63
korporativ idarəetmenin təkmilləsdirilməsi yolundakı maneələri müəyyənləşdir-
məkdir. Respondentlər banklarda korporativ idarəetmənin təkmilləsdirilməsinə ən
başlıca maneə olaraq korporativ idarəetmə qanunvericiliyınin qeyri-səmərəlıliyini
göstərmişdirlər (61.8%). Banklarda korporativ idarəetmenin təkmiləsdirilməsi
önündəki ikinci mühüm maneə yüksək ixtisasli mütəxəsislərin azlığı (41.2%),
üçüncü vacib maneə isə - bu mövzu haqqında
məlumatin və ya biliyin
çatımazlığıdır (26.5%).
Respondentlər qanunvericıliyi ən kobud maneə hesab etsəler də ümumi
götürdükdə bu qanunvericıliyi “orta səviyyedən xeyli yüksək” qiymətləndirmislər.
Məs., müəssisenin qeydiyyatı/fəaliyyətə başlaması, səhmdarların
illik ümumi
yığıncaqları, müşahidə şurası və idarə heyətinin formalaşdırılması və səhmdarların
hüquqlarının müdafiəsi kimi sahələr üzrə qanunvericiliyin orta qiymətləndirilməsi
beş ballıq şkalada dörd balla qeyd edilmişdir (“bir” “pis”, “beş” isə “yaxşı”
deməkdir). Odur ki, qanunvericiliyin inkişaf qarşısında bir nömrəli maneə olması
şübhə doğurur.
Dostları ilə paylaş: