Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


ABŞ-ın maliyyə sisteminin əsasları



Yüklə 109,82 Kb.
səhifə38/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   34   35   36   37   38   39   40   41   ...   44
bim imt sual cavab (1) yeni

43. ABŞ-ın maliyyə sisteminin əsasları
ABD-da fəaliyyət göstərən bəzi faktlar kredit ayırmaq yolu ilə kənd təsərrüfatının ,mənzil tikintisinin, xarici iqtisadi əlaqələrin inkişafına zəmin yaradırlar. Kənd təsərrüfatının inkişafı üçün Federal ,torpaq,banklar,kredit bankları fəaliyyət göstərirlər.
Elmi- tədqiqat işlərinə maliyyə yardımı həyata keçirilir. ABD-a iki böyük elmi fakt fəaliyyət göstərir.
1.Milli elmi fakt
2.Standartlar burosunun elmi fondu
Bu fondların vəsaiti federal büdcədən və sənaye müəssisələrinin mənfəətindən ayrılır . Hərbi siyasi faktlarda mövcuddur. ABŞ-ın dövlət maliyyə sistemində sosial faktların xüsusi yeri vardır.Bu fontlar müstəqil maliyyə - kredit müəssisəsi kimi fəaliyyət göstərir. Bu fontlardan qocalığa,əlilliyə və ailəni saxlayan adamın ölümü ilə əlaqədardır. Eləcə də dövlət məmurlarının sığorta fondu ehtiyacı olanlara yardım fondu da vardır. Bu fontların təşkilinin əsas mənbəyi sahibkarlar və sığorta olunanlardan ibarətdir. Bu sistem 1935-ci ildə “Sosial təminat haqqında” qanun ilə müəyyənləşmişdir.
ABŞ-ın maliyyə sistemində büdcə quruculuğu əsas yer tutur. Aydındır ki, büdcə quruculuğu ölkənin konstitutsiyası ilə nizamlanır.
ABŞ-da konstitutsiya dəyişilmələri tez-tez olmur. Ancaq müəyyən əlavələr edilməklə əsas sənəd olan konstitutsiya yoxlanılır.
İlk dəfə 1787-ci ildə belə bir konstitutsiya qəbul edilmişdir. XX əsrdə ABŞ-ın büdcə quruculuğuna müəyyən dəyişikliklər edilmişdir. ABŞ-ın dövlət büdcəsi 3 əsas funksiyanı yerinə yetirir :

  1. Dövlət aparatının saxlanılması (idarəetmə ,aparat,ordu və s.)

  2. Əlverişli sosial mühitin yaradılması və əhalinin müxtəlif sosial qrupları və əraziləri arasında gəlirlərin bölüşdürülməsi

  3. İqtisadi artımın stimullaşdırılmasında və sahibkarlığın inkişaf etdirilməsində bir alət kimi istifadə edilməsi.

ABŞ-ın büdcə sistemi federal dövlət quruluşuna uyğun gəlir. Burada federal büdcə, 50 ştatın büdcəsi və yerli orqanların büdcəsi nisbətən müstəqil fəaliyyət göstərirlər. Bütün bu büdcə sistemi ABŞ-ın maliyyə sisteminin 60 %-ə qədərini təşkil edir. Federal büdcə milli iqtisadiyyatın makro səviyyədə tənzimlənməsini həyata keçirir.Milli iqtisadi müdafiənin xarici iqtisadi fəaliyyətin fundamental elmi tədqiqatın dövlət idarə etmə xərclərinin ödənilməsi federal büdcə tərəfindən həyata keçirilir.Digər sosial iqtisadi problemlər nisbətən, ikinci dərəcəli funksiyalar hesab edilir. Bu funksiyalar əsasən ştatların yerli maliyyə qurumlarının maliyyəsi ilə ödənilir.(Bura polis, yanğından mühafizə,yol tikintisi,kommunal təsərrüfat,təhsil və səhiyyə idarələri və s.) ABŞ-da federal büdcəyə fiziki şəxslərdən əməyin ödənilməsi fondundan və satışdan bəzi vergi növləri daxil edilir. Ştatların büdcələrinə də yenə fiziki şəxslərdən regional və şirkətlərdən gəlir vergisi daxil edilir.
Federal büdcə daha dəqiq mükəmməl prinsip əsasında qurulur və iki hissədən ibarətdir :
1.Hökümət büdcəsi
2.Ehtimad (trast)- fondundan ibarətdir.
Hökümət büdcəsi hesabına milli iqtisadiyyat və sosial proqramlar maliyyələşdirilir.
Ehtimad fondları dedikdə - əsasən müəyyən məqsədli proqramlar həyata keçirilir (məsələn federal yollarını, elektrik stansiyalarını və s. nəzərdə tutur).
Ayrı-ayrı sosial və pensiya fontları ehtimad statusuna malikdirlər. Bu fondların gəlirləri dövlət mülkiyyətindən daxil olmalar hesabına formalaşır.
Aydındır ki, ölkənin ictimai-iqtisadi vəziyyəti ilə əlaqədar olaraq federal büdcənin mədaxil və məxaric hissələri dəyişir və onların strukturu (hansı sahələrə nə qədər ayrılması) hər il dəyişir. 2016-cı ildə ABŞ-ın büdcə gəlirləri 5.7 trilyon dollar,xərcləri isə 6.5 trilyon dollar olmuşdur. Burada sosial ehtiyaclara ayrılan federal təsisatların 60% -dən çoxunu təşkil edir.
ABŞ-ın maliyyə sistemində federal büdcə ilə yanaşı Ştatların büdcələri və yerli büdcələrdə böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, ABŞ-ın 50 ştatının hamısı geniş maliyyə səlahiyyətinə malikdirlər. Onlar müstəqil olaraq öz büdcələrini tərtib edir ,təsdiq və icra edirlər. Onların gəlirləri və xərcləri federal büdcələrə daxil olunur.
Ştatların büdcə gəlirlərinin tərkibi aşağıdakı mərhələdən formalaşır :
1.Satışdan olan vergilər
2.Fərdi gəlir vergisi
3.Şirkətlərin mənfəət vergisi
4.Əmlak vergisi
5.Müxtəlif yığımlar və daxil olmalar
6.Federal büdcədən maliyyə yardımı
7. Yerli hakimiyyət orqanlarının büdcələrindən daxil olmalar və s.
Yerli büdcələrin gəlir mənbələri aşağıdakılardır :
1.Daşınmaz əmlak vergisi
2.Satışdan olan vergi
3.Müxtəlif yığımlar və digər növ daxilolmalar
4.Ştatların maliyyə yardımları
5.Federal hökümətin yardımları
ABŞ-ın büdcə prosesi və maliyyə nəzarəti 4 mərhələdən ibarətdir :
1.Büdcə layihəsinin hazırlanması(tərtib edilməsi)
2.Konfrans tərəfindən baxılması və qəbul edilməsi
3.Federal büdcənin icra edilməsi
4.Konqres tərəfindən onun təsdiq edilməsi
ABŞ-ın büdcəsinin icrasında bir neçə orqan iştirak edir :
1.Maliyyə nazirliyi büdcə xərclərinə nəzarət edir
2.Daxili vergi xisməti büdcənin gəlirlərinə nəzarət edir
3.Gömrük xidməti xarici iqtisadi əməliyyatlardan olan gəlirlərə nəzarət edir
4.Bank idarələri büdcənin kassa icrasında geniş iştirak edirlər.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin