2. Beynəlxalq maliyyə - pul və kredit münasibətlərinin ümumi cəhətlərini izah edin Maliyyə anlayışı, pul və kredit anlayışları ilə daha da tamamlanmış olur. Əmttə -pul münasibətləri şəraitində pul fasiləsiz olaraq bir subyektdən digər subyektə keçir. Aydındır ki, maliyyə dedikdə onun pul formasında olması nəzərdə tutulur. ,lakin eyni zamanda maliyyə və pul eyni məzmun ifadə etmir.
Maliyyə -öz məzmununa görə puldan fərqlənir. Pul ümumi əmtəə kütləsindən ayrılmış xüsusi növ əmtəədir. Pul ümumi ekvalent (bərabərlik) rolu oynayan bir əmtəədir. Pul vasitəsilə ilə əmtəə istehsalına çəkilən xərclərlə ölçülür.
Deməli, pul ümumi ekvalent rolu oynayırsa maliyyə qeyd etdiyimiz kimi ÜDM-in və Milli Məhsulun bölgüsü və yenidənbölgüsü alətidir. Deməli, maliyyəyə ancaq pul vəsaitləri fondlarının yaradılması, bölgüsü və istifadəsinə dair insanlar arasındakı münasibətidir.
Deməli, maliyyə ictimai münasibətləri əks etdirir. Beləliklə, maliyyə və pul iqtisadi mahiyyətinə görə, yerinə yetirdiyi funksiyalara görə fərqlənirlər. İqtisad elmində pulun aşağıdakı funksiyaları fərqləndirilir.
1.Pul hesab vahididir. – yəni pul vasitəsi ilə əmtəələrin qiyməti,dəyəri hesablanır, ölçülür.
2.Pul – tədavül (ödəniş) vasitəsini yerinə yetirir. Yəni pul vasitəsi ilə tədavül alqı – satqı həyata keçirilir.
3. Pul yığım vasitəsidir. Yəni lazımi qədərilə məsələn hər hansı bir məhsulu almaq istəmədikdə pul yığımına çevrilir , xərclənmir.
5 iqtisadi ədəbiyyatlardan məlumdur ki, pul dünya pulu rolunu oynayır. Burada söhbət qızıl puldan gedir.Yəni beynəlxalq əlaqələrdə dünya pulu kimi qızıl puldan istifadə edilir.
Qeyd etdiyimiz kimi, maliyyə - pul anlayışı ilə olduğu kimi kreditlədə birgə istifadə olunur.
Kredit – latınca borc, ssuda deməkdir, kredit iqtisadi kateqoriyadır. İqtisadi ədəbiyyatlardan məlumdur ki, kredit pulun hərəkəti formasıdır. Deməli kredit vasitəsi ilə pul bir subyektdən digər subyektin əlinə keçir. Beləliklə pulun hərəkəti baş verir. Mahiyyət etibarı ilə kredit müddətli, ödənişli və qaytarılmaq şərti ilə həyata keçirilir. Beləliklə dəyərlərin bölgüsü prosesində digər kateqoriyalar kimi kreditdə iştirak edir. Ayrı – ayrı müəssisə və təşkilatlarda müvəqqəti sərbəst pul vəsaitlərindən kredit kimi istifadə edilir. Beləliklə ictimai məhsulun istehsalında və eləcə də ÜDM –in ölçüsü sistemində iqtisadi kateqoriya kimi kreditində böyük əhəmiyyəti vardır