Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


AR-da tədiyyə balansının tənzimlənməsi Tədiyyə balansının tənzimlənməsində qeyri – neft sektorunun ixrac potensialından istifadə



Yüklə 109,82 Kb.
səhifə33/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   29   30   31   32   33   34   35   36   ...   44
bim imt sual cavab (1) yeni

37. AR-da tədiyyə balansının tənzimlənməsi Tədiyyə balansının tənzimlənməsində qeyri – neft sektorunun ixrac potensialından istifadə
Son zamanlarda həm tədqiqatçıları, həm də siyasətçiləri düşündürən ən vacib məsələlərdən biri də ölkəyə neftin ixracından əldə olunan gəlirlər və bu gəlirlərin istifadəsi altında həyata keçən proseslərdir. Bildiyimiz kimi, Azərbaycan Respublikasının iqtisadiyyatında əsas yeri neft – qaz ixracı tutur və bu da tədiyyə balansında öz əksini tapır. Lakin texnika ve texnologiyanın, həmçinin rəqabətə davamlı iqtisadiyyatın inkişaf etdiyi bir dövrdə təkcə neft sənayesini inkişaf etdirmək və onun ixracından gəlir əldə etmək kifayət deyildir. Hal – hazırda iqtisadçıların əsas məqsədi tədiyyə balansının tənzimlənməsi üçün qeyri - neft sektorunun ixrac potensialından maksimumu dərəcədə istifadə etməkdir. Bu da o deməkdir ki, neft – qaz sektorundan əldə olunan gəlirlər sayəsində qeyri neft sektoruna investisiyalar qoymaq və digər sənaye və xidmət sahələrini inkişaf etdirmək vacib ünsürlərdəndir. Bu situasiyada siyasətçiləri maraqlandıran əsas məsələ neftdən gələn gəlirləri hara və nə qədər xərcləmək maraqlandırır, lakin tədqiqatçılar və iqtisadçılar isə bu vəziyyətdə yaranan tendensiyaları və onun iqtisadiyyatda yarada biləcək yeniliklərini düşünürlər. Ümumilikdə isə əsas məqsəd neft sektorundan əldə olunan gəlirlərin səmərəli və şəffaf şəkildə istifadə olunmasıdır. 1994 – cü ildə xarici ölkələrlə Azərbaycan Respublikası arasında imzalanan “Əsrin müqaviləsi” nəticəsində Azərbaycanın neft sənayesi sürətlə inkişaf etməyə başlamışdır. Hətta 2006 – cı ildə belə proqnazlaşdırılmışdır ki, 2026 – cı ilə qədər ölkədə neft gəlirləri 140 milyard dolları ötəcək və 2006 – cı ildn artıq neftdən gələn gəlirlərin miqdarı dəfələrlə artmışdır. Neftdən gələn gəlirlər sayəsində Azərbaycanın qarşısında digər sənaye sektorlarını inkişaf etdirmək üçün geniş imkanlar açılır, bunun üçün də bu gəlirlərin yarada biləcəyi riskləri öncədən planlaşdırmaq və yoluna qoymaq lazımdır. Neftdən gələn gəlirlərin sürətlə artması neft sektorunu Azərbaycanın başlıca sənaye sahəsinə çevirmişdir. Hal – hazırda neftin satış qiymətinin yüksək olması, həmçinin neft hasilatı və satışından əldə olunan gəlirlərin artımı və artım nəticəsində əldə olunan uğurlar tədiyyə balansına öz təsirini göstərmişdir. Bu gəlirlər sayəsində də qeyri neft sektoru üzrə tədiyyə balansında yaranan kəsirin qarşısı alınır və nəticədə saldo müsbət olur. Məhz buna görə də günümüzün ən vacib və prioritet məsələlərindən biri də neftdən gələn gəlirləri necə varsa xarcləməklə bağlı olan məsələlərdir ki, həm Azərbaycanın iqtisadiyyatının irəliləməsinə, həm də tədiyyə balansının qeyri neft sektorundan əldə olunan gəlirlər vasitəsilə tənzimlənməsində rol oynasın. Tədiyyə balansının tənzimlənməsi üçün qeyri - neft sektorunun ixrac potensialından və neftdən gələn gəlirlərin bu potensialı daha da artırması üçün qeyri neft sektorunun inkişaf etdirilməsi üçün qarşıya duran əsas məsələlər bunlardır: 1. Neftdən gələn gəlirlərlə qeyri neft sektoruna necə təsir etməli və nə qədər investisiya qoyulmalıdır ki, rəqabət qabiliyyətlilik təmin olunsun; 2. Əhalinin neft gəlirlərindən maksimum səviyyədə faydalanmasını təmin etmək; 3. “ neft qarğışından” xilas olmağın səmərəli yollarını axtarıb tapmaq; 4. Tədiyyə balansının tənzimlənməsi zamanı qeyri neft sektorundan əldə olunan gəlirlərin müsbət saldo yaratması. Bunun üçün bir sıra ölkələr Neft Fondu yaratmağı ən münasib çıxış yolu kimi görürlər. Azərbaycanda Neft Fondu 1999 – cu ilin dekabrin 29 – da H.Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Neft Fondunun düzgün idarə edilməsi nəticəsində maliyyə stabilliyini qoruyub saxlamaq, maliyyə intizamına riayət etmək, gələcək nəsillər üçün yığım təşkil etmək, Milli valyutanın məzənnəsinin kəskin şəkildə artıb azalmasının qarşısını almaq kimi problemləri həll etmək mümkündür. Azərbaycan Respublikasının Neft Fondununun yaradılmasında başlıca məqsəd neft sektorundan əldə olunan gəlirləri digər sektorlara olan xərclərdən ayırmaqdır. Dünya ölkələrinin tarixən təcrübələrinə əsaslansaq görərik ki, qeyri neft sektorunun zəif inkişaf etməsi və həmçinin də maliyyə sisteminin zəif olması neft sektorundan əldə olunan gəlirlərin istehlaka xərcləməsi bu gəlirlərin səmərəsini azaldır. Bu da nəticədə iqtisadiyyatda ciddi problemlər yarada bilər. Neft fondları yaradılarkən adətən iki məqsədlə yaradılırıar: 1. Yığım məqsədilə yaradılan fondlar; 2. Stabilizasiya məqsədilə yaradılan fondlar. Yığım fondları dedikdə, təbbi sərvətlərin istismarı zamanı əldə olunan gəlirləri gələcəkdə müxtəlif məqsədlər üçün saxlamaq nəzərdə tutulur. Stabilizasiya fondu isə təbii sərvətlərin istismarı zamanı əldə edilən gəlirləri stabilləşdirmək üçün yaradılır. Azərbaycanda Respublikasının Dövlət Neft Fondu yığım fondlarına aid edilir. Azərbaycan Respublikası Dövlət Neft Fondu qarşısında dayanan əsas məsələlərdən biri də tədiyyə balansının tənzimlənməsi zamanı bu gəlirləri qeyri - neft sektoruna yönləndirmək, onun inkişafını təmin etmək və bu xərclərin yeni layihələrdə səmərəli şəkildə istifadəsini təmin etməkdir. Tədiyyə balansının tənzimlənməsində qeyri - neft sektorunun ixrac potensialından istifadə etmək və neftdən əldə olunan gəlirlərin qeyri - neft sektoruna və ölkənin iqtisadi və sosial inkişafı üçün səmərəli layihələrə xərclənməsini təmin etmək üçün, fikrimcə, aşağıdakı addımlar atılmalıdır. 1. Dünya təcrübəsinə əsaslanaraq, inkişaf etmiş ölkələrin mütəxəssislərini cəlb etmək və onların biliklərindən yararlanaraq, Azərbaycanın qeyri - neft sektorunun inkişaf konsepsiyasını işləyib hazırlamaq lazımdır; 2. Azərbaycan Prezidenti yanında bu layihələrin həyata keçirilməsini təmin edəcək və ona nəzarət edəcək bir qurum yaradılmalıdır; 3. Neftdən əldə olunan gəlirlərin ölkənin qeyri neft sektoruna yönləndirilməsi üçün Dövlət və Özel sektorun payını müəyyənləşdirmək vacibdir. Dövlət sektoru əsasən, mikroiqtisadi və makroiqtisadi mühitin yaradılması ilə və geniş önəmli infrastruktur layihələrini həyata keçirir. Özəl sektor isə bu mühitin yaradılması nəticəsində göstərilən mühitdə irəliləməlidir; 4. Ölkənin sosial və iqtisadi inkişaf etdirilməsi üçün əsas istiqamətləri dəqiqləşdirib və sonra buna uyğun olaraq, bu prioritetləri qarşılaşıdrmaq və əlaqələndirmək lazımdır; 5. Qeyri neft sektorlarının araşdırılması və ölkənin hansına daha çox potensialının yetəcəyini müəyyənləşdirmək, bu yolda iqtisadi inkişaf planları qurub məqsədə çatmaq üçün yeni addımlar atmaq vacibdir. Tədiyyə balansının tənzimlənməsini təmin etmək üçün, təkcə neft gəlirləri ilə kifayətlənmək düzgün deyil, Bunun üçün ele bir iqtisadi siyasət aparılmalıdır ki, neftdən əldə olunan gəlirlər qeyri neft sektoruna xərclənsin və onun inkiaşfını təmin etsin, yalnız belə oldğu halda neftdən əldə olunan gəlirlər daha yüksək iqtisadi səmərə verə bilər. Tədiyyə balansının tənzimlənməsi zamanı neftdən əldə olunan gəlirlər, əsasən, insan kapitalının inkişafına, iri infrastruktur layihələrinin tərtib olunması və icra edilməsinə, həmçinin, özəl sektorun daha da inkişaf etməsi üçün münbit mikro və makroiqtisadi mühit yaradılmalıdır. Daha ayrıntılı desək, neftdən əldə olunan gəlirlər sayəsində aşağıdakı sahələri inkişaf etdirmək daha çox səmərəli olar: 1. Təhsil sahəsinə ayrılan gəlirin artırılması:  Azərbaycanın gələcəkdə gəlir gətirə biləcək və həmçinin iqtisadi inkişafa təkan verəcək sahələr üzrə dünyanın qabaqcıl təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssislər yetişdirmək;  Təhsil müəssisələrinin təmir edilməsi və texniki bazasının gücləndirilməsi üçün maddi vəsait ayırmaq;  Digər sənaye sahələrinin yüksək inkişaf etməsi üçün ixtisaslı kadr yetişdirən təhsil ocaqlarının yaradılması; 2. Neft – kimya sənayesinin inkişafına dəstək;  Kimya sənayesində, həmçinin kənd təsərrüfatının inkişafına da dəstək olmaq üçün yeni gübrələrin istehsalına başlanılması;  Region daxilində Azərbaycanı neft məhsulları istehsal edən bir ölkəyə çevirmək;  Neft - kimya sənayesinin texniki bazasını gücləndirmək;  Neft maşınqayırması sənayesini texnoloji baxımdan təkmilləşdirmək;  Neft – kimya sənayesi və maşınqayırma sənayesi üçün idarəetməni təkmilləşdirmək və ixtisaslı kadr yetişdirmək. 3. Nəqliyyat infrastrukturunun inkişafının sürətləndirilməsini təmin etmək;  Azərbaycanın regional aləmdə mövqeyini gücləndirmək üçün neft – qaz ixracında yeni infrastruktur layihələrinin işlənib hazırlanması;  Əmtəə və xidmətlərin ixracı və idxalı üçün, həmçinin informasiyanın ötürülməsində region daxilində Azərbaycanı mərkəz ölkəyə çevirəcək bir infrastukturun qurulması;  Biznes sahəsinin inkişafı üçün biznes xidmətləri sektorunun yaradılması. 4. Kənd təsərrüfatının inkişafını sürətləndirmək;  Kənd təsərrüfatına yeni texnologiyaların tətbiqi;  Yeni gübrələrin istehsalı;  Maddi texniki bazanın möhkəmləndirilməsi;  İxtisaslı kadrların kənd təsərrüfatınə cəlb edilməsi və yeniliklərin işlənib hazırlanması;  Dünya təcrübəsinə əsaslanan aqrotəcrübənin kənd təsərrüfatına tətbiq edilməsi;  Qida sənayesini və yüngül sənayede yeniliklərin tətbiq edilməsi və sərmaye qoyulması.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin