tədbirlər mövcuddur.

İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlər (QTM) - xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma - qadağan xarakterli tədbirlər kompleksidir. Bu tədbirlərin məqsədi yalnız idxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi deyil, həm də milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunmasıdır.

. Bundan başqa QTM ixrac əməliyyatlarında da istifadə edilir

Birbaşa və dolayısı yolla xarici ticarəti tənzimləyən tədbirlər, adətən, səkkiz qrupa bölünür: tarif, paratarif, qiymətlərə nəzarət, maliyyə, lisenziyalaşdırma, kəmiyyət nəzarəti, inhisarçı tədbirlər, texniki tədbirlər.

ÜTT/QATT tövsiyələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq hal-hazırda Azərbaycanda bu tədbirlərin əksəriyyəti tətbiq edilmir. Lakin güman edilir ki, milli istehsalın inkişafı naminə və ölkənin iqtisadi təhlükəsizliyinin təminatı ilə əlaqədar olaraq onların istifadə dairəsi genişləndiriləcəkdir. Qeyri-tarif tənzimlənməsi sisteminin öyrənilməsi bu baxımdan məqsədə uyğundur.

Qeyri-tarif tədbirlərinin rəngarəng olmasına baxmayaraq onları iki böyük qrupa bölmək olar: iqtisadi və inzibati tədbirlər.


Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin