Odlar yurdu universiteti TƏSDİq ediRƏM: Kafedra müdiri:­­­­­­­­ prof. E. M. Rzazadə



Yüklə 116 Kb.
tarix11.02.2020
ölçüsü116 Kb.
#30424
Sillabus 2019 Web proqramlashdirma 742

ODLAR YURDU UNİVERSİTETİ
TƏSDİQ EDİRƏM:

Kafedra müdiri:­­­­­­­­___________ prof.E.M.Rzazadə

___ ”_________ 2019-cu il


Kafedra: “Ümumi texniki fənlər və mühəndislik”

Fakültə:

İxtisas: Kompüter mühəndisliyi

Tədris ili: 2019/2020 742 ( 6 tələbə )

Kafedranın 27.08.2019 tarixli iclasının qərarı ilə təsdiqlənmişdir (Protokol№1).


SİLLABUS

OYU-nun EŞ-nın 10.09.2013 tarixli 1 saylı protokolu ilə təsdiq olunmuş fənn proqramı əsasında tərtib olunmuşdur.

Proqram (bakalvr, magistr)

Fənnin növü (məcburi, seçmə)

Prerekvizit fənlər (əgər varsa)__________________

Fənnin kodu İPFS-B02, kreditin sayı 5; həftə ərzindəki saatların miqdarı 5


  1. Fənn müəllimi: İmamquluyev Rahib Aydın

Kafedranın ünvanı: Bakı ş. Koroğlu Rəhimov küç.,13, otaq 217

Məsləhət saatı: ________________

Əlaqə telefonu: 0505822298

E-mail ünvanı: aydinoglu@mail.ru

  1. III semestr

Fənnin adı: İnformatika və Kompüer qrafikası-1 90 saat ( 60 mühazirə, 30 məşğələ)

Auditoriyadan kənar ___________(müəllimin nəzarəti altında)
3.Fənnin təsviri və məqsədi.

Qlobal kompüter şəbəkəsi olan İnternetin müasir dünyamıza təsir dairəsinin tarixi anoloqu yoxdur. O bu gün insan həyatının bütün sferalarına elektron müdaxilə ilə yanaşı yeni fəlsəfənin və sadə marketinq kompaniyası olmayan, yeni işgüzar strategiyanın əsasını qoyur. Kütləvi xidmət və məhsulun reklamı nöqteyi – nəzərincə tam məntiqi olaraq demək olar ki, İnternet ən əhəmiyyətli resursdur. Müasir insanların əksəriyyəti İnternetdən ən əlverişli informasiya mənbəyi kimi istifadə edirlər.

Veb-texnologiya informasiya ilə iş təsəvvürünü və ümumiyyətlə kompüterlə işi tam dəyişdirdi. Aydın oldu ki, hesab­lama texnikasının ənənəvi inkişaf parametrləri – məhsuldarlıq, buraxılış qabiliyyəti, yaddaş qurğusunun həcmi – əsas “zəif nöqtə” olan – insanla interfeysi nəzərə almırdı. İnsan ilə İnformasiya sis­temlərinin qarşılıqlı əlaqəsini təmin edən köhnəlmiş mexanizmlər yeni texnologiyaların tətbiqini əngəlləyir və onların tətbiqindən ortaya çıxan faydanı azaldırdı. O vaxt ki, insan ilə kompüter arasındakı interfeys adi insanın təbii başa düşəcəyi səviyyəyə qədər sadə­ləşdirildi, onda hesablama texnikasınnın imkanlarına görün­məmiş maraq oyandı.

Bu kurs həcmində tələbələr İnternetdə saytların işlənməsi üçün Veb-proqramlaşdırmanın əsasını öyrənəcəklər. Əsas baxılacaq bölmələr: HTML qeydiyyat Veb-səhifəsi və kaskad stil cədvəlləri (CSS), JavaScript–də saytın klient hissəsinin proqramlaşdırılması, PHP – də saytın server hissəsinin proqramlaşdırılması, MySQL veri­lənlər bazasının idarəetmə sisteminin istifadəsi, Məzmunla idarəetmə sistemi (CMS) bazasında saytların qurulması.

Fənnin tədrisi 60 saat (30 saat mühazirə, 30 saat laboratoriya) həcmində nəzərdə tutulmuşdur.
HTML – hipermətn işarələmə dili

HTML-sənədinin strukturu. Mətnin formatlaşdırılması. Xətlər, təsvirlər və multimediya elementləri. Hiper-isnadlar. Siyahılar. Cədvəllər. Freymlər. Formalar. Dinamik sənədlər. Mobil məzmunun Veb-dizaynı. XML-in istifadəsi. DHTML sənədin yaradılması.


CSS – kaskad stil cədvəlləri

Stilin təyininin qurulması. Üsullar və sintaksis. Qurulmuş və tətbiq olunmuş stillər. Əlaqəli stil cədvəlləri. Şriftlərin və mətnlərin formatlaşdırılması. Kənara çıxmalar. Çərçivələr. Elementlərin fonu. Siyahıların formatlaşdırılması. Hiperisnadların formatlaşdırılması. Blokların formatlaşdırılması. Elementlərin yerləşdirilməsinin idarə olunması. Elementlərin görüntüsünün idarə olunması. Siniflər və qruplar. Statistik filtirlər.


Klient tərəfində ssenarilərin proqramlaşdırılması

PHP5. Sənədlərin obyekt modeli. Elementlərin atributu. Elementlər üzərində manipulyasiya. Elementlər üzrə yerdəyişmə. Hadisələr və onların emalı. Obyektlər və hadisələr haqqında məlumatlar. İstifadəçilər mühidinin təyini. Dinamik texnologiyanın əsasları. Vizual effektin yaradılması. CSS xassələri ilə iş. İnkişaf etmiş dinamik texnologiyalar. CSS dinamik texno­logiyaları. Naviqasiya və idarəetmə. Veb-sayt üçün menyunun hazır­lanması. Cədvəllərlə iş. Qrafiklər və diaqramlar. Ajax. Vidcetlərin yaradılması və tətbiqi. Sətir elementləri ilə qarşılıqlı əlaqə.


WEB-in strukturu və çalışma məntiqi

HTTP və HTTPS protokolları. Faylların ötürülməsi. Veb-serverin çalışma məntiqi. Veb-serverin proqram mətinatı. IIS və Apache http-serverlar. Veb-proqramlaşdırma dilləri. Verilənlər bazaları. FTP protokolu. Domain və hostinq. Faylların hostinqda yerləşdirilməsi. Veb-serverin uzaqdan idarə olunması.


Server tərəfində ssenarilərin proqramlaşdırılması

PHP sintaksisinin əsasları. PHP-də massivlər və siyahılar. PHP-nin standart funksiyaları. PHP-dəki fayl və kataloqlarla iş. PHP-in obyekt-yönümlü imkanları. Qrafik təsvirlərin PHP vasitələri ilə çıxarılışı. PHP –də şəbəkə soketləri ilə iş. PHP –in şəbəkə funksiyaları. PHP –nin verilənlər bazası ilə əlaqə funksiyaları. PHP və VBİS MySQL inteqrasiyası. HTTP protokolu. PHP- ssena­riyalarına parametrlərin verilməsi. Cookies və sessiyalar fayl­larının isti­fadəsi. PHP –nin JavaScript –lə birgə istifadəsi. Yaradılan Web - əlavələrin təhlükəsizliyi. Framework PHP sinfinin yardımçı dəsti.




MÜHAZİRƏ DƏRSLƏRİNİN MÖVZULARI




Mövzu

Saat

1

Internetin tarixi. Veb anlayışı.

2

2

Veb-saytlarının çalışma prinsipi.

2

3

HTML, XHTML, WML texnologiyaları, saytların növləri

2

4

HTML dili, sadə veb-saytlarının hazırlanması. Formatlaşdırma

2

5

HTML siyahılar. Nömrəli və nömrəsiz, müəyyənləşdirmə siyahıları.

2

6

HTML cədvəllər. Sadə və mürəkkəb siyahılar.

2

7

Hiper-keçidlər. Xarici, daxili

2

8

Səhifə-daxili keçidlər, TARGET atributu

2

9

Frame və iFrame texnologiyaları.

2

10

Saytların yaradılması

2

11

Form elementləri və atributları (ACTION, METHOD).

2

12

GET və POST üsulları vasitəsi ilə dəyişilən qiymətlərinin ötürülməsi

2

13

Veb- saytlarının anlayışı və işləmə qaydası. HTTP protokolu.

2

14

Veb-serverin skrukturu. Veb-serverin proqram təminatı.

2

15

Veb-serverin qurulması və sazlanması.

2

16

PHP faylının icra olunması

2

17

PHP dilinin əsas strukturları. PHP-də dəyişilənlər (variables).

2

18

Çap etmə / çıxış operatorları (ECHO, PRINT). İstifadəsi və fərqi. Dəyişilən tipləri. Sabitlər (constants)

2

19

Mətn (string) tipli dəyişilənlər və funksiyaları (String functions).

2

20

Tam (integer) və kəsrli (float) tipli dəyişilənlər və riyazi əməliyyatlar.

2

21

Məntiqi (boolean) dəyişilənlər və məntiqi (logical) əməliyyatlar

2

22

Budaqlanma, şərt operatorları (IF-ELSEIF-ELSE, SWITCH-CASE)

2

23

Dövrlər və dövr operatorları, sonlu dövrlər (FOR).

2

24

Sonu qeyri-müəyyən dövrlər (WHILE-DO)

2

25

Massivlər (arrays). İndeksli və assosiativ massivlər.

2

26

İki və çox ölçülü massivlər. Massivlərlə əməliyyatlar (minimum, maximum, sorting, movieng).

2

27

Massiv funksiyaları (array functions)

2

28

GET və POST üsulları vasitəsi ilə ötürülən qiymətlərinin qəbul olunması.

2

29

PHP-də funksiyalar (functions).

2

30

Arqument və qaytarılan qiymət.

2


MƏŞĞƏLƏ DƏRSLƏRİNİN MÖVZULARI



Mövzu

saat

1

HTML. Formatlaşdırma, xətt, qrafik təsvir, siyahılar v.s. TAG-larının mənimlənməsi

2

2

HTML. Cədvəllərdən istifadə, sadə və mürəkkəb cədvəllər. Cədvəllər vasitəsi ilə veb-şablonunun hazırlanması.

2

3

HTML. Hiper-istinadlar. Xarici, daxili və səhifə daxili keçidlər. Bəsit veb-saytının yaradılması və səhifələr arası keçidlərin təşkili

2

4

HTML. Frame texnologiyası. Veb-saytınn şablonunun frame ilə yaradılması. iFrame. Veb-saytının şablonunun iFrame ilə yaradılması.

2

5

HTML. Formlar. Form elementləri. Action və Method atributları. GET və POST ilə məlumatların ötürülməsi.

2

6

CSS. Texnologiya ilə ümumi tanışlıq. CSS-in istifadəsi. İnline, internal, external CSS istifadəsi. CSS ilə mətnin formatlaşdırması. Font və Text xüsusiyyətləri.

2

7

CSS. Background xüsusiyyətləri. CSS box model. Çərçivələr, daxili aralıq, xarici aralıq. Float anlayışı.

2

8

CSS. HTML5 taglari və CSS vasitəsilə sayt şablonunun yığılması.

2

9

Öyrənməli: JavaScript – klient proq­ram­laşdırma dilinin xüsusiyyətlərini; DOM obyekt modelini və onunla JavaScript–də işi. JQuery kitabxana ailəsinin tətbiqinin mənim­sənil­məsi. AJAX texno­lo­giyasının kom­po­­nentlərini;

2

10

PHP. Budaqlanmaların və dövrlərin mənimsənməsi üçün müxtəlif məsələlərin həlli.

2

11

PHP. Bir və iki ölçülü massivlərin öyrənilməsi üçün müxtəlif məsələlərin həlli.

2

12

PHP. Məzmunun fayllarda saxlanılmaqla çoxdilli interaktiv sayt modelinin yaradılması. Include, fayl sistemi funksiyalarının, iki ölçülü massivləri ilə işləmək.

2

13

PHP dilinin MySQL verilənlər bazaları ilə inteqrasiyası. Məzmunun MySQL-də saxlanılması ilə çoxdilli interaktiv saytın yaradılması.

2

14

PHP-də məzmunun MySQL-də saxlanılması ilə çoxdilli interaktiv sayt üçün məzmunu idarəetmə sisteminin (CMS) yaradılması.

2

15

PHP. Yaradılmız CMS üçün COOCKIE və SEANS-ların yardımı ilə istifadəçi autentifikasiya sisteminin yaradılması. FORM-lar və MAIL funksiyasının vasitəsilə əks-əlaqə üçün veb-formanın yaradılması.

2


ƏDƏBIYYAT:


  1. PHP 5 для чайников, Джанет Валейд, Москва, Вильямс, 2005

  2. PHP 5. Библиотека профессионала. Леон Аткинсон, Москва, Вильямс, 2005

  3. Основы программирования на PHP. Ларри Ульман, Москва, ДМК Пресс, 2001.

  4. Бен Фрейн. HTML5 и CSS3: Разработка сайтов для любых браузеров и устройств. СПб.: Питер, 2014, 304 с.

  5. Adam Freeman. The Definitive Guide to HTML5. Apress, 2011, 1080 p.

  6. David S. McFarland. CSS3: the missing manual. O’Reilly Media, 2013, 650 p.

  7. Adam Freeman. Pro jQuery. Apress, 2012, 1016 p.

  8. Прохоренок Н.А. HTML, JavaScript, PHP и MySQL. Джентльменский набор Web-мастера. СПб.: БХВ-Петербург, 2010, 912 с.

  9. Колисниченко Д.Н. PHP и MySQL. Разработка Web-приложений. – СПб.: БХВ-Петербург, 2013, 560 с.


8.Təhsilalanların vəzifələri:

a). İxtisasın dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa və praktiki vərdişlərə yiyələnmək;

b). Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

c)Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;

ç)Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalar və təlim- tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

d) Dərsin məzmununa, məqsəd və vəzifələrinə dərindən yiyələnmək .

e) Fənn mövzularının müzakirələrində fəal iştirak etmək

ə) Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;


9. Təhsil verənlərin vəzifələri:

a) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

b) Təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

c) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

d) Təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək və.s.
10. Tələbələrin biliklərinin qiymətləndirilməsi və nəzarətin formaları.

Odlar Yurdu Universitetində 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. Hər bir fənn üzrə semestr ərzində 3 dəfə aralıq imtahanı keçirilir (kollokvium).

Aralıq imtahanı yazılı, şifahi, test formasında fənni tədris edən müəllim tərəfindən aparılır. Hər aralıq imtahanından tələbə maksimum 10 bal toplaya bilər.

Bundan əlavə tələbə semestr ərzində fəaliyyətinə görə 20 bal toplaya bilər:



  • 10 bal dərslərə davamiyyətə görə (tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir, semestr ərzində fənnin tədrisinə ayrılan saatların (25% çıxıldıqdan sonra) hər buraxılan 10%-nə 1 bal çıxılır).

  • 10 bal tələbənin sərbəst işinə görə (semestr ərzində tələbəyə sərbəst işə görə verilən balın maksimum həddi 10-dur. Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Tapşırıqlar müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar və s.) fənni tədris edən müəllim tərəfindən müəyyən­ləşdirilir. Hər bir tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir. Tapşırıqların yoxlanması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda həyata keçirilir.) Beləliklə, tələbə imtahana qədər ən çoxu 50 bal toplaya bilər

Kafedrada sistematik olaraq fənn müəllimi və ya digər ixtisas müəllimləri tərəfindən tələbələrə məsləhət verilməsi təşkil edilir.

Odlar Yurdu Universitetində semestr imtahanları imtahan üçün nəzərdə tutulmuş, kompüterləş­di­rilmiş, yerli şəbəkəyə qoşulmuş xüsusi otaqlarda kompüter vasitəsilə test şəklində və ya kafedraların təqdimatı ilə müəyyən fənlərdən beş suallı təsdiq olunmuş biletlər əsasında şifahi, yaxud yazılı formalarda keçirilir.

Hər bir fənn üzrə imtahan verən tələbəyə tədris olunmuş mövzular üzrə 25 test sualı verilir. Hər düzgün cavabın qiyməti 2 baldır. Hər səhv cavaba görə 1 bal çıxılır. Beləliklə, tələbə imtahan zamanı ən çoxu 50 bal toplaya bilər.

İmtahan otağında ancaq texniki işçilərdən ibarət xüsusi nəzarətçilər olur. Tələbə imtahana şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə buraxılır. İmtahana ayrılan vaxt 120 dəqiqədir.

Tələbə biletdəki sualların düzgün hesab etdiyi cavablarını təsdiq etdikdən sonra imtahanı yekun­laşdırdığını bildirən düyməni basdıqda aralıq imtahanlarının, sərbəst işlərin və davamiy­yətin nəticələri də nəzərə alınmaqla (imtahan suallarından ən azı 17 bal toplamaq şərti ilə) onun aldığı qiymət monitorda görünür. İmtahanların nəticələri yerli şəbəkə vasitəsi ilə mərkəzə, fakültə dekanlıqlarına ötürülür.

Qiymətləndirmə sistemi aşağıdakı kimidir:

-51 baldan aşağı - «qeyri-kafi» - F

-51-60 bal - «qənaətbəxş» - E

-61-70 bal - «kafi» - D

-71-80 bal - «yaxşı» - C

-81-90 bal - «çox yaxşı» - B

-91-100 bal - «əla» - A

Tələbə imtahanın nəticəsi ilə razı olmadıqda, imtahandan sonrakı 3 gün ərzində

Universitetin Apelyasiya komissiyasına yazılı şəkildə müraciət edə bilər.



Fənn üzrə akademik borcu qalan tələbələrin sayı az olduqda bir kurs aşağı qruplarla həmin fənləri yenidən mənimsəyir, sonra imtahana buraxılır.

Fənn üzrə akademik borcu olan tələbələrin sayı çox olarsa yeni tədris qrupu təşkil edilir, yaxud tədris yay semestrində həyata keçirilir.
Yüklə 116 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin