Beynəlxalq maliyyə böhranı şəraitində korperativ idarəetmə sisteminin


Korporativ maliyyə menecmenti, məqsədi və onun təşkili



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix07.05.2023
ölçüsü1,28 Mb.
#109159
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
Mehdizad-F-rid

1.3. Korporativ maliyyə menecmenti, məqsədi və onun təşkili 
Məlumdur ki, müəssisələrin fəaliyyəti “...mənfəətin miqdarını yüksəltməyə” 
yönəlmişdir. (29,125) Kiçik bir köşk işlədən bir restoran yiyəsi də, iri müəssisənin 
sahibi də mənfəət “məcmu gəlirlərdən məcmu xərcləri çıxdıqda yaranan qalıq 
gəlir” haqqında düşünürlər. Buna səbəb nədir? Bu suala cavab vermək üçün və 
korporativ malivvə menecmentinin başlıca məqsədinin korporasiyanın dəyərinin 
maksimallasdırılması olduğunu sübut etmək üçün bir az ətraflı şərhlərə ehtiyac 
vardır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, korporativ menecmentin əsas 
məqsədi mənfəət artımı və ya korporasiyanın dəyərinin artıması olması ilə bağlı bir 
nəzəri mübahisələr mövcuddur. Merton və Bodi da qeyd etmişlər ki, “Korpo-
rasiyanın fəaliyyətini tədqiq edən alimlər bəzən ... idarəetmə heyətinin əsas işinin 


23 
firmanın mənfəətini yüksəltməkdən ibarət olduğunu təsdiq edirlər”. (29, 50) 
Maliyyə ilə bağlı dərsliklərinin demək olar ki, hamısı əsas məqsədin 
korporasiyasının dəyərinin yüksəlməsi olduğunu iddia edirlər. (31, 11) 
Merton və Bodi qeyd edirlər ki, bəzən mənfəətin artımı və səhmdarların 
sərvətinin - səhmlərin qiymətinin artımı eyni qərarın qəbulunu diktə edir və 
mənfəətin artımı barədə qərar qəbul edən maliyyəçilər iki fundamental problemlə 
üzləşirlər. Bir tərəfdən, istehsal prosesinin bir neçə zaman müddətindən ibarət 
olması mənfəətin hansı zaman kəsiyində artırılmasının qeyri-müəyyənliyini, digər 
tərəfdən, gələcək gəlir və xərclərin qeyri-müəyyənliyindən mənfəətin özünün 
qeyri-müəyyən olması problemi aşkara çıxır. 
İqtisadi qərarların həmişə alternativ qərarlar olduğunu – “bir məhsul və ya
xidməti əldə etmək üçün digər məhsul və xidmətin istifadəsindən imtina etmək 
lazım gəldiyini” (33,6) bilirik. Yəni bəllidir ki, bir layihənin həyata keçirilməsi 
digər layihədən imtinadır.
Bodinin “Finansı” dərsliyində göstərilir ki, belə bir qədər qeyri-müəyyən 
göstərici mənfəət əsasında qərar qəbulu asan deyil. Doğrudur, müxtəlif maliyyə 
menecmenti metodları əsasında daha əlverişli alternativi seçmək mümkündür, 
ancaq öz-özlüyündə gözlənilən mənfəətin ehtimal edilən bir miqdar olması yenə də 
məsələni mürəkkəbləşdirir. Mənfəətdən fərqli oluraq, müəssisənin dəyəri, daha 
doğrusu, səhmin qiyməti daim dəqiq bəlli olan göstəricidir. Fond bazarında “A” 
korporasiyasının bir səhminin bu gün 3 manat, sabah 3,1 manat qiymətləndirilməsi 
bizə korporativ maliyyə menecmentinin əsas məqsədinin korporasiyasının 
dəyərinin yüksəldilməsi olduğunu iddia etməyə əsas yaradır. 
Korporativ maliyyə menecmentinin əsas məqsədinin səhmlərinin dəyərinin 
artırılmasının hesab edilməsi də məsələnin səhmlərinin dəyərinin artırılması hesab 
edilməsi də məsələni tam sadələşdirmir. Pindayk və Rubinfeld düzgün qeyd edirlər 
ki, “...uzunmüddətli dövr ərzində mənfəətin maksimallasdırılması səhmdarlar üçün 
daha çox maraq kəsb edir”, (8. 282) Bundan başqa, məlumdur ki, “qiymət və 
mənfəət - əsgərə və ya ovçuya, dənizçi və ya təyyarəçiyə durbin kömək eldiyi kimi 
sahibkara da nəzərdə tutduğu işlərin sərhədlərini genişləndirməyə imkan yaradan 


24 
alətdir” və məlumdur ki, “mənfəət üyün çalışmaq resursları daha çox effektiv 
istifadə etməyə imkan yaradır”. (33, 182) Bir sözlə, səhmdarların sərvətinin 
artırılması əsas bir məsələ olsa da, bu əsaslı məsələ düzgün əsasda 
son nəticədə 
mənfəət artımını nəzərdə tutan əsasda həllini tapmalıdır. Maliyyə hazarlarındakı 
spekulyativ oyunlar, informasiya siyasətinin yardımı ilə həyata keçirilən 
manevrlər, korporasiyanın maliyyə vəziyyəti ilə bağlı informasiyaların 
«məxfiləşdirilməsi» və s. qısamüddətli dövr üçün əsas məsələni - korporasiyanın 
dəyərinin yüksəldilməsini yalnız müvəqqəti və əsassız həll etmək mümkündür. 
Məsələn, “Bakı Şərab” SC daxili bazarın qorunması ilə bağlı hökumətin 
səsləndirdiyi təkliflərlə manipulyasiya edə bilər, yaxın vaxtlarda bu SC-nin 20% 
səhminin iri bır şirkətə məsələn, “Azərsun”a satılacağı barədə dezinformasiyalar 
sızdıra bilər və qısa müddət üçün səhmlərin qiymətini nisbətən qaldıra bilər. Ancaq 
mənfəətin yüksəldilməsinə yönələn texniki-texnoloji yeniləşmələr, məhsulun 
keyfiyyətinin yüksəldilməsi tədbirləri reallaşmazsa, belə “maliyyə komediyaları” 
“maliyyə faciələri” ilə bitə bilər. Maliyyə bazarlarının üzü bozdur və ABŞ-ın 
məşhur “Ekson” korporasiyasının taleyi bu bazarların sərt həqiqətinə nümunədir. 
Beləliklə, korporativ maliyyə menecmentinin məqsədi və ya məqsədləri 
barədə müəyyən təsəvvürlər əldə edildi və yəqin ki, korporativ maliyyə 
menecerlərinin bu məqsədləri gerçəkləşdirmək üçün nə etməli olmalarını 
öyrənmək lazımdır. Daha dəqiq, bu vəzifəni - korporasiyanın dəyərini 
maksimallaşdırmaq və uzunmüddətli mənfəəti təmin etmək vəzifəsini 
reallaşdırmaq üçün maliyyəçi menecerlərin hansı funksiyaları yerinə yetirməli 
olduqlarını bilmək lazımdır. 
Məlumdur ki, təşkilat – “ümumi məqsəd və ya məqsədlərə nail olmaq üçiiıı 
fəaliyyətləri şüurlu koordinasiya edilən fərdlər qrupudur” və menecment “təşkilatın 
məqsədlərini müəyyənləşdirmək və bu məqsədlərə nail olmaq iiçün həyala 
keçirilən planlaşdırma, təşkil, molivləşdirmə və nəzarət prosesidir”. (33, 31) Bu 
baxımdan aydındır ki, bütövlükdə korporativ maliyyə menecmenti planlaşdırma, 
təşkil, rəhbərlik, nəzarət və s. funksiyalarına malik olmalıdır. Lakin konkret halda, 
korporativ maliyyə menecmentinin funksiyaları daha dəqiq və konkretdir və ABŞ-


25 
dakı “Maliyyə rəhbərləri institute” təşkilatının metodik göstərişlərinə əsaslanan 
Bodi və Merton korporativ maliyyə menecmentinin funksiyalarının: planlaşdırma, 
kapitalla təminetmə, pul fondlarının idarə edilməsi, mühasibat uçotu, 
korporasiyanın aktivlərinin qorunması, vergi idarəetməsi, investorlarla 
münasibətlər, qiymətləndirmə və konsaltinq, informasiya idarəetmə sistemlərinin 
təşkilindən ibarət olduğunu göstərirlər. (29, 54) 
Əlbəttə ki, sadalanan bu funksiyalar daxilində maliyyə menecmenti daha 
konkret məsələlərlə məşğul olmalıdır, məsələn, planlaşdırma funksiyası həm 
uzunmüddətli maliyyə planlarının hazırlanmasını, həm kapital qoyuluşlarının 
smetasının tutulmasını, həm də qiymət siyasətinin işlənilməsini özündə təcəssüm 
edir. Korporativ maliyyə menecmentinin funksiyalarının və hər bir funksiyanın 
daxilindəki altfunksiyaları Bodi və Mcrtona istinadən cədvəl şəklində aşağıdakı 
kimi təsvir etmək olar: 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin