6
əsərləri, tədqiqatları, bu sahədə dərc edilmiş dərslik və dərs vəsaitləri, Beynəlxalq
Maliyyə Korporasiyasının hesabatları və s. tədqiqatın informasiya bazasını təşkil
edir.
Dissertasiya işində iqtisadi təhlil, müqayisə, tarixi-sistemli yanaşma
metodlarından istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. Elmi yenilik ondan ibarətdir ki, korporativ
maliyyə idarəetmə sistemi beynəlxalq maliyyə böhranı şəraitində hərtərəfli nəzəri-
praktik əsaslandırılmışdır. Bununla əlaqədar olaraq, korporativ idarə etmə anlayışı,
məqsədi, modelləri, standartları araşdırılmış, korporativ maliyyə menecmentinin
məqsədi və təşkili tədqiq edilmiş, beynəlxalq maliyyə böhranının korporativ
maliyyə idarəetmə sisteminə təsiri öyrənilmiş, Azərbaycanda kredit institutlarında
idarəetmənin mövcud vəziyyəti qiymətləndirilmiş, korporativ maliyyə idarəetmə
sisteminin təkmilləşdirilməsi yolları və istiqamətləri müəyyən edilmişdir.
Dostları ilə paylaş: