Azərbaycan döVLƏt neft və SƏnaye universiteti İnformasiya texnologiyaları və idarəetmə fakültəsi 050620-“Kompüter mühəndisliyi” ixtisası



Yüklə 55,3 Kb.
səhifə1/3
tarix21.09.2022
ölçüsü55,3 Kb.
#63883
növüMühazirə
  1   2   3
C fakepathSillabus 2022 -Kompwter arxitekturas


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
İnformasiya texnologiyaları və idarəetmə fakültəsi
050620-“Kompüter mühəndisliyi” ixtisası üzrə
BAKALAVR HAZIRLIĞI ÜÇÜN
«Kompüter arxitekturası» fənninin
SİLLABUSU

Fənnin kodu

İPFS-B13

Kreditlərin sayı

8

Kurs

3

Semestr

5

Tədrisə ayrılan ümumi saatlar

60

o cümlədən:


Mühazirə

30

Məşgələ (seminar)

30

Laboratoriya

-

Kurs işi

-


5-ci semestrdə imtahan nəzərdə tutulmuşdur. “Kompüter mühəndisliyi” ixtisasının tədris planına uyğun tərtib olunmuşdur.
Sillabus “Kompüter mühəndisliyi” kafedrasının iclasında (prot.№1, 06. 09. 2022-ci il) müzakirə olunmuşdur.
Silabusu tərtib edən, dosent Y.N.Əliyeva


İTİF-in dekanı, dosent F.H. Ağayev
Kafedra müdiri, dosent N.Ə. Rəhimova
ADNSU– 2022
I. Fənnin təsviri

Proqram ali məktəblərdə “Kompüter mühyəndisliyi” ixtisası sahəsində təhsil alan tələbələrə kompüter sxemotexnikası və mikroprosessorların (MP) hesabi və məntiqi əsaslarını, onların iş prinsiplərini dərindən mənimsətməkdən ibarətdir.




II. Fənnin hədəfi və məqsədi

Bu fənnin əsas məqsədi komputer arxitekturasının prinsiplərini ətraflı araşdırmaq, onların iş prisipini, məntiqi əsaslarını və tətbiq sahələrini öyrənmək və inkişaf meyllərini müasir tələblərə cavab verməyə qadir mütəxəsisslər yetişdirməkdən ibarətdir.


Bu fənni öyrənməklə bakalavrlar komputerin arxitekturası, tətbiq sahələri, onların yaradılmasında qarşıya qoyulan tələb və keyfiyyət göstəriciləri haqqında geniş biliklərə malik olur, komputrlərlə necə işləmək vərdişləri əldə edirlər.

III. Fənnin qısa məzmunu

  1. Arxitektura anlayışı. Fon Neyman prinsipləri. EHM-lərin inkişаf tаriхi və nəsilləri.

  2. EHM-lərin ümumi strukturu və növləri

  3. Registrlər və onların növləri

  4. IBM tipli fərdi kompüterlər. Ana modul. Portlar

  5. Mikroprosessor nədir, əsas parametrləri və xarakteristikaları. MP-nin struktur sxemi

  6. MP-nin əmrlər sistemi. Əmrlərin formatı – ünvanlandırma üsulları: qeyri-aşkar, bilavasitə, birbaşa və dolayı ünvanlandırma.

  7. Kompüterin yаddaşı və onun təsnifatı

  8. Daxili elektron yaddaş qurğuları

  9. Maqnit yaddaş qurğuları

  10. Optik yaddaş qurğuları

  11. Kompüterin dахiletmə- хаricetmə sistemləri. Interfeyslər

  12. Fədi kompüterin proqram təminatı

  13. Əməliyyat sistemləri. Fayl və kataloqlar

  14. Windows əməliyyat sisteminin interfeysi, sistemə quraşdırılmış texnologiyalar.

  15. Kompüter texnikasının inkişaf perspektivləri

IV. Fənnin tədrisinin növləri və müddəti
Fənnin tədrisində mühazirə və məşgələ dərslərinin aparılması nəzərdə tutulur.
İxtisas üzrə tədris planında nəzərdə tutulmuş dərs növləri və saatları cədvəl l-də, mövzular üzrə ayrılan saatlar cədvəl 2-də, mühazirə və məşgələ dərslərinin məzmunu isə cədvəl 3 və 4-də göstərilmişdir.

V. Tələbənin təqdimatı yerinə yetirilmə müddəti, məsləhət saatları
Fənnin tələbələr tərəfindən semestr ərzində ardıcıl mənimsənilməsi üçün hər bir tələbə tərəfindən 1 (bir) təqdimat işin yerinə yetirilməsi nəzərdə tutulur. Təqdimat işin tapşırıqları keçilən mövzulara aid müəllim tərəfindən verilir. Tələbələr keçilən mühazirə, laboratoriya dərslərinin və mövcud ədəbiyyatın əsasında verilən tapşırıqları sərbəst yerinə yetirir. Təqdimat işlərin tapşırıqları cədvəl 5-də verilmişdir.
Düzgün yerinə yetirilmiş təqdimatın nəticəsi 10 balla qiymətləndirilir.



Yüklə 55,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin