3
GİRİŞ
Mövzunun aktuallığı. Korperativ idarəetmə müəssisələrin şəffaf, ədalətli və
dürüst idarə edilməsini nəzərdə tutur.
Korperativ idarəetmə, beynəlxalq
investorların əhəmiyyətli dərəcədə zərər etdikləri 1997-ci ilin ortalarında baş
vermiş Asiya maliyyə böhranının ardından artıq bir ehtiyac kimi gündəmə
gəlmişdir. Bu dövrdə xüsusilə, inkişaf etməkdə olan ölkələrə xarici vəsait axınını
artırmaq, investorların hüquqlarını qorumaq və kapital bazarlarının inkişafını təmin
etməyə yönəlmiş korperativ idarəetmə ciddi mənada gündəmə gəlmişdir.
Korperativ idarəetməyə sərbəst iqtisadi sistemdə xalqa açıq
səhmdar
şirkətləri üçün tətbiq olunan qaydaları daxildir. Şirkət fəaliyyətinin; hüquq
sahibləri və ictimaiyyətinin mənfəətlərinin zərər görməyəcək şəkildə maddi və
insan resurslarının fəal və səmərəli şəkildə istifadə edilməsinin təmin edilməsi və
beləliklə, səhmdarlar üçün gözlənilən mənfəəti təmin edərək şirkətin davamlılığını
mümkün
edən qanun, əsasnamə və şirkət tətbiq etmələrinin yaxınlaşdırılması
tətbiqinin ümumi adıdır. Korperativ idarəetmə həmçinin şirkətin hədəflərinin təyin
olunduğu bir forma ortaya qoyur və bu hədəflərə necə çatacağı, səmərəlilik və
məhsuldarlığın nə şəkildə yoxlanacağını yollarını göstərir.
Yaxşı korperativ idarəetmə müşahidə şurası və yuxarı rəhbərlik üçün
şirkətin və səhmdarlarının maraqlarına uyğun hədəflərə yönəlmək baxımından
uyğun təşviqlər təmin etməli və aktiv nəzarəti asanlaşdırmalıdır. Korperativ
idarəetmə prinsipləri şirkət sahibliyi (mülkiyyət) və nəzarət ayrı-seçkiliyindən
qaynaqlanan problemlər
üzərində cəmləşdiyi kimi, bəzi şirkətlərdə; payların
(səhmlər) əksəriyyətinə sahib olan səhmdarların azlıq təşkil edən səhmdarlar
qarşısında sahib olduğu gücdən dolayı ortaya çıxa biləcək problemlərə də yönəldir.
Qısaca, şirkətlərin korperativ idarəetmə prinsipləri əsasında idarə olunması
məsələsi institusional idarəetmənin tanınmasında xüsusilə vurğulanır. Korperativ
idarəetmə
idarə heyəti, üst rəhbərliyin, nəzarət şurasının, daxili və xarici
auditorların fəaliyyətləri arasında uyğunluğu təmin etmək və bunlar arasındakı
lazımi məlumatların təsirli bir şəkildə rabitəni təmin etmək üçün tövsiyələr verir və
tövsiyələri qəbul edir.
4
Korperativ idarəetmə fəaliyyətinin nə üçün lazım olduğunu dərk etmək üçün
istər yerli, istərsə də beynəlxalq bazarlarda baş verən menecment səmərəsizliyi ilə
bağlı ortaya çıxan,
müəssisənin iflas, korrupsiya iddialarına baxmağın faydalı
olacağı güman edilir. Dünya miqyasında xüsusilə də Avropada maliyyə
böhranlarının meydana gəlməsi və buna bağlı olaraq da müxtəlif iflas hadisələrinin
qarşısının alınmaması artıq yeni tədbirlər keçirilməsini zəruri hala gətirmişdir.
Korperativ idarəetmənin bu qədər əhəmiyyətli bir hala gəlməsinin səbəbi,
ortaqlıq idarəetməsində uğursuzluq,
sui-istifadələr, inkişaf edən bazarlarda baş
verən maliyyə böhranıdır.
Bu baxımdan mübahisələrin mərkəz nöqtəsində yer alan anlayış korperativ
idarəetmə olmuşdur. Korperativ idarəetmənin ortaya çıxmasının əsasında böyük
ehtiyacın varlığı, bu anlayışın qısa zamanda çox geniş qəbullara çatmasına imkan
verdi. Ən ümumi və konkret halı demək olar ki, korperativ
idarəetmə idarəetmə
komissiyalarında fürsətçi rəhbərlərə qarşı müəssisə sahibləri və səhmdarların
maraqlarını tarazlaşdırmaq məqsədilə ortaya çıxmışdır.
Korporativ idarəetmə və yaxud korporativ maliyyə şirkətin fəaliyyət
göstərməsi üçün fondların təmin olunması vəzifəsini yerinə yetirir. Kiçik biznesler
üçün - bu KOB şirkətlər maliyyesi adlanır. Ümumiyyətlə götürdükdə riskin və
gəlirliliyin balanslıgını qorumaq şərtilə qurumun səhminin qiymətinin və varlıq
dəyərini maksimuma çatdırmaq məqsədi daşiyır.
Uzun müddetli fondlar, səhmdarlar və uzun müddetli kredit (əsasən, istiqraz
vərəqəsi) vasitəsilə təmin edilir. Fondların ayrı-ayrı növləri arasında tarazliq
şirketin kapital strukturu adlanır. Qısa zamanlı fondlaşma və ya fəaliyyət kapitalı,
adətən, banklardan kredit xətti alınaraq təmin edilir.
Maliyyə ilə sıx əlaqədə olan başqa bir biznes qərarı
isə investisiya və ya
fondların idarə edilməsidir. İnvestisiya bir aktivin dəyərini qoruyacağı və ya
artıracağı ümidi ilə əldə edilməsidir. İnvestisiya menecmentndə – portfelin
seçilməsi – nəyə nə qədər və nə zaman investisiya edilməli olduğuna qərar
verilməlidir. Bu məqsədə nail olmaq üçün şirkət aşağıdakiları etməlidir:
Uygun məqsədlərin və məhdudiyyətlərin müeyyən olunması: institusional və
5
ya
şəxsi məqsədlər, müddət üfüqü, riskdən qaçma və verginin nəzərə alınması,
Uyğun strategiyanin müəyyən edilmesi: aktiv və ya passiv – qorunma strategiyası
Portfelin performansının ölçülməsi
Maliyyə menecmenti mühasibatlıgın maliyyə funksiyası ilə paraleldir.
Lakin, maliyyə mühasibatı keçmişə aid maliyyə hesabatlarının hazırlanması ilə
məşğul olursa, maliyyə qərarı birbaşa şirkətin gələcəyinə yönəlir.
Bütün bunlar beynəlxalq maliyyə böhranı şəraitində korporativ maliyyə
idarəetmə sisteminin təkmilləşdirilməsi problemini aktual edir.
Dostları ilə paylaş: