Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu



Yüklə 109,82 Kb.
səhifə44/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   36   37   38   39   40   41   42   43   44
bim imt sual cavab (1) yeni

49.Borc böhranının səbəbləri (7.5)
50.Milli valyuta sistemi və əsas cəhətləri
Valyuta münasibətləri istər milli və istərsə də beynəlxalq səviyyələrdə həyata keçirilir.
Milli səviyyədə bu münasibətlər ancaq mlli valyuta sistemini əhatə edir. Milli valyuta sistemi (MVS) hər bir ölkənin valyuta münasibətlərinin təşkili forması olub ,onun valyuta qanunçuluğu ilə müəyyən edilir.
MVS-in əsas cəhəti hər bir ölkənin iqtisadiyyatının inkişaf dərəcəsi və xüsusiyyəti ilə əks olunur.Həmçinin başqa ölkələrlə olan xarici iqtisadi əlaqələrdə öz əksini tapır.
Milli valyuta sistemi aşağıdakı cəhətləri ilə səciyyələnir :
-milli valyuta vahidliyi ;
-rəsmi qızıl valyuta ehtiyatlarının tərkibi ;
-milli valyuta bərabərliyi və valyuta məzənnəsinin formalaşması mexanizmi;
-valyuta dönərliyi şərtləri ;
-valyuta məhdudiyyətinin olub-olmaması ;
-ölkədə xarici iqtisadi hesablamalrının həyata keçirilməsi qaydası və s.
Milli valyuta sistemləri arasındakı əsas əlaqə valyuta məzənnəsi və bərabərliyi ilə həyata keçirilir.Milli valyuta sistemi ilə yanaşı regional və dünya valyuta sistemləri də mövcuddur.
Regional valyuta sistemi dedikdə, müəyyən regionda olan dövlətlər arasındakı valyuta münasibətlərinin təşkili forması nəzərdə tutulur.
Dünya valyuta sistemi isə valyuta münasibətlərinin daha qlobal səviyyədə təşkili forması olub dövlətlərarası razılaşmalarla təsbit edilir.
Dünya valyuta sistemi bir tərəfdən valyuta münasibətlərini,digər tərəfdən isə valyuta mexanizmini əks etdirir.
Valyuta münasibətləri dedikdə ,valyuta və pul bazarlarında hər bir fərdi şəxslərlə ,firmalar,banklar, və s. ilə beynəlxalq hesablaşmalar və kredit – valyuta əməliyyatları aparılmasında gündəlik əlaqələrin məcmusu nəzərdə tutulur.
Valyuta mexanizmində isə milli və beynəlxalq səviyyədə hüquq normaları və buradan irəli gələn alətlər nəzərdə tutulur.
Beləliklə, beynəlxalq valyuta sistemi (BVS) dünya təsərrüfatı miqyasında valyuta münasibətlərinin təşkili formasıdır. Bu sistem dünya kapitalist təsərrüfatının təkamülü nəticəsində meydana gəlmiş və dövlətlərarası sazişlə hüquqi cəhətdən təsbit edilmişdir. BVS-in əsas elementləri bunlardır :
-milli və kollektiv valyuta ehtiyyatları vahidlərinin olması ;
-pula çevrilə biləcək beynəlxalq aktivlərin tərkibi və quruluşu ;
-valyuta bərabərliyi və kursu mexanizmi ;
-qarşılıqlı valyuta dönərliyi şərtləri;
-beynəlxalq hesablaşmaların formaları ;
-beynəlxalq valyuta bazarının və dünya qızıl bazarının şəraiti;
-dövlətlərarası valyuta-maliyyə münasibətlərini tənzim edən valyuta-kredit təşkilatlarının –BVF və BYİB –in statusu.
Beynəlxalq valyuta sisteminin ən başlıca vəzifəsi ondan ibarətdir ki,beynəlxalq hesablaşmaları,valyuta bazarlarını tənzim etsin. Bununla da iqtisadi artımın sabitliyini təmin etmək,inflyasiyanın qarşısını almaq, xarici iqtisadi mübadilə və tədiyyədə tarazlıq yaratmaq imkanı əldə edilmiş olur.
Bu mənada BVS beynəlxalq iqtisadi münasibətlərin genişlənməsi və ya məhdudlaşmasına təsir edən əsas mexanizmlərdən biridir.
Hazırda dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin artması ilə əlaqədar olaraq beynəlxalq valyuta əlaqələri də genişlənir. Ölkələr arasında valyuta münasibətləri dünya təsərrüfat sistemi səviyyəsində beynəlxalq xidmətlər formasında ,əmtəə və kapital ixracı əsasında yaranır.
BVS dinamik inkişafda olub, ardıcıl olaraq dəyişir,təkamül edir. Məhz bu təkamülün istiqaməti beynəlxalq münasibətlərdə böyük rolu olan Qərb iqtisadiyyatının dəyişilməsi ilə, bütövlekdə dünya təsərrüfatının tələbatı və şəraitinin dəyişilməsi ilə müəyyən edilir.
Beləliklə, dünya valyuta sistemi aşağıdakı funksiyaları yerinə yetirir:
-beynəlxalq iqtisadi əlaqələri əks etdirir;
-dünya təsərrüfatı çərçivəsində öhdəçilik üzrə hesablaşmaların dövriyyəsini təmin edir ;
-təkrar istehsal prosesi və istehsal edilmiş məhsulun reallaşdırılması üçün normal şəraitin olmasını təmin edir ;
-milli valyuta sistemləri qaydalarını əlaqələndirir;
-valyuta münasibətləri prinsiplərini uyğunlaşdırır və standartlaşdırır.
Beynəlxalq valyuta münasibətlərinin iştirakçıları və yaxud subyektləri aşağıdakılardır :

  1. Kommersiya və investisiya bankları.Burada əsas yeri TMB-lar ayrı-ayrı ölkələrdə olan filiallarının fəaliyyəti nəticəsində kifayət qədər valyuta əməliyyatları aparırlar.

  2. Dövlətlərin mərkəzi bankları. Mərkəzi banklar öz milli valyuta kursunu tənzim etmək üçün qızıl valyuta ehtiyatları üzərində nəzarəti saxlayır,başqa ölkələrə valyuta müdaxiləsi həyata keçirir.

  3. Qeyri bank xarakterli institutlar. Sığorta fondları,pensiya fondları,müəyyən qarşılıqlı fondlar.

  4. Broker firmaları . Bu firmalar kommersiya bakları kimi valyuta əməliyyatları aparırlar, vasitəçi rolunda çıxış edirlər. Əsas broker kompaniyalarından aşağıdakıları qeyd etmək olar :”Merril Linç”, İ.F.Xatton, “Qoldman Saks” , “Morqan Stenli” və s. 1990-cı illərdən elektron brokkerlər də meydana gəlmişdi.

  5. Beynəlxalq valyuta-kredit və maliyyə təşkilatları. Bu təşkilatlar –BVF, DB qurumları ,BY və İB dünya valyuta bazarlarında geniş valyuta əməliyyatları həyata keçirirlər.

  6. Xüsusi şəxslər.Turizm,pul köçürmələr,təqaüd,stipendiya və s. kimi nisbətən kiçik əməliyyatlar da valyuta ilə aparılır.

Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin