Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   30   31   32   33   34   35   36   37   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

 
 
 
 
0
50000
100000
150000
200000
250000
2014
2015
2016
2017
2018
Qız Qalası (nəfər)
İçərişəhər (nəfər)


72 
NƏTİCƏ VƏ TƏKLİFLƏR 
 
Turizm ölkələrin inkişafında önəmli rol oynayan, iqtisadi cəhətdən böyük faydası 
olan və hər keçən gün daha da böyüyən bir sektordur. Bu çərçivədən baxdığımız zaman 
İçərişəhər həm turizmin çeşidliliyi baxımından, həm də turistləri öz qədimliyi ilə cəlb 
etməsi ölkə turizmində əhəmiyyətli yerə malikdir. Bir çox dünyaca məşhur turizm 
destinasiyalarının sahib olduqları potansiala malik olan İçərişəhər bənzərsiz turizm 
məhsuludur. 
Burada tarixi turizm, mədəniyyət turizmi, idman, əyləncə turizm növləri kimi 
turizm növləri mövcuddur. İçərişəhər, statistikaya əsasən turist destinasiyaları arasında 
hələ çox öndə olmasa da turizm potansialı baxımından önə keçmək imkanına 
malikdirlər. 
Tədqiqat işimin ilk hissəsi turizm marketinqi, turizm məhsulu və turist 
destinasiyası anlayışlarını əhatə etmiş, ikinci hissəsində markalama və destinasiya 
markalaması anlayışları əhatə edilmiş və üçüncü bölmədə içərişəhər haqqında ümumi 
informasiya verilmişdir. Burada İçərişəhəri ziyarət edən yerli və xarici turistlərin 
İçərişəhər ilə əlaqəli təəssüratlarına yönəlmiş anket suallarına verilmiş cavablar analiz 
edilərək nəticələr ilə əlaqəli fikir yürüdülmüşdür. 
İçərişəhəri ziyarət edən xüsusən xarici turistlərə yönəlmiş bu tədqiqatda İçərişəhər 
turizm potansialı baxımından araşdırılmış, turistlərin öz düşüncələrində İçərişəhər 
barəsində müsbət və mənfi fikirlər müəyyən olunmuş, İçərişəhər ilə əlaqəli fikirlər və 
destinasiya markası olaraq qəbul edib etmədikləri kimi suallar verilmiş və verilən 
cavablara əsaən statistika baxımından analiz edilmiş nəticələr müəyyən olunmuşdur. 
Tədqiqat zamanı anket suallarını cavablandıran İçərişəhərə gələn turistlərin sosial 
– demoqrafik xüsusiyyətləri nəzərdən keçirilmiş və qadınların kişilərədən daha çox 


73 
olduqları müəyyən olunmuşdur. İştirakçıların yaş ortalamasına baxdıqda çoxluğu 
gənlər təşkil edir.Gələnlərin çoxunu əsasən ali təhsilli və orta təbəqə nümayəndələri 
əhatə edir. 
Sorğuda iştirak edən insanların çoxu buraya tarix - mədəniyyət, memarlıq 
abidələrinin ziyarəti üçün gələnlərdir. İkinci sıranı isə idman, sərgi , konsert tipli 
tədbirlər üçün baş çəkənlərdir. Bu da son illər ölkəmizdə baş tutan birinci avropa 
oyunları , Formula 1 yarışı, velo yarışlar və s. kimi müsabiqələr turistləri cəlb edən 
başlıca amillərdəndir. 
Anketdə sualları cavablandıran turistlərin İçərişəhəri ziyarət etmələrində internet 
reklamlarının rolu böyük olmuşdur. İkinci yeri isə turizm informasiya mərkəzləri əhatə 
edir. Turistlərin 81.3% - i buranı yenidən gəlib görmək fikirindədirlər və İçərişəhər 
barəsində öz yaxın dost və ya tanışlarına məlumat verəcəkləri qənayətindədirlər.
Anketdə həmçinin, bir açıq sual qeyd edilmişdir. Burada məqsəd İçərişəhərin 
turist destinasiya brendi kimi formalaşmasında dünyanın digər yerləri ilə müqayisəsi 
əsas götürülmüşdür.Nəticədə bir sıra əcnəbi turistlər öz təcrübələrinə əsasən İçərişəhəri 
müqayisə etmişlər və maraqlı turizm mərkəzlərinin adlarını vurğulamışlar. 
İlk olaraq Fransada yerləşən Carcasson ( qoşa qala divarları ilə əhatə olunmuş, 
şəhər içərisində yerləşən kiçik şəhərdir) ilə müqayisə etmişdir. İkinci olaraq təbiət 
hadisəsi nəticəsində iki adanın qalıqları ilə birləşmiş, Paris şəhərində sena çayı 
sahilində yerləşən İle de la Cite. Üçüncü olaraq Nanluoguxiang, Beijing Çində yerləşən 
məşhur turist destinasiyasıdır. Bundan başqa Praqa şəhərindəki Stare Mesto, Tiflis və 
Polşa şəhərindəki qədim şəhər turist destinasiyası və s kimi yerlər turistlər tərəfindən 
səslənmişdir. 


74 
Sorğuda iştirak edən turistlər, İçərişəhəri Bakının ürəyi, simvolu adlandırırlar, 
digər bir tərəfdən 99.1% insanlar isə buranı Qonaqpərvər bir şəhər olaraq qəbul edirlər. 
Çox az bir hissəsi isə əksini söyləmişdir. 
Turistlərin 92% - i İçərişəhəri turist destinasiya brendi olaraq qəbul edirlər. Çünki 
buranın özünəməxsus abu - havası tikililəri, simvol və işarələri, barəsində bir çox 
əfsanə və hekayələr və s bunu deməyə vadar edir. 
Sorğuda belə müəyyən olunmuşdur ki, 43,1 % əhali buraya üç və daha artıq gəlmə 
turistlərdir. İnsanların ölkəmizə, İçərişəhərə birdən daha çox gəlmə səbəbləri həm 
buranın 36.6% - i tarix- memarlıq, mədəniyyət abidələrini görmək, onlardan həzz 
almaq kimi xüsusiyyətlər özündə daşıyır. Digər bir tərərfdən sorğu müddəti Formula 1 
maşın yarışlarını əhatə etdiyindən və nəzərə alsaq ki, bu il üçüncü dəfədir ki, ölkəmiz 
ev sahibliyi edir bu normal göstərici olardı. 
Digər bir tərəfdən 44.6% iştirakçı İçərişəhərdə məlumatların lövhələrdən alındığını 
deyirlər. 66.17 % -i də İçərişəhəri təhlükəsiz hesab edir. 
Təklif olaraq irəli sürmək olar ki, ölkəmizdə hər il və ya mütəmadi olaraq dünya 
əhəmiyyətli müsabiqələrin keçirilməsidir. Çünki, aparılan tədqiqata əsasən məlum 
olmuşdur ki, ölkəyə turist artımı sürətlənmiş və iqtisadi gəlirlərin formalaşmasında 
turizm payı da özünü göstərmişdir. Digər bir tərəfdən İçərşəhərin brend kimi 
formalaşması üçün bir çox dünya əhəmiyyətli televizor kanallarında (BBC, CNN) 
anonslar getməli və ya qısa filmlər nümayiş etdirilməlidir. Bununla yanaşı İçərişəhərdə 
bir sıra istifadəsi bağlı olan tikililər hazır vəziyyətə gətirilərək turistlərin istifadəsinə 
verilməlidir. Hal – hazırda İçərişəhərdə turistlərin ziyarət edə biləcəkləri yerlər azdır. 
Həmçinin, İçərişəhəri brenləşdirəcək amillər oraya çıxarılmalı və ya brend olmaq üçün 
vacib standartlar lazımi orqanlar tərəfindən işlənib hazırlanılmalıdır. 


75 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin