Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


ABŞ-ın sosial-iqtisadi inkişafının əsas göstəriciləri



Yüklə 109,82 Kb.
səhifə37/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   33   34   35   36   37   38   39   40   ...   44
bim imt sual cavab (1) yeni

42. ABŞ-ın sosial-iqtisadi inkişafının əsas göstəriciləri

ABŞ federativ dövlətdir ,50 ştatdan ibarətdir. Hər bir ştat müəyyən hüquqlara malikdir. Özlərinin qanunvericilik icraedici və məhkəmə hakimiyyəti strukturları vardır. Hər bir ştatın öz konstitusiyaları və qanunları fəaliyyət göstərir. Aydındır ki, bunlar federal konstitusiya və qanunlara zidd deyildir. Bu ştatların müəyyən müstəqillikləridə vardır.ABŞ-ın dövlət maliyyə sistemi aşağıdakı kimi mövcuddur :



  1. Federal maliyyə sistemi

  2. Ştatların maliyyə sistemi

  3. İnzibati təsərrüfatdan ibarət maliyyə sistemi (burada sahibkarlıq,mədəni mant,bələdiyyə kənd,məktəb,xüsusi dairələr və s. nəzərdə tutulur)

  4. Xüsusi fondlardan ibarət olan maliyyə sistemi. Dövlət maliyyəsinin bu cür təşkilati quruluşu onu göstərir ki, dövlət idarəetmənin hər bir bölümünün (federasiya,ştatlar,yerli orqanlar və s.) müstəqil olaraq öz büdcələrini tərtib edirlər.

Vergi siyasəti həyata keçirirlər. Deməli ,ştatların becələri federal büdcəyə yerli büdcələr isə ştatların büdcələrinə daxil olunurlar,yəni müstəqildirlər.Federal büdcənin hazırlanması oktyabr ayının 1-dən başlayır, sonrakı ilin 30 sentyabrında sona çatır.Ştatların büdcə hazırlığı isə öz müxtəlifliyi ilə fərqlənir.
Beləki onların bir qismi iki il müddətinə tərtib edilir. Yerli inzibati vahidlərin büdcə ili isə bir il müddətinə nəzərdə tutulur. Aydındır ki, ABŞ dövlət maliyyə sistemində Federasiya maliyyə sistemi və Federal büdcə mərkəzi yer tutur. Federal orqanlara ümummilli əhəmiyyətli xərclər sərf edilir(Bura hərbi xərclər,beynəlxalq fəaliyyətə yönəldilən xərclər,Federal dövlət aparatının saxlanılmasına,Federal dövlət büdcəsinin idarə edilməsinə çəkilən xərclər daxildir və s.)
Ştatların və yerli orqanların idarə edilməsinə çəkilən xərclərə isə sosial ehtiyaclara, inzibati aparatın maliyyələşməsinə çəkilən xərclərdən ibarətdir.
ABŞ dövlət maliyyə sistemi üçpilləli büdcə sistemi və xüsusi fondlardan ibarətdir. Büdcə sistemində Federativ dövlət quruluşu əsas götürülür. Burada Federal büdcə,Federasiyanın üzvü olan 50 ştatın büdcələri və 80 min yerli büdcələr əks olunur (Yerli büdcələr dedikdə krafliklar,bələdiyyələr,xüsusi dairələr və s. nəzərdə tutulur.) ABŞ-ın federal büdcəsi ,hökümət büdcəsi və yaxud federal fondları fəaliyyət göstərir.
Ehtimad fondları .Bu fondlar iqtisadi ,elmi , tədqiqat, hərbi,siyasi və sosial fondlardan ibarətdir.Bu ehtimad fondları müəyyən məqsəd daşıyırlar. Ölkənin təsərrüfat həyatının tənzimlənməsi üçün nəzərdə tutulurlar.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin