Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


 Destinasiyada əyləncə və alış – veriş (şoppinq)



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə15/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   11   12   13   14   15   16   17   18   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

1.5.3. Destinasiyada əyləncə və alış – veriş (şoppinq) 
Alış - veriş və əyləncə hər bir halda turist fəaliyyətinin önəmli bir hissəsini meydana 
gətirir. Destinasiyalarada həyata keçirilən etnik və mədəni əyləncələr ən çox diqqət 
çəkən fəaliyyətlərdəndir. Əyləncə və alış – veriş ayrılıqda bir cəlbedici vasitə olsa belə 


27 
digər tərəfdən turistləri cəlb edən başqa amillərə dəstək verən bir vasitə kimi düşünülə 
bilər. Alış veriş ilə turistləri cəlb edən teizm destinasiyası Dubayı misal göstərmək olar. 
Əyləncə baxımından fərqli və müxtəlif əyləncə məkanlarına ev sahibliyi edən Las 
Vegas misal göstərilə bilər. Fransada dünya markalarının demək olar ki hamısının 
mövcud olması , çoxlu mağaza və alış – veriş mərkəzlərinin olmasına gətirib çıxardır. 
Həmçinin, İtaliyada Milanodakı mağazaların çeşidliliyi turistləri özünə çəkən şoppinq 
mərkəzlərindəndir [41]. 
Son araşdırmalara əsasən alış – veriş anlayışı müasir dövrdə ən əyləncəli 
fəaliyyətlərdən biri kimi tanınmaqdadır. Müasir cəmiyyət satın almağı alış veriş halına 
gətirməklə bir zövq ünsürünə çevirmişlər. Turitlərin səyahət etdikləri yerlərdə əşya
geyim, suvenirlər və s məhsullar almaq istəmələri, alış – verişi gedilən ölkədə turizmin 
bir ayrılmazı halına gətirmişlərdir [29,səh.52]. 
Əyləncə turizmi kimi dünyada tanınan növlərdən biri də qumar turizmidir. 
Dünyada önəmli turizm destinasiyası olmaq istəyən və ya daha da turizm gəlirlərini 
artırmaq istəyən ölkələr sürətlə kazinolar açmağa başlamışlar. Misal üçün Cənubi Kipr 
Türk respublikası kazino turizmindən çoxlu gəlir əldə etməkdədir. Həmçinin, 
Viyetnam, Yaponiya, Macarıstan və Sinqapur kimi ölkələr bu sahəyə investisiya 
etmək hazırlığındadırlar [42]. 


28 
Fəsil 2. Brend ilə bağlı əsas anlayışlar 
 
Müasir dövrdə rəqabətin geniş yayıldığı bir zamanda bazar şəraitində bir –birinə 
oxşar məhsulların artımı və bununla əlaqədar olaraq bir çox istehlakçının bu məhsulları 
eyni olaraq qəbul etməsi ilə firmalar öz məhsullarını fərqləndirmək axtarışına 
başlamışlar.
Bununla əlaqədar olaraq artıq bir çox şirkət və ya firma brend məhsullarını və ya 
xidmətlərini daha çox dəyərləndirməyə başlamışlar. Çünki, güclü bir brend 
istehlakçının qərar almasını asandlaşdırmaqla yanaşı, bazarda risk amilini azaldır və 
gəlir üçün imkan yaradır. Bu yanaşmanı qəbul edən firmalar brend yaratmaq və onun 
rəqabət qabiliyyətini qoruyub saxlamağı idarəetmədə məcburi qayda halına 
gətirmişlərdir. Çünki qızğın rəqabət bazarında bir çox brendlər istehlakçılar üçün 
məhsul və ya xidmətləri fərqləndirici bir ünsür halına gətirmişlərdir [22,səh 11]. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin