Beynəlxalq maliyyə böhranı şəraitində korperativ idarəetmə sisteminin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix07.05.2023
ölçüsü1,28 Mb.
#109159
1   2   3   4   5   6   7   8   9   ...   19
Mehdizad-F-rid

Tədqiqatın praktik əhəmiyyəti. İşin praktiki əhəmiyyəti ondan ibarətdir ki, 
tədqiqatın nəticələrindən korporativ müəssisəlrin idarəedilməsi və ya korporativ 
maliyyə sisteminin təşkili və onun təkmilləşdirilməsində istifadə edilə bilər.
İşin strukturu və həcmi. Dissertasiya giriş, üç fəsil və səkkiz yarımfəsildən, 
nəticə və təkliflər bölməsində, istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.



I Fəsil. Beynəlxalq maliyyə böhranı şəraitində korperativ idarəetmə 
sisteminin nəzəri əsasları 
1.1. Korperativ idarəetmə anlayışı və onun nəzəri əsasları 
Korporativ idarəetmə ilə bağlı iqtisadi ədəbiyyatlarda fərqli anlayışlar 
verilmişdir. Verilən anlayışların bəzilərinin korperativ idarəetməyə dar və geniş 
mənada baxıldığı, bəzilərinin isə korperativ idarəetmənin xüsusiyyətlərindən bir və 
ya bir neçəsinin ön plana çıxarılması surətiylə edildiyi görünür. 
Korporativ idarəetmə ilə əlaqədar olaraq verilən anlayışlarla ədəbiyyatdakı 
korperativ idarəetməyə gətirilən anlayışlar birlikdə qiymətləndirildikdə, korperativ 
idarəetmə əvvəlcə şirkətlərin və təşkilatların idarəetmə və fəaliyyətlərinin idarə 
edildiyi bir sistemi ifadə etmək üçün istifadə edildiyini görmək olar. Dar mənada 
korperativ idarəetmə pay sahiblərinin hüquqlarının şirkət tərəfindən tanınması və 
bu hüquqlarının pay sahibləri tərəfindən effektiv istifadə edilməsinə imkan verən 
sistemlərin qurulması və şirkətlərin idarə edilməsidir. Şirkətlərdə bu mövzuda 
məsul orqan idarə heyətidir. Ancaq, korperativ idarəetmə anlayışı geniş izah 
edildikdə, korperativ idarəetmə yalnız idarə heyəti tərəfindən yerinə yetirilən 
fəaliyyətlər kimi nəzərdən keçirilir. Geniş mənada korperativ idarəetmə idarə 
heyəti, pay sahibləri ilə şirkətin üst səviyyə rəhbərliyi arasındakı əlaqələri təşkil 
edən bir sistemdir. 
Korporativ idarəetmə anlayışı şirkətlərin şəffaflıq, ədalətli olmaq, hesab 
vermə və məsuliyyət prinsipləri çərçivəsində fəaliyyət göstərə bilmələrini təmin 
etməyə yönəlmiş və xüsusilə ABŞ-da baş verən şirkət skandallarından sonra bütün 
dünyada gündəmə gələn bir anlayışdır. Yaxın tarixlərdə baş verən Enron, 
WorldCom, Global Crossing, Tyco və s. şirkət skandalları bildiyimiz kimi bu 
şirkətlərin maraqlı tərəfləri başda olmaq üzrə bütün əlaqədar tərəflərini böyük 
zərərlərə uğratmış və maliyyə bazarlarını sarsıdaraq narahat etmişdir. Dünyada 
yaxın keçmişdə baş verən böhranlardan sonra ABŞ-da yaşanan bu hadisələr 2002-
ci ildə Sarbanes-Oxley qanununun ortaya çıxması ilə nəticələnmişdir. Bu qanun, 
əsas prinsipləriylə nəzarət məsələlərini əhatə etməklə yanaşı, qanunda korporativ 
idarəetmə qaydalarına da yer verilmişdir. Avropa Birliyi də səlahiyyətli şəxslər 



tərəfindən hazırlanan Sarbanes-Oxley qanununun gətirdiyi korporativ idarəetmə, 
nəzarət və uçot standartlarını davamlı dəstəklədiyini vurğulamışdır. Məhz bütün bu 
mənfilikləri əvvəldən görə bilmək, vaxtında qarşısını ala bilmək və bunların təkrar 
baş verməsindən qaça bilmək üçün korporativ idarəetmə məsələləri son illərdə 
yenilənən siması ilə gündəmə ağırlığını qoymağa başlamışdır. Ölkəmizdə bu 
məsələ ilə əlaqədar olan idarəetmə, nəzarət və yoxlamanın ali orqanları əvvəlki 
illərə görə bu mövzuda daha effektiv çalışır, həm icra etdiyi sahə araşdırmaları 
müəyyən edir, həm də korperativ idarəetmənin təşkilatlar arasında təsisi, 
yerləşdirilməsi və inkişaf etdirilməsiylə əlaqədar əhəmiyyətli səylər sərf edir. 
Korporativ idarəetmə (corporate governance) anlayışı 1990-cı illərdən 
etibarən istifadə edilməyə başlanmış və inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr, 
iş dünyası və akademik dairələr tərəfindən qəbul edilmiş və təsdiq olunmuş bir 
idarəetmə sistemidir. Yeni bir idarəetmə sistemi olmasından ötrü hər kəs tərəfindən 
qəbul edilən tək bir tərifi vermək doğru deyil. 
Buna görə, fərqli təşkilatlar və tədqiqatçılar tərəfindən korperativ idarəetmə 
ilə bağlı olaraq inkişaf etdirilən çox sayda tərif bir-biri ilə üst-üstə düşsə də, 
korperativ idarəetmənin konkret tərifinin gələcəkdə formalaşmağa davam edəcəyi 
hesab edilir (Gürbüz və Ergincan, 2004: 5). 
Mövzunun Avropadakı qabaqcılı və İngilis mütəxəssislərindən Adrian 
Cadburynin verdiyi tərif belədir: "Korporativ İdarəetmə" sistemi, müəssisələrdə, 
bir tərəfdən iqtisadiyyat ilə ictimai hədəflər arasında, digər tərəfdən müəssisə 
birliyinin hədəfləri ilə içində çalışan şəxslərin (xüsusilə idarəçilərin) hədəfləri 
arasında tarazlığın qurulmasını təmin etmək məqsədiylə görülə biləcək tədbirlər və 
bu tədbirlərin istifadə edilməsini zəruri edən insan qaynaqları, cihazlar, üsul və 
prosedurların hamısından ibarətdir "(16, 82). 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) isə korperativ idarəetməyə 
bu şəkildə tərif verir: "Korporativ idarəetmə, bir şirkətin rəhbərliyi, idarə heyəti, 
səhmdarları və digər mənfəət sahibləri arasındakı bir sıra əlaqəni əhatə edir. 
Korporativ idarəetmə makro iqtisadi siyasətdən, məhsul və faktor bazarlarındakı 
rəqabət səviyyəsinə qədər firmaların fəaliyyətlərini formalaşdıran bir sıra ünsürdən 



ibarət olan daha geniş bir iqtisadi çərçivənin içində iştirak edir. Korporativ 
idarəetmənin çərçivəsi, eyni zamanda hüquqi, tənzimləyici və institusional 
faktorlara söykənir "(36). 
Milli iqtisadiyyatların böyüməsi, beynəlxalq iqtisadi əlaqələrin inkişafı, 
beynəlxalq sərmayə axınlarının artması, şirkət səhmdarlarının müəssisə 
rəhbərliyindəki fəaliyyətlərinin azalması, şirkət idarə heyəti və xüsusilə heyət 
daxilində İcraçı direktor (CEO) ünvanını daşıyan idarəçilərin verdikləri qərarların 
əhəmiyyətinin artması kimi faktorlar, korperativ idarəetmə anlayışının 
yaranmasına təsir etmişdir ( 24, 465). 
Hər nə qədər korperativ idarəetmə anlayışı yeni bir anlayış kimi görünsə də 
inkişafı əsrlər əvvəlinə qədər söykənir. Korporativ idarəetmə anlayışının tarixi 
xüsusilə iqtisadi böhranlar və böyük müəssisə skandalları ilə üst-üstə düşür. 
Məsələn məşhur idarəetmə səhvi kimi tarixə düşən və 1700-cü illərdə baş 
verən "South Sea Bubble" İngiltərədə yeni qanun və qaydaların yaradılmasına 
zəmin yaratmışdır (18, 30). 
Korporativ idarəetməyə yönəlmiş maraq 1929-cu ildə Amerika birjasındakı 
səhmlərin qiymətlərinin birdən birə düşməsi nəticəsində bunun davamı olaraq 
1930-cu illərdə baş verən iqtisadi böhrandan sonra artmağa başlamışdır. Ancaq 
xüsusilə "Bank of Credit and Commercial" və "Baring Bank"ın çökməsi bu 
məsələdi inkişafları daha da sürətləndirmişdir (26, 6). 
1932-ci il tarixli Berle və Means tərəfindən yazılan "The Modern 
Corporation and Private Property" adlı kitab "korporativ idarəetmə" termininə 
toxunan ilk əsər olaraq qəbul edilir. 
1970-ci illərdə neft böhranı və onun ardınca ABŞ-da ortaya çıxan sui-
istifadələr korperativ idarəetmənin bir daha aktual hala gəlməsini təmin etmişdir. 
Jensen və Meckling tərəfindən 1976-ci ildə yazılan "Theory of the Firm: 
Managerial Behavior, Agency Costs and Ownership Structure" adlı məqalə, 
korporativ idarəetmə sahəsindəki işlərdə ən çox istinad edilən əsərdir (20, 55). 
1980-ci illərin əvvəllərindən etibarən şirkətin strukturundakı sui istifadə 
hallarının artması ilə yanaşı 1990-cı illərin əvvəllərində İngiltərədə başlayan, sonra 


10 
da ABŞ-da da Enron və WorldCom, İtaliyada Parmalat, Hollandiyada da ahold və 
Çində də Yanguangxia adıyla görülən şirkət skandalları gözləri yenidən korporativ 
idarəetmə və nəzarət məsələsinə çevirmişdir. Bunun nəticəsində İngiltərə də 1 
dekabr 1992-ci ildə korporativ idarəetmə sahəsində Sir Adrian Cadbury 
nazirliyindəki bir komitə tərəfindən hazırlanan Cadbury hesabatı nəşr olunmuşdur. 
1991-ci ildən 1997-ci ilə qədər on ədəd qanun bu işlə paralel olaraq AB üzvü
ölkələrdə qüvvəyə minmişdir. Bu qanunların yarısından çoxu (altısı) İngiltərədə 
nümayiş olunmuşdur. 1998-ci ildə isə qanunların dərc olunmasına olan maraq AB-
yə üzv olan ölkələrində artım göstərmiş və yalnız o il içərisində yeddi ədəd qanun 
nümayiş olunmuşdur. Qalan digər yeddi qanun isə 1999-ci ildə, altı qanun isə 
2000-ci ildə nəşr edilmişdir. 5 yeni qanun (biri hələ qaralama şəklində) 2001-ci 
ildə nəşr edilmişdir (37, 8). 
Son illərdə qanunvericiliyi korperativ idarəetmə təcrübələri çərçivəsində 
yenidən nəzərdən keçirməyən ölkə azdır. Inkişaf etmiş iqtisadiyyatlar da daxil 
olmaq üzrə bir çox ölkə mövcud aktlarını nəzərdən keçirmiş və ya keçirməkdədir. 
ABŞ-da 2002-ci ildə çıxarılan Sarbanes-Oxley Aktı və bu qanun çərçivəsində SEC 
və birjalar tərəfindən edilən tənzimləmələr, əsas etibarilə, ortaya çıxarılan maliyyə 
məlumat manipulyasiya tətbiqlərindən əldə edilən təcrübələr işığında şirkətlərdəki 
korperativ idarəetmə tətbiqlərini yaxşılaşdırmağa yönəlmişdir (24, 83). 
Aşağıdakı cədvəldə fərqli ölkələrdə dərc edilmiş korperativ idarəetmə 
anlayışına yönəlmiş tənzimləmələr göstərilmişdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin