Beynəlxalq maliyyə böhranı şəraitində korperativ idarəetmə sisteminin


 Korperativ idarəetmə modelləri və standartları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix07.05.2023
ölçüsü1,28 Mb.
#109159
1   2   3   4   5   6   7   8   9   ...   19
Mehdizad-F-rid

1.2. Korperativ idarəetmə modelləri və standartları 
Müəssisələr tərəfindən mənimsənən korperativ idarəetmə modelleri tətbiq və 
quruluş baxımından korperativ idarəetmə sistemlərinə təsir edir. Aşağıda 
korperativ idarəetmənin əsasını meydana gətirən yanaşmalar və korperativ 
idarəetmə modelləri açıqlanacaq. 
Vahid Korporativ İdarəetmə Modeli 
Bu model ABŞ və İngiltərə kimi müəssisənin varlıq səbəbini və kimə xidmət 
edəcəyini pay sahibləri yanaşması ilə nəzərdən keçirən ölkələrdə tətbiq olunur.
Pay sahibləri yanaşmasına görə, müəssisənin sərmayəsini qoyan, riskə dözərək 
cəmiyyətin istək və ehtiyaclarını qarşılayan qurucular haqq və söz sahibidir. Pay 
sahiblərinin əldə etmək istədikləri ən əhəmiyyətli məqsəd qısa və uzun dövrdə 
sərmayələrinin dəyər qazanmasıdır. Pay sahiblərinin sərmayələrinin qısa dövrdə 
dəyər qazanması fəaliyyət nəticəsində əldə edilən gəlirlərin gəlir payı kimi 
bölünməsilə reallaşır. Uzunmüddətli dövrdə isə investisiyaların gələcəkdə 
gətirəcəkləri pul vəsaitlərinin hərəkəti pay sahiblərinin dəyərlərini yüksəldəcək. Bu 
yanaşmaya görə müəssisənin missiyası üst rəhbərliyin vəzifə və məsuliyyətindədir 
və pay sahiblərinin maraqları və məqsədləri istiqamətində hazırlanmalıdır. Qısaca 
bu yanaşmaya görə müəssisənin varlıq səbəbi pay sahibləri və onların məqsəd və 
maraqları prioritetdir (28, 423). 
Modeldə, müəssisənin pay sahiblərinin maraqlarına və məqsədlərinə xidmət 
etməsi lazım olduğu irəli sürülür. İdarəetmə, müəssisənin yüksək rəhbərliyi ilə pay 
sahibləri arasındakı əlaqələri əhatə edir. Pay sahiblərinin vəkili olan idarə heyəti 
pay sahiblərinin maraqları və məqsədləri istiqamətində müəssisənin idarə 
edilməsini təmin etmək üzrə vəzifələndirilmişdir. İdarəçilər idarə heyətinə qarşı, 
idarə heyəti da pay sahiblərinə qarşı məsuldurlar. Bu korperativ idarəetmə 
modelində, xarici üzvlərdən heyəti idarə heyəti şəffaflıq və idarəçi əmək bazarı 
mexanizmləri effektiv istifadə edilir. Hissələrin sürətlə yer dəyişdiyi sərmayə 
bazarlarında dağılmış vəziyyətdəki pay sahiblərinin müəssisə üzərindəki nəzarəti 
ancaq effektiv bir xarici üzvün şəffaf idarə heyəti ilə təmin edilir. Baş direktor 
mərkəzli idarəetmə modelində şirkət bir tək adamın idarəsində idarə olunur. Bu 


15 
model daha çox baş direktor rolunun idarə heyəti başçısı ilə eyni sayıldığı Amerika 
sistemində mövcuddur. Sürətli qərar alma müddətlərini dəstəkləyən bu quruluş, 
digər tərəfdən nəzarət mexanizmlərinin əskik qaldığı bir sistemi də ortaya çıxarır. 
Bu quruluşda bir çox baş direktor özünü məcbur edəcək, sorğulayacaq və hətta 
səhv hərəkətlərində riski idarə etmək məqsədiylə özünü dayandıra biləcək güclü 
bir qurumun varlığına icazə verməz. Buradakı sürətli qərar qəbul mexanizmləri, 
ancaq qərarın keyfiyyəti yüksək olduğu və risk qiymətləndirmələri edildiyi 
müddətdə üstün olaraq qalacaq. Ancaq bu cür korperativ idarəetmə quruluşuna 
sahib olan şirkətlərdə irəliləmə hər zaman problem olmağa davam edəcək (23, 
435). 
Plüralist Korporativ İdarəetmə Modeli 
Yaponiya kimi ölkələrdə işçilərin maraqları və məqsədləri prioritetdir. 
Müəssisənin pay sahiblərinə deyil, daha çox digər səhmdarlar qruplarının məqsəd 
və maraqlarına xidmət etməsi lazım olduğunu qarşıya qoyan səhmdarlar qrupu 
yanaşması bu ölkələrdə etibarlı yanaşmadır. Modelin daha yaxşı başa düşülməsi 
üçün əvvəlcə səhmdarlar qrupu yanaşmasının açıqlanması faydalı olacaq. 
Müəssisələr cəmiyyətin istək və ehtiyaclarını qarşılamaq üçün etdikləri 
fəaliyyətlərdə istehsal faktorlarından istifadə edirlər. Bu istehsal faktorlarından 
yatırım və sərmayə pay sahibləri tərəfindən, təbii qaynaqlar, insan qaynaqları, xam 
və yarım məmulatlar, xidmətlər, infrastruktur və borc sərmayə isə digər maraqlı 
tərəflər (rəsmi orqanlar, cəmiyyət, işçilər, kredit verənlər, təchizatçılar və s.) 
tərəfindən təmin edilir. Bu qaynaqlar əsasən cəmiyyətin qaynaqlarıdır və 
cəmiyyətin faydasına uyğun bir şəkildə effektiv və məhsuldar olaraq istifadə 
edilməsi lazımdır. Müəssisənin fəaliyyəti səbəbiylə həm pay sahibləri həm də digər 
maraqlı tərəflər riskə girir. Buna görə də iki qrupun da maraqları nəzərə 
alınmalıdır. Bu yanaşmaya görə müəssisənin missiyası üst səviyyə rəhbərlik 
tərəfindən hazırlanır və missiya yaradılarkən həm pay sahiblərinin, həm də digər 
maraqlı tərəflərin maraq və məqsədləri nəzərə alınmalıdır. Bu yüksək səviyyəli 
rəhbərliyin və strategiyaçıların əxlaqi məsuliyyətidir (23, 424). 
Bu modeldə, pay sahibləri müəssisənin prioritetli olaraq xidmət etməsi lazım


16 
olan bir səhmdarlar qrupu xüsusiyyətində deyil, digər səhmdarlar qrupları ilə 
birlikdə müəssisənin həyatını davam etdirməsi və müvəffəqiyyəti üçün əməkdaşlıq 
edən bir qrupdur. Bütün səhmdarlar qrupla öz mənfəətlərinin ancaq müəssisəyə 
uzun dövrlü bağlılıqla və aralarındakı əməkdaşlıq ilə reallaşdıracaqlarına inanırlar. 
Müəssisənin idarə heyəti, səhmdarlar qrupu nümayəndələrindən ibarətdir və 
prezident və ya baş direktor, başda işçilər olmaq üzrə bütün maraqlı tərəflərin 
nümayəndəsi vəziyyətindədir. Uzlaşan idarəetmə modelində; İdarə heyəti, firma 
sahibləri, müştəri, təchizatçı və banklar kimi digər maraqlı tərəflər yaradılan uzun 
davamlı əlaqələrlə maraqlanır. Səhmdarlarla yaradılan bu yaxın əlaqələr fon yarada 
bilmə imkanlarını və uzun müddətli dünyagörüşlərini dəstəkləyərkən, digər 
tərəfdən qərar alma mexanizmlərini yavaşladan bir sistemdir. Ümumi olaraq 
Almaniya və Yaponiyadakı beynəlxalq investorların uzun müddət şəffaf 
olmadıqlarına görə tənqid olunmalarına səbəb olan çarpaz hissədarlıq sistemi 
üzərinə qurulmuşdur. Bu modellərlə əksərən cəmiyyət və iş dairələrinin rəsmi 
olmayan ünsiyyət şəbəkələri ilə təşkil olunduğu hissələrində qarşılaşdıralaraq 
ictimai gözləmələrlə də bəslənən kapitalist təşkilatlarından çox güvən əlaqələrinin 
hələ əhəmiyyətini qoruduğu inkişaf etməkdə olan yeni bazarlarda ortaya çıxmır 
(23, 436). 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin