Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Tədiyyə balansının tarazlaşdırılması üsulları



Yüklə 109,82 Kb.
səhifə34/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   30   31   32   33   34   35   36   37   ...   44
bim imt sual cavab (1) yeni

38. Tədiyyə balansının tarazlaşdırılması üsulları
Formal olaraq tədiyyə balansı tarazlıqdır. Əgər ödəmələr əsas maddələr üzrə daxilolmalardan artıqdırsa onda kəsr,xarici borclar və sahibkarlıq fəaliyyəti kapitalının hesabına aradan qaldırılır. Bu müvəqqəti üsuldur. Tədiyyə balansı müvəqqəti kəsrin ödənilməsi üçün BVF ehtiyyat (şərtsiz) kredit verir. Bu kreditin həcmi böyük deyil və ölkələr arasında onların kvotasının (üzvlük haqqı 25 %) həddə bölüşdürülür. Tədiyyə balansının kəsrinin ödənilməsinin müddətli üsullarından biri də güzəştli kreditdir.
Tədiyyə balansında kəsri olan ölkələr əmtəə ixracının stimullaşdırılması,idxalın məhdudlaşdırılması ,xarici kapitalın cəlb edilməsi ,kapital ixracının məhdudlaşdırılması məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir :
-deflyasiya siyasəti ,
-devalvasiya siyaseti,
-valyuta məhdudiyyətləri,
-maliyyə və pul –kredit siyasəti,
-dövlətin xüsusi tədbirləri

Deflyasiya (lat. deflatio — şişirmə) — yerli valyutanın alıcılıq qabiliyyətinin artması. Deflyasia əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflayasiyadan ağır faktor hesab edilir[1].


Bu tədbir daxili iqtisadi vəzifələrin həllinə yönəlib, lakin kənar effekt kimi tədiyə balansının vəziyyəti də yaxşılaşır. Hesab edilir ki, deflyasiya siyasəti üçün ənənəvi olan nəticələr – istehsalın, investisiyaların və gəlirlərin həcminin aşağı düşməsi – idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib çıxarır. Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın mübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. Ixracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir..
Devalvasiya — (lat. de — enmə, lat. valeo — dəyəri) pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. Müasir şəraitdə termin stabil valyutalara nisbətən enən milli valyutada işlənilir.
Devalvasiya milli banklarda milli valyutanın idarə olunması aləti kimi baxılır, revalvasiyaya əks olaraq.
Valyuta məhdudiyyəti dedikdə , əmtəə ixracçılarının əldə etdiyi valyuta həcminin məhdudlaşdırılması və valyuta əməliyyatlarının mərkəzi bankda cəmləşməsi yolu ilə kapital ixracının məhdudlaşdırılması, onun ölkəyə axınının stimullaşdırılması və əmtəə idxalına hədd qoyulması başa düşülür.
Tədiyyə balansının kəsrinin azalması üçün maliyyə və kredit siyasətinin tədbirlərinə aşağıdakılar aiddir :
-əmtəə ixracçıları büdcədən maliyyə yardımı
-idxal kömrüyünün artması
-qiymətli kağızların xarici sahiblərinə ödənilən faizlərə verginin ləğv olunması və bununlada ölkəyə xarici kapitalın axınının stimullaşdırılması.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin