[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları
Beynəlxalq daşınmalar haqqında anlayış.
Bütün dövlətlər arasında, eləcədə onların müxtəlif təsərrüfat sahələrinin inkişafında müvəffəqiyyətin əsasını təşkil edən amillərdən biri nəqliyyat daşınmalarıdır. Beynəlxalq nəqliyyat daşınmaları isə bu işin əsasını təşkil edir.
Dövlətlərarası beynəlxalq iqtisadi əlaqələr yaratmaqda nəqliyyat əmtəələrin (yükün) və insanların (sərnişinlərin iki və daha çox ölkələr arasında əlaqəsini, yəni beynəlxalq münasibatlərini təmin edir.
Beynəlxalq daşınmalar, müxtəlif ölkələrin milli daşıyıcıları tərəfindən yerinə yetirilir. Yəni dünya milli nəqliyyat sistemində ayrıca olaraq beynəlxalq yük və sərnişin nəqliyyat sistemi yoxdur. Bu iş üçün ayrı-ayrı ölkələr özlərinin nəqliyyat növləri, nəqliyyat xətləri, qurğuları, stansiyaları, dayanacaqları, özlərinin yük və nəqliyyat terminləri və.s. istifadə olunur.
Nəqliyyatı yaxşı təşkil etmək üçün onun inkişafına təsir edən əsas amilləri təmin etmək lazımdır. Nəqliyyatı təşkil edən amillər: nəqliyyatın hərəkət vasitələri, daşıma vasitələri, yol əlaqələri, texniki qurğu və mexanizmlər hesab olunur. Bunların hər biri beynəlxalq daşınmalarda böyük rol oynayır.
İnkişaf etmiş ölkələri bir-biri ilə müqayisə etdikdə həmin ölkənin 1000 km2 sahəsinə düşən yolun (avtomobil və dəmiryolu) uzunluğu müqayisə vahidi olaraq qəbul edilir.
Beynəlxalq daşınmalarda yük və sərnişin daşınma əsas proses hesab edilməklə yükün göndərilmə əməliyyatları da (yəni yükün qəbulu, qablaşdırılması, markalanması, yükün bir növ nəqliyyatdan başqa növ nəqliyyata verilməsi, vergilərin ödənilməsi, yükün sahibinə çatdırılması və.s hesab edilir.
Nəqliyyat əlaqələrinin inkişafı və təşkilində beynəlxalq ticarətin böyük rolu vardır. Dünyada heç bir ölkə ayrılıqda özünün bütün ehtiyyatlarını təmin edə bilmir. Odur ki, beynəlxalq ticarət dünya miqyasında ictimai həyatın ayrılmaz və mühüm tərkib hissəsidir. Dünya dövlətləri nə üçün ticarət edirlər? Bunun başlıca səbəbi odur ki, dunyada iqtisadi ehtiyyatlar qeyri bərabər bölünmüşdür (məs, Yaponiyada texnika və Avstraliyada isə kənd təsərrüfatı malları çox inkişaf etmişdir).
Alimlər sübut etmişlər ki, ticarətlə dünyanın iqtisadi potensialını genişləndirmək mümkündür. Əgər bir ölkə başqa bir ölkə üçün mal istehsal edirsə, demək bu ölkə həmin sahədə ixtisaslaşır. Beləliklə bazar iqtisadiyyatının inkişaf yolu elə qurulmuşdur ki, dünya ölkələri bir-birindən asılı vəziyyətdədir. Bununla bağlı bazar ticarəti ölkələr arası idxal və ixrac vəziyyətini yaradır. İdxal-ölkəyə xaricdən gətirilən, ixrac isə xaricə aparılan mallar nəzərdə tutulur. O ölkənin ki, idxalı artır onun milli istehsalı zəifləyir. Odur ki, hər bir ölkənin inkişaf etməsi üçün ixracı artırmaq yollarını axtarır. Məsələn Azərbaycan neft ixracını gücləndirməklə beynəlxalq əlaqələri gücləndirmişdir. Hazırda Azərbaycan dünyanın 140-dan artıq ölkələri ilə əlaqələr yaratmışdır. Xaricdən mal idxalını azaltmaq üçün sənayeni inkişaf etdirmək, xammal ixracını azltmaq və emalı artırmaq, ixracı genişləndirmək lazımdır.
Beynəlxalq ticarət şərtlərində ixracat vahidinin idxal vahidinə olan nisbəti nəzərdə tutulmaqla xarici qiymətlər indeksləri hesablanır.
Beynəlxalq ticarət şərtlərinin (indekslərin) hesablanması illər üzrə dövlətin iqtisadiyyatının vəziyyəti, yəni ölkədə idxalın və ya ixracın üstünlüyü müəyyən edilir.
2006-cı il ərzində respublikanın 140 dünya ölkələri ilə ticarət əməliyyatlarının həcmi 11637208.6 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6372112.8 min ABŞ dolları dəyərində 5935 adda mal isə idxal olunmuşdur və saldo müsbət 11070116.9 min ABŞ dolları təşkil etmişdir.
Buradan aydın olur ki, beynəlxalq yük daşınmaların səviyyəsi nə qədər olmuşdur.
Buradan aydın olur ki,bu səviyyədə malın(yükün) daşınmasında nəqliyyatın xidməti nə qədər məsuliyyətli və nə qədər qiymətlidir. Bununla bağli gömrük xidmətinində rolu genişlənir və onun təşkili məsuliyyəti artırır.