Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Yaponiya m/s-in ümumi xarakteriskası



Yüklə 109,82 Kb.
səhifə40/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   36   37   38   39   40   41   42   43   44
bim imt sual cavab (1) yeni

45. Yaponiya m/s-in ümumi xarakteriskası
Yaponiyanın maliyyə sisteminin ümumi xarakteriskası.


  • Mərkəzi hökümətin büdcəsi

  • Yerli hakimiyyət orqanlarının büdcəsi

  • Mərkəzi və yerli hakimiyyət orqanlarının tabeliyində olan xüsusi fondlar

  • Təsərrüfatçılıq subyektlərinin (dövlət müəssisələrinin) maliyyəsi

  • Dövlət krediti

Maliyyə sisteminin başlıca həlqəsi qismində dövlət büdcəsi çıxış edir ki, bu da baş hesab adlanır. O, maliyyə sisteminin bütün həlqələri ilə əlaqədardır və dövlətin cari ehtiyaclarının xərclərinin maliyyələşdirilməsini təmin edir. Xüsusi hesablar qanunvericiliklə müəyyən edilir və xüsusi layihələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. 2000-ci ildən başlayaraq 38 xüsusi hesab fəaliyyət göstərir.
Yaponiyada eyni zamanda dövlət investisiya proqramı mövcuddur ki, bu da dövlət nöqteyi – nəzərdən üstün istehsal və obyektlər üçün istifadə edilir. Bu proqram dövlət büdcə maliyyələşdirilməsindən onunla fərqlənir ki, onun vəsaitləri haqqı ödənilmək, müddətli və qaytarılmaq şərti ilə verilir. Bu proqram ÜDM-in təxminən 10%-ə bərabər həcmdə vəsaitə malik olur.
Proqram hökumət tərəfindən “cari büdcə” ilə birlikdə hesablanır,lakin ondan ayrılıqda hər il parlamentdə təsdiq edilir.
Dövlət ssudası və investisiya proqramının maliyyə mənbəyi kimi aşağıdakılar çıxış edir :

  • əhalinin poçt əmanəti sistemi

  • həyatın poçt sığortası sistemi

  • pensiya fondları

  • sənaye maliyyələşdirilməsinin xüsusi hesabı

  • dövlət tərəfindən verilən ssudalar

Yaponiyada ikisəviyyəli büdcə sistemi mövcuddur : mərkəzi büdcə və kifayət qədər yüksək muxtariyyətə malik yerli hakimiyyət orqanlarının büdcəsi. Mərkəzi büdcədə büdcə gəlirlərinin təxminən 45 %- ə yaxını toplanır, yerli büdcələrə isə gəlirlərin 55%-i daxil olur. Bu, unitar quruluş sistemli digər inkişaf etmiş dövlətlərlə müqayisədə daha çoxdur. Lakin iki səviyyənin büdcə gəlirlərinin belə strukturu yalnız vəsaitlərin yerli büdcələrin xeyrinə yenidən bölgüsündən sonra yaranır ki, bu yolla yalnız ölkənin bütün gəlirlərinin 1\3-i əldə edilir.
Yaponiyanın dövlət büdcəsinin gəlir hissəsi vergi və qeyri –vergi daxilolmalarından ibarətdir. Başqa ölkələrlə müqayisədə qeyri – vergi daxilolmalarının payı Yaponiyada olduqca yüksəkdir. Buraya icarə haqqından daxilolmalar, torpaq sahələrinin və digər tərpənməz əmlakın satışından daxilolmalar,dəbbə pulu,cərimələr,lotoreya,istiqrazlara və s. gəlirlər aiddir.
İnzibati - ərazi baxımından Yaponiya prefekturalara bölünür və onların tərkibində inzibati vahidlər – şəhərlər, qəsəbələr və kəndlər daxil olur. Yerli büdcələrə 47 prefektura,647 şəhər, 1985 qəsəbə və təxminən 3 min kənd büdcəsi (cəmi 3045) daxildir. Prefektura, şəhər,qəsəbə,kənd idarələrində maliyyə şöbələri mövcuddur ki, onlar da yerli maliyyə işlərinə baxırlar.
Yerli büdcələrin gəlir hissəsi vergi və vergiolmayan daxilolmalardan ibarətdir : ümumdövlət vergilərindən ayırma; ümumdövlət tədbirlərini həyata keçirmək üşün dövlət dotasiyası; borclar və s.
Yaponiya yerli hakimiyyət orqanlarının vəsaitləri hesabına istehsal infrastrukturunun inkişafı, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması tədbirləri maliyyələşdirilir.
Bundan əlavə yerli büdcə vasitəsilə işçi qüvvəsinin hazırlanmasının, müxtəlif pensiya və müavinət xərcləri həyata keçirilir. Büdcə xərclərinin xeyli hissəsi yerli hakimiyyət orqanlarının, o cümlədən polisin, məhkəmə və prokurorluq orqanlarının saxlanılmasına xərc edilir.
Yaponiyanın maliyyə sisteminin ikinci hissəsi xüsusi dövlət fondlarıdır. Bu fondlar xüsusi hesabın tərkib hissəsidir. Bu fondlara : sığorta,pensiya, əmanət və bir sıra fondlar aiddir. Bundan əlavə, misal üçün , qocalığa baza pensiya fondu, ailə başçısını itirməyə görə fond mövcuddur . Vəsaitlərin həcminə görə onlar mərkəzi hökümət büdcəsini üstələyir.
Dövlət müəssisələrinin maliyyəsi . Yaponiya iqtisadiyyatının dövlət sektorunda yerli səviyyədə dövlət müəssisələri : su kəmərləri, qaz və istilik təchizatı,kanalizasiya ,şəhər nəqliyyatı, xəstəxanalar və s. fəaliyyət göstərir. Qalanları isə səhmdar şirkətləri və pay yoldaşlıqları – bələdiyyə mənzillərinin tikintisi və istismarı, pullu avtomobil yolları, liman qurğuları,örtülü bazar və s. işlərlə məşğuldurlar.
Bir sıra sahələrdə dövlət və yarımdövlət müəssisələri fəaliyyət göstərir. Lakin onların fəaliyyətinin ısas istiqaməti – istehsal fəaliyyəti deyil, elmi – tədqiqat işləri aparmaq, texniki tərəqqini səmərələşdirmək və sürətləndirmək məqsədi ilə maliyyə və texniki yardım göstərmək, habelə müxtəlif təşkilati msələləri işləyib hazırlamaqdan ibarətdir.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin