BİBLİoqrafiya baki 2012 2 Tərtibçi-müəllif



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix21.04.2017
ölçüsü2,38 Mb.
#15203
  1   2   3   4   5   6   7   8   9   ...   28

0

AZƏRBAYCAN XALÇASI

BAKI - 2012

1

AZƏRBAYCAN XALÇASI

BİBLİOQRAFİYA

BAKI - 2012

2

Tərtibçi-müəllif:

Kərim Tahirov,

fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi

Redaktor:

Gülbəniz Səfərəliyeva

Azərbaycan  xalçası:

biblioqrafiya  /tərtibçi-müəllif

K.Tahirov; red. G.Səfərəliyeva; M.F.Axundov ad. Azərbaycan

Milli Kitabxanası.- Bakı, 2012.- 469 s.



© M.F.Axundov adına Milli Kitabxana, 2012

3

Göstərici haqqında

Аzərbаycаn dünyаnın әn qәdim xаlçаçılıq mәrkәzidir.

Tәsаdüfi dеyil ki, lаp uzаq kеçmişlәrdәn Аzәrbаycаn xаl-

çаlаrı tәkcә vаlеhеdici bir әşyа оlаrаq qаlmаmış, еyni zаmаndа

һәrtәrәfli  tәdqiq  еdilib öyrәnilmişdir. Аzәrbаycаn  xаlçаlаrı

һаqqındа ilk mәlumаtlаrа еrаmızdаn əvvəl V әsrdә yаşаmış qә-

dim yunаn аlimi Ksеnоfоntun әsәrlәrindә rаst gәlinir. Sonralar

xаlçаlаrımız hаqqındа qiymәtli mәlumаtlаrı оrtа әsrlәrdə Azər-

baycanda оlmuş әrәb vә İrаn tаrixçilәri, dаһа sоnrа isә Аvrоpа

sәyаһәtçilәri vеrirlәr.

XIX әsrin sоnlаrındа Аlmаniyаdа, Аvstriyаdа, Frаnsаdа,

İngiltərədə və bаşqа ölkәlәrdә Şәrq incәsәnәtinә hәsr оlunmuş

kitаb  vә аlbоmlаrdа  Аzərbаycаn  xаlçаlаrının  bәdii  vә  tеxniki

xüsusiyyәtlәri

һаqqındа

әtrаflı 


mәlumаtlаr 

verilmişdir.

Аzərbаycan xаlçа sәnәtinin tәdqiqi tаrixi böyük bir dövrü әһаtә

еdir.


Ulu  öndər  Heydər Əliyevin  şəxsi  təşəbbüsü  ilə 1983-cü

ildə Bakıda  Şərq Xalça  Sənəti üzrə I Beynəlxalq Simpozium

keçirildi.  Bununla əlaqədar  M.F.Аxundоv  аdınа  Kitаbxаnаya

Azərbaycan KP MK-nın tapşırığı ilə biblioqrafik göstərici tər-

tib  etmək  həvalə olundu.  Çox  qısa  bir  müddətdə “Azərbaycan

xalça  sənəti”  аdlı еlmi-bibliоqrаfik göstərici  tərtib edildi.

Bibliоqrаfiyаdа mаtеriаllаr  1776-cı  ildən 1983-cü ilə qədər

оlаn  dövrü əһаtə еdirdi. Göstəriciyə Azərbaycan,  rus  və bəzi

xarici  dillərdə olan  materiallar  daxil  edilmişdi. Ancaq  qeyd

etmək  lazımdır  ki, o  zaman  vaxt  azlığı  səbəbindən bir  çox

materiallar vəsaitdə öz əksini tapmamışdı.

M.F.Аxundоv аdınа Аzərbаycаn Milli Kitаbxаnаsı 2011-

ci ildə həmin biblioqrafiyanı  yenidən  işləyərək,  bu günə kimi

Azərbaycanda  və xarici  ölkələrdə xalçaçılığa  aid  nəşr  edilən

materialları  toplamış  və “Azərbaycan xalçası”  adlı  yeni  bibli-

oqrafik göstərici nəşr etmişdir. Bu göstəricidə Azərbaycan xal-

ça sənətinə aid kitablar, kitablarda çap olunan məqalələr, qəzet


4

və jurnal  materialları  toplanmış, oxucuların və mütəxəsislərin

istədikləri məlumatı asan əldə edə bilmələri üçün vəsait bir çox

yarımbölmələrə ayrılmışdır:

Görkəmli şəxsiyyətlər Azərbaycan xalçaları haqqında;

Qərar və sərəncamlar;

Kitablar;

Kitablarda  və dövri mətbuatda çap olunmuş materiallar;

Bakıda keçirilmiş Şərq xalça sənəti üzrə I Beynəlxalq

Simpozium;

Azərbaycan xalça sənəti üzrə II Beynəlxalq Simpozium;

Dissertasiya və avtoreferatlar;

Azərbaycan xalçaçılıq məktəbləri;

Azərbaycanda süjetli xalçalar;

L.Kərimov adına  Azərbaycan  Xalçası və Xalq  Tətbiqi

Sənəti Dövlət Muzeyi;

Azərbaycanın görkəmli xalça ustaları.

Vəsaitdə Аzərbаycаnın bir çox görkəmli xalçaçı  alim və

tədqiqatçılarının əsərləri, onlar haqqında materiallar ayrıca baş-

lıq  altında  toplanmışdır. Göstəricidə ədəbiyyаt  xrоnоlоji

ardıcıllıqla əlifba  sırası  ilə düzülmüş, dövlətin  xаlçaçılığа  dаir

qərаr və sərəncamları öz əksini tapmışdır.

Оxuculаrа  tәqdim оlunаn  bu  bibliоqrаfik göstәrici çоx

lаzımlı vә vаxtındа һаzırlаnmış qiymətli vəsaitdir.

Vəsаit  xаlçаçılıqlа  məşğul оlаn  аlim  vә mütəxəssislər,

еyni  zаmаndа  bu  sаhə ilə mаrаqlanan  oxucular üçün  nəzərdə

tutulub.

Biblioqrafiya

haqqında  rəy  və

təkliflərini

Milli

Kitabxanaya göndərən mütəxəssis və oxuculara əvvəlcədən öz



minnətdarlığımızı bildiririk.

Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi, 29

E-mail: contact@anl.az

5

AZƏRBAYCAN XALÇASI

Hər  xalqın  mədəniyyət  tarixində elə sənət  sahəsi  vardır

ki, orada onun zəngin mənəvi aləmi əks olunmuş, xarakteri, in-

tellekti,  dünyagörüşü,  estetikası  və həyat  fəlsəfəsinə xas  olan

köklü  xüsusiyyətlər öz təcəssümünü  tapmışdır.  Azərbaycan

xalqı  üçün  belə sənət  növü  xalçaçılıqdır.  Mübaliğəsiz  demək

olar ki, min illər boyu Azərbaycan əkinçiləri və maldarları, şə-

hər və kənd sakinləri xalı-xalça üstündə doğulmuş, yaşamış və

dünyadan köçmüşlər. Xalça məmulatları isə onların məişətinin

dəyişməz  atributu  olmuşdur. Bu  da  təsadüfi  deyildir.  Toxucu-

luq və xalçaçılıq bir çox xalqlara məlumdur. Öz tətbiqi təyina-

tına  uyğun  olaraq  o,  lap  qədim  zamanlardan  harmoniyanın,

ritmin  və rəngin  estetikasını  özündə təcəssüm  edirdi.  Ancaq

müəyyən  coğrafi,  iqtisadi  və sosial şərtlərin  bir  növ  sintezi

zəruri  idi  ki,  xalçaçılıqda  məhz  bədii  başlanğıc  üstünlük

qazansın və o, estetik dəyər kəsb etsin, xalq fəlsəfəsinin, milli

xarakterin  mahiyyətini  hərtərəfli əks  etdirən  həqiqi  sənətə

çevrilsin.

Xoşbəxtlikdən Azərbaycan bütün bu şərtləri özündə bir-

ləşdirən  bir  diyardır:  burada  nisbətən  kiçik ərazidə möhtəşəm

dağlar,  alp çəmənlikləri, ucsuz-bucaqsız meşə massivləri, çöl-

lər, dərələr və Xəzərin xəfif nəfəsi üzvi şəkildə qaynayıb-qarı-

şaraq, rəngarəng və orijinal landşaftlar, cürbəcür flora və fauna

ilə zəngin  təbii  iqlim  palitrası  yaradır.  Xalqın  bədii  təfəkkürü

belə unikal  mühitdə formalaşmış,  bunun  sayəsində xalçaçılıq

dekorativ-tətbiqi 

sənətin 

digər 


növlərindən 

ayrılmış,

Azərbaycan əhalisinin  yaradıcılıq  fəaliyyətinin mühüm  bir

sahəsinə çevrilmişdir.



Azərbaycan xalçası: əsas tarixi mərhələlər

Azərbaycan  xalçasında çoxəsrlik ənənələrin  sabitliyi  və

həyat gerçəkliklərinin müxtəlifliyi üzvi surətdə birləşir. Xalça-


6

çılıq  mahiyyətcə humanist  və məişətdə istifadəsinə görə çox-

funksiyalı  sənətdir.  Xalça  insan  üçün  rahatlıq,  səliqə yaradır,

mənzilə hərarət  gətirir,  interyeri  canlandırır,  estetik cəhətdən

zövq oxşayır.  Xalçanın  və xalı  məmulatlarının  (çuvalların,

məfrəşlərin,  xurcunların  və s.)  portativliyi  səyyar  həyat  tərzi

şəraitində onları əvəzedilməz edir.

Azərbaycan xalçalarının forma, toxunma texnikası, süjet,

ornament,  rəng  və kompozisiya  rəngarəngliyi  onların  tədqiqi

üçün geniş meydan açır. Xalça Azərbaycan xalqının ədəbiyya-

tı,  memarlığı,  bədii  miniatür  və dekorativ-tətbiqi  sənətinin  di-

gər növləri ilə çoxlu tellərlə bağlıdır.  Azərbaycan xalçalarının

tədqiqi  geniş  məxəzşünaslıq  bazasına əsaslanır.  Buraya  həm

eneolit dövründən başlayaraq  arxeoloji abidələr, həm antik və

orta əsrlərin  müəllif  və səyyahlarının  məlumatları,  həm

epiqrafik  abidələr,  xalq  folkloru  və

klassik

ədəbiyyat



nümunələri,  miniatürlər,  Avropa  rəssamlarının əsərləri;  tarixi

sənədlər, məmurların hesabatları, Avropa, Rusiya, Amerika və

ən əsası, Azərbaycan alimlərinin elmi-tədqiqat işləri daxildir.

Eneolit dövrünün primitiv toxuculuq dəzgahlarının qalıq-

ları, daha sonrakı abidələrdə isə xalça dəzgahlarının özünün qa-

lıqlarının mövcudluğu güman edilir. Buradakı boyaq maddələ-

rinin çox qədim vaxtlardan mövcudluğunu, parçaları boyamaq

adəti haqqında Herodotun məlumatları təsdiq edir. Tədqiqatçı-

ların fikrincə xalçalar hələ bizim eradan əvvəl tunc dövründə -

II minillikdə mövcud olub. Belə ki, Maku şəhərində bitki orna-

mentli  xalça-çulla örtülmüş gil at heykəlciyi tapılıb. Yunan ta-

rixçisi  Ksenofont  (bizim  eramızdan əvvəl  V əsr)  bildirir  ki,

farslar  xalçalardan  istifadə etməyi  midiyalılardan  öyrənmişlər.

VII əsr Alban tarixçisi Moisey Kalankatuyski Albaniyada xalça

istehsalı və zadəganların məişətində bunlardan istifadə edilmə-

si  barədə məlumat  verir.  Tarixçi  Sebos  Bizans  hökmdarı  He-

rakliusun 628-ci ildə Naxçıvanda əldə etdiyi qənimətdən danı-

şarkən qızıl və gümüş saplarla naxış vurulmuş çoxlu xalçalar-

dan söz açır.


7

Orta əsrlər Şərq müəlliflərinin yazılarında da Azərbaycan

xalçaçılığı haqqında zəngin məlumatlar vardır. VII əsr Çin səy-

yahı  Syuan Tszyan  Azərbaycanı xalça istehsalının iri mərkəzi

adlandırmışdır.  Bunu  arxeoloji  məlumatlar  da  sübut  edir.  VII

əsr  mağaralarında  toxuculuq  dəzgahının,  yun  iplərin  qalıqları,

xalçaçılıqda  istifadə olunan əmək  alətləri,  keçə,  çürümüş  xalı

və palaz parçaları tapılmışdır.

Şahənşah I Xosrova (531-579 cu illər) məxsus “Xosrovun

baharı” adlı xalçanı Şərq xalçalarının, demək olar ki, bütün təd-

qiqatçıları  təsvir  etmişlər  ki,  həmin  süjet  sonrakı əsrlərdə

inkişaf  etdirilmiş  və “Dörd  fəsil” adlanan  çoxsaylı  Təbriz

xalçalarında öz inkişafını tapmışdır. Orta əsr mənbələrində çox

vaxt Azərbaycan xalçalarının xüsusiyyətlərindən və tiplərindən

bəhs  edilir.  Misal  üçün,  X əsrə aid “Hüdud-əl-aləm” adlı

anonim  mənbə qeyd  edir  ki,  Azərbaycanın  Mərənd,  Gəncə,

Şəmkir  şəhərlərində

yüksək  keyfiyyətli  yun  məmulatlar

istehsal  edirdilər.  Naxçıvanda,  Xoyda,  Muğanda,  Səlmasda  və

Ərdəbildə toxunan  xalça  və palazlar  isə böyük  şöhrət

qazanmışdır.  IX-X əsr ərəb  tarixçisi  Təbəri  də yüksək

keyfiyyətli Azərbaycan xalçaları barədə məlumat vermişdir.  X

əsr ərəb  səyyahı Əl-Məsudi  də bunu  qeyd  edərək  yazır  ki,

Mərənddə, Təbrizdə, Ərdəbildə “Məxfur” adlı xalçalar istehsal

edilir. X əsr ərəb müəllifi Əl-Müqəddəsi gözəl Qarabağ xalça-

ları, xüsusən “ ... misli-bərabəri olmayan” Bərdə xalçaları haq-

qında  məlumat  vermişdir. Ərəb  müəllifi Əl-İstəhri  (X ə.).

Bərdədən  Hindistana  ixrac  edilən  qızılı  boyaq  maddəsi

(boyaqotu-marena)  barədə Əl-Müqəddəsi,  Gövhəl  (X ə.)  kimi

digər  müəlliflər  isə al-qırmızı  boya  alınan  və hətta  Avropaya

ixrac  edilən  “qırmız” adlı  xüsusi  qurdlar  barədə məlumat

verirlər.

Xalça  məmulatlarından  götürülmüş  ornamenetlərə epiq-

rafik abidələrdə, xüsusən qəbir daşlarında tez-tez təsadüf edilir.

Bunların bəzilərində hətta xalçaçılıqda istifadə olunan toxucu-

luq  dəzgahlarının,  alətlərinin  təsvirinə də rast  gəlinir.  Bunlar



8

Laçın  rayonundan,  Sisyan  rayonunun Urud  kəndindən  və Ab-

şeron rayonundan məlumdur.  Azərbaycan  Xalçası  və Xalq

Tətbiqi Sənəti Dövlət Muzeyində XV-XVI əsrlərə aid bir neçə

belə qəbirdaşı saxlanılır.

Xalçalar haqqında məlumata xalq folklorunda, dastanlar-

da, o cümlədən XI əsrin məşhur “Kitabi-Dədə-Qorqud” dasta-

nında ipək xalçaların, böyük ölçülü xalçaların, xalıların və i. a.

adlarına  tez-tez  rast  gəlmək  olur.  XII əsr  klassik  Azərbaycan

ədəbiyyatında  xalçalarımız haqqında  çoxlu  dəyərli  məlumat

tapmaq olar: Qətran  Təbrizi, Nizami və Xaqaninin əsərlərində

xalçalar  və eləcə də qiymətli  saplardan  istifadə etməklə to-

xunmuş ipək xalçalar xatırlanır. Nizami və Xaqaninin (XII əsr)

əsərlərində də xalçalarla  bağlı  terminlərə tez-tez  rast  gəlinir.

Misal  üçün,  Nizaminin  “Xosrov  və Şirin”, “İsgəndarnamə”

poemalarında “həsir”, “kilim”, “gəbə” kimi xalça məmulatları-

nın adları, “əriş”, “arğac”, “cəhrə” terminləri  verilir.

“İsgəndərnamə” poemasında “kəndir”,  “çuval”, “çul”,

“xalı” terminlərinə rast  gəlinir. Nizami bir  yerdə hətta “xətay

çullar” haqqında  bəhs  edir  ki,  bu  da  hələ o  zamanlar  “xətai”

xalça  kompozisiyasının  mövcud  olduğuna  sübutdur. “Yeddi

gözəl” poemasında “palaz”, “fərş” adlarına rast gəlinir. Bu cür

terminlərə,  misal  üçün,  “ilmə”,  “iplik”,  “fərş”,  “çuval” və s.

Xaqani Şirvaninin əsərlərində də tez-tez təsadüf edilir.

Ümumiyyətlə, XI-XII əsrlər Azərbaycan xalqının tarixin-

də xüsusi yer tutur.  Bu, Azərbaycan iqtisadiyyatının və mədə-

niyyətinin  çiçəklənmə dövrü,  “Azərbaycan  İntibahı” dövrü

olmuşdur.

Orta əsr Avropa səyyahlarının yazılarında da Azərbaycan

xalçaları haqqında maraqlı məlumatlar vardır. Təbrizdə istehsal

olunan unikal parçalar haqqında XIII əsrdə Marko Polo  xəbər

verir.  Genuya  tacirləri  həmin  parçaları  Avropaya  aparırdılar.

Dərbənd, Şamaxı, Naxçıvan və digər şəhərlərdə olmuş fransız

Rubruk  qeyd  etmişdi  ki,  burada  çox yaxşı  xalçalar  istehsal

edirlər. Azərbaycan Ağqoyunlular dövlətinin (XV ə.) hökmdarı


9

Uzun Həsənin sarayında olan  gözəl xalçalar barədə venesiyalı

Ambrozio Kontarini xəbər verir. Səfəvi hökmdarı I Şah Abba-

sın sarayında olmuş alman imperatoru  II Rudolfun elçisi Tek-

tander Təbrizi təsvir edərkən bildirmişdir ki, burada çoxlu məs-

cid  var  və bunların  döşəmələrinə gözəl  xalçalar  salınmışdır.  I

Şah  Abbasın  sarayındakı  qəbulda  söhbət əsnasında  o  yenə bu

xalçalardan bəhs etmişdir. Lakin orta əsr Azərbaycan cəmiyyə-

tində təkcə yüksək  təbəqələrin  həyatı  xalçalar əhatəsində

keçmirdi.  Belə ki,  XVI əsrdə Şirvanda  olmuş  ingilislər -

Bannister və Duket yazırlar ki, yerli sakinlərin evlərində xalça

və mis  məmulatı  istisna  olmaqla  ev əşyaları  azdır.  “Onlar

yerdə, xalça üstündə, dərzilər kimi bardaş qurub otururlar. Ən

sadə adamlar  arasında  da  elə biri  tapılmaz  ki,  yaxşı  ya  pis

xalçası olmasın; onların evlərinə, yaxud da oturduqları otaqlara

başdan-başa  xalçalar  döşənib”.  Deyilənlər  sübut  edir  ki,  orta

əsrlərdə Azərbaycan əhalisinin bütün təbəqələri xalçalardan və

xalça məmulatından geniş istifadə etmişlər.

XVI əsrdə Volqa-Xəzər  yolu  ilə Azərbaycana,  o  cümlə-

dən, Şirvana ingilis tacirləri - İngiltərənin “Moskva şirkəti”nin

agentləri  gəlib  çıxmışdılar.  İngilislər  A.Cenkinson,  R.Çini,

A.Edvardes,  T.Bannister,  Y.Duket  XVI əsr  Azərbaycan  haq-

qında dəyərli məlumat qoyub getmişlər. Misal üçün, A.Cenkin-

son Şirvan bəylərbəyi (hökmdarı) Abdulla xanın qəbulunu təs-

vir edərək bildirir ki, “ ... onun çadırının bütün döşəməsi bahalı

gözəl  xalçalarla  örtülmüşdü,  onlar  özləri  isə qızıl  və gümüş

saplarla  naxışlanmış  kvadratşəkilli  xalçalar  üstündə oturmuş-

dular,  yanlarında  da  həmin  xalçalara  uyğun  iki ədəd  qiymətli

yastıq  var  idi. “Xalçalar  haqqında  dəyərli  məlumatlara XVII-

XVIII əsr səyyahlarının yazılarında da rast gəlinir. Belə ki, Dər-

bənddən  Bakıya,  sonra  isə Şamaxıya  gəlmiş  alman  A.Oleariy

qeyd  edir  ki,  kəndlilərin  evləri  çox  səliqəlidir  və döşəmələri

xalılarla  örtülüdür.  1715-1718-ci  illərdə Rusiyada  işləyərkən

Dərbənddə,  Bakıda,  Şamaxıda  və Təbrizdə olmuş  şotlandiyalı

həkim Beldə də oxşar məlumatlara təsadüf edilir. Şirvan sakin-


10

lərinin  məişətini  təsvir  edərkən  o  göstərmişdir ki,  orada  döşə-

mələr  xalça  və həsirlərlə örtülür.  O,  həmçinin  Təbrizdə parça

və xalça ticarətinin geniş vüsət aldığını bildirmişdir. XIX əsrdə

də Azərbaycanda  olmuş  səyyahların,  məmurların,  mütəxəssis-

etnoqrafların və digər tədqiqatçıların, demək olar ki, hamısında

əhalinin  bütün  təbəqələri  tərəfindən  işlədilən  çoxlu miqdarda

gözəl xalçalar barədə məlumata rast gəlinir. Yazılı mənbələrin

təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, bütün orta əsr-

lər  dövrü ərzində və sonrakı  dövrdə də Azərbaycan  xalçaları

ixracat obyekti olmuşdur. Azərbaycan xalçaları başqa ölkələrə,

həm də təkcə Şərqin yaxın ölkələrinə deyil, Avropaya da aparı-

lır, tezliklə orada avropalıların məişətinə daxil olurdu.

Artıq  XIV əsrdə Azərbaycan  xalçaları  kütləvi  şəkildə

Avropaya  gedib  çıxmağa  başladı.  Bu  da  təsadüfi  deyildi,  XIII

əsrdə monqol istilasından  sonra  Azərbaycan  iqtisadiyyatı  və

mədəniyyəti o zamanlar dirçəlir və Avropa ilə sıx ticarət əlaqə-

ləri yaradılırdı. Həmin dövrdə Avropanın Şərqlə ticarətinə bü-

tünlüklə nəzarət  edən  Venesiya  və Genuya  tacirləri  Azərbay-

can bazarına çox tez yiyələnmişdilər.

XV-XVI əsrlərdə avropalıların  məişətinə nüfuz  edən

Azərbaycan xalçaları bir çox Avropa rəssamlarının tablolarında

əks  olunmuşdur.  Misal  üçün,  Qarabağın  “Muğan” xalçasını

Hans Memlinqin (XV ə.) “Məryəm körpəsi ilə” və “Bir gəncin

portreti” tablolarında  görürük.  Azərbaycan  xalçası  venesiyalı

rəssam  Karlo  Krivellonun  (XV ə.)  “Müjdə” tablosunda  və di-

gər  italyan  rəssamı  Antonello  de  Messinanın  (XV əsr)  “Mü-

qəddəs Sebastyan” tablosunda əks etdirilib. Azərbaycan xalça-

larının təsvirinə rəssam Domeniko de Bartolonun Siyena şəhə-

rində Santa-Mariya  kilsəsindəki  (“Findlinqin  toyu”)  freskasın-

da,  Domeniko  Moronenin  “Müqəddəs  Fomanın  doğulması”

rəsmində, Fransadakı “Gərgədanla xanım” (XV ə.) şpalerasın-

da (tapissetrie), Avropa və rus rəssamlarının bir çox digər əsər-

lərində də təsadüf edilir.

Azərbaycan  xalçasının  mühüm  ixrac  malına  çevrilməsi,


11

şübhəsiz  ki,  xalçaçılığın  inkişafına əlavə təkan  vermişdi;  həm

də bu zaman ixrac üçün nəzərdə tutulan xalçaların keyfiyyətinə

və bədii tərtibatına xüsusi diqqət yetirilirdi. Azərbaycan xalça-

larının  Avropaya  kütləvi  şəkildə ixrac  edilməsi  mədəniyyətdə

Avropa intibahının  başlanğıcı,  Avropada  antik  mədəniyyət  və

incəsənətə,  ümumən  qədim  bəşər  mədəniyyəti  və incəsənətinə

maraq yaranması ilə eyni vaxta düşmüşdü. Buna görə də avro-

palılar  ornamentasiyası  qədim  bədii ənənələrlə bağlı  olan  xal-

çalara xüsusi maraq göstərirdilər.

Azərbaycan  xalçalarının  yüksək  populyarlığı,  şübhəsiz,

onların estetikası, güclü emosional təsir doğurmaq qabiliyyəti ilə

bağlı idi. Bu, İstambuldakı “Türk və islam əsərləri” muzeyində

saxlanan XIII əsr Azərbaycan xalçalarında müşahidə edilir.

Azərbaycan  xalçasının  yüksək  estetikası  nəinki  təkcə

Avropa  rəssamları  tərəfindən,  onlardan əvvəl  Azərbaycanın

miniatürçü  rəssamları  tərəfindən  də qiymətləndirilmişdi  və

Azərbaycan xalçalarının təsvirlərinə XIII-XIV əsrlərə aid Təb-

riz miniatürlərində rast gəlinir. Miniatür rəssamlığı o cəhətdən

də maraq  doğurur  ki,  burada  dəqiq  tarix  göstərilir  və bu  da

həmin  miniatürlərdə təsvir  edilən,  XIII-XIV əsrlərdə mövcud

olmuş və zəmanəmizədək saxlanmamış xalçaları təhlil etməyə

imkan  verir.  Bu  miniatürlər  xalça  ornamentinin,  kompozisiya

üslubunun inkişafını göstərir, Azərbaycan xalçaçılıq sənətində

varisliyi  nümayiş  etdirir.  Buradan  görünür ki,  miniatürlərdə

əks etdirilmiş ornamentlər, kompozisiya prinsipləri, rəng həlli

bu gün də Şirvan, Qarabağ, Quba və Təbriz xalçalarının bir ço-

xunun əsasını  təşkil  edir.  Miniatür  rəssamlığı  eyni  zamanda

göstərir ki, xalçaçılıq sənəti artıq o dövrdə qədim ənənələri qo-

ruyub  saxlamaqla  yanaşı,  islam  mədəniyyətinin  formalaşması

və inkişafı ilə əlaqədar olaraq Azərbaycan incəsənətində mey-

dana  çıxan  bütün  yeni  təzahürləri  də əks  etdirirdi. Əgər  avro-

palıları  Azərbaycan  xalçalarının  qədim, islamaqədərki  orna-

ment motivləri daha çox maraqlandırır və nəticə etibarilə Av-

ropa  rəssamlarının  tablolarına  məhz  o  cür  ornamentli  xalçalar


12

düşürdüsə,  miniatür  rəssamlığı  çox  zaman  yeni  ornamental

motivlərə malik xalçaları əks etdirir. Bu, yeni və ənənəvi əsas-

ların  ahəngdar  şəkildə uzlaşdırıldığı  Azərbaycan  xalçasının

daim inkişafda olduğunu göstərir.

XIII-XIV əsrlərin  miniatür  rəssamlığı  Azərbaycan  incə-

sənətinə türk-uyğurlar  tərəfindən  gətirilmiş əjdaha,  bulud  təs-

virləri,  Çin-uyğur  mifologiyasının  fantastik  obrazları  kimi

Uzaq  Şərq  incəsənəti  elementlərini  də əks  etdirir.  Həmin  ele-

mentlərin bir çoxu sonralar Azərbaycan incəsənətinə, o cümlə-

dən də xalçaçılığa daxil olur və yerli ənənələr ruhunda yaradı-

cılıqla yenidən işlənilir.

Azərbaycan xalçaçılığının və bütünlükdə dekorativ tətbi-

qi incəsənətinin klassik və ya “qızıl dövrü” XV-XVI əsrlər he-

sab  olunur.  Xalçaçılıq  sənətinə çox  böyük  təsir  göstərmiş

Təbriz  miniatür  rəssamlığı  həmin  dövrdə ən  yüksək  çiçəklən-

mə mərhələsinə çatır.

Təbrizdə o zamanlar üçün çox böyük saray emalatxana-

ları fəaliyyət göstərirdi; burada xalça ustaları ilə sıx əlaqəli şə-

kildə peşəkar miniatürçü rəssamlar da çalışır, mürəkkəb kom-

pozisiyalı  xalçalar  üçün  eskizlər  hazırlayırdılar. Bu  bir  daha

təsdiq edir ki, Azərbaycanda məişət də, yüksək sənət də bütün

dövrlərdə daim xalça ilə bağlı olmuşdur. Təsadüfi deyil ki, hə-

min dövr xalça sənətinin bizə gəlib çatmış üç min nümunəsinin

azı 200-ü şedevr hesab olunur. Bu, yalnız dövlətin iştirakı ilə,

yüksək  peşəkarlıq  səviyyəsinə malik  geniş  istehsal  şəraitində

mümkün ola bilərdi. XVI əsrdə Azərbaycan Səfəvilər dövləti-

nin  hökmdarları  xalça  ixracının  xəzinə üçün  mühüm  gəlir

mənbəyi  olduğunu  dərhal  qiymətləndirdilər. Əhali  vergiləri

yüksək bədii səviyyəli xalçalarla ödəməyə başladı, dünyada ən

zəngin monarx sayılan və deyildiyinə görə özü xalça toxumağı

xoşlayan  I  Şah  Abbas  isə (XVI əsrin  sonları - XVII əsrin əv-

vəlləri) əmr etmişdi ki, bir çox mərkəzlərdə təsdiq olunmuş es-

kizlər  və kompozisiyalar  üzrə xalçalar  toxunan  dövlət  xalça

emalatxanaları yaradılsın.


13

Əyalət mərkəzlərində bu cür yüksək keyfiyyətli xalçalar

istehsalını  yalnız  ciddi  nəzarət  şəraitində təmin  etmək  olardı.

Həmin dövrdə Azərbaycan xalçaçılığında məhsulun əmtəəlilik

dərəcəsi daim yüksəlirdi. Sifarişlə (bazar üçün) işləyən emalat-

xanalarda  dəb  və bazar  tələblərinə uyğun  xalçalar  toxunur,

şəxsi  istifadə və yaxud  yerli  regional  bazar  üçün  məmulat  is-

tehsal edən, mərkəzi ticarət magistrallarından ucqarlarda yerlə-

şən xalçaçılıq məskənlərində isə dekor, rəngseçmə və i.a. ənə-

nəvi elementlər saxlanılırdı.

İran  dövlətinin  parçalanması  nəticəsində Azərbaycanda

müstəqil xanlıqların  yarandığı dövrdə - XVIII əsrdə də xalça-

çılıq  mərkəzləri əslində dəyişməz  qalır.  Yerli  hökmdarlar –

xanlar bütün xarici ticarəti, o cümlədən xarici bazarda xalı-xal-

ça  ticarətini  də tezliklə inhisara  alırlar.  XX əsrin əvvəllərində

diyarın  qocaman  xalçaçılarından  məlumat  toplamış  olan

M.D.İsayevin qeyd etdiyi kimi, Qarabağ xanları öz iqamətgah-

larında ən yaxşı nümunələr əsasında xalça istehsalını təşkil et-

məyə cəhd göstərirdilər. Bu məqsədlə çox vaxt digər xanlıqlar-

dan,  hətta  İrandan  (Cənubi  Azərbaycandan)  mütəxəssislər –

ustalar gətirilirdi və onlar yerli xalçaçılara həmin kompozisiya

və xalça süjetlərini öyrədirdilər.

Azərbaycanın  bir  çox  yerlərində XIX əsrin əvvəllərində

də yerli ustaların “xançeşni” adlandırdıqları xalça rəsmləri və

eskizləri  saxlanılırdı.  Şübhəsiz  ki,  bazar  üçün  xalça  istehsalı

XIX əsrdə də mövcud  olmuş  və çox  geniş  yayılmışdı,  bunu

manufaktura tipli xalça emalatxanalarının, karxanaların fəaliy-

yəti təsdiq edir. Misal üçün, Moskva şəhərindəki Dövlət Tarix

muzeyində Bakı yaxınlığındakı Xilə kəndində toxunmuş xalça

vardır,  onun  üzərində toxunduğu  yer  və tarix  göstərilir –

“1801. Karxane Xilə”.

XIX əsrin  ortalarından  etibarən  Azərbaycan  xalçaları

daim  müxtəlif  beynəlxalq  sərgilərdə nümayiş  etdirilir.  Onlar

ilk  dəfə 1852-ci  ildə Moskvada  Ümumrusiya  kənd  təsərrüfatı

və kənd sənayesi sərgisində, sonra isə 1872-ci ildə Moskvada


14

politexnik sərgidə nümayiş etdirilmişdir. 1882-ci ildə Moskva-

da  Ümumrusiya  sənaye  və incəsənət  sərgisində,  1889-cu  ildə

Tiflisdə Qafqaz Kənd  Təsərrüfatı və Sənaye  Məmulatları sər-

gisində Azərbaycan  xalçaları  böyük  müvəffəqiyyət  qazanmış-

dı. Çar Rusiyasında Azərbaycan xalçaları sonuncu dəfə 1912-

1913-cü illərdə Peterburqda keçirilən ikinci Ümumrusiya kus-

tar sərgisində nümayiş etdirilmişdi.

XIX əsrin  sonları - XX əsrin əvvəllərində Avropada

Azərbaycan  xalçalarının  nümayiş  etdirildiyi  beynəlxalq  sərgi-

lərdən 1872-ci ildə İtaliyada, 1911- ci ildə Berlində və 1913-cü

ildə Londonda keçirilmiş sərgiləri qeyd etmək olar.

Şərq,  o  cümlədən  Azərbaycan  xalçalarına  artan  maraq

bunların  ciddi  elmi  tədqiqi  və sistemləşdirilməsi  zərurətini

şərtləndirdi.  Bu  məsələdə birincilik  Qərbi  Avropa  alimlərinə

məxsusdur.  İlk əcnəbi  tədqiqatçıların  xidməti  o  idi  ki,  Azər-

baycan  xalçalarına  ümumi  marağı  məhz,  onlar  oyatmış,  ecaz-

kar  xalça  aləmini,  onun  estetikasını  və mürəkkəb  fəlsəfəsini

Avropaya məhz onlar açıb göstərmişlər.

Xarici tədqiqatçıların daha bir şəksiz xidməti ondan iba-

rətdir  ki,  Azərbaycanın əsas  xalçaçılıq  zonalarını (Təbriz, Ər-

dəbil,  Gəncə,  Qazax,  Quba,  Şirvan,  Bakı)  birinci  olaraq  onlar

fərqləndirmiş və bu bölgü Azərbaycan xalçaları növlərinin təs-

nifatının əsasını təşkil etmişdir.

Bir  çox  Qərbi  Avropa  xalçaçıları  XIII əsrdən  indiyədək

Azərbaycan  xalçaçılıq  sənətinin  dəyərli  nümunələrini  şəxsi

kolleksiyalarda  aşkara  çıxarıb  geniş  ictimaiyyətin  diqqətinə

çatdırmışlar.

Xarici alimlərin əsərləri arasında A.Rieqlin, R.Neuqeba-

uer  və A.Orendlin  R.Neyqebauer  və S.Trolun,    A.Dileyin,

V.Bodenin,    A.Poupun,    F.Kelli  və M.Centlesin,    Q.Lyuisin,

K.Erdmanın tədqiqatlarını qeyd etmək olar.

Adları çəkilən əsərlər arasında Artur Poupun fundamen-

tal  tədqiqatı  öz əhəmiyyətinə görə xüsusi  yer  tutur.  Səfəvilər

dövrünə aid yüksək bədii səviyyəli onlarca xalçanı tədqiq edən


15

müəllif  müəyyənləşdirmişdir  ki,  XVI-XVII əsrlərdə belə xal-

çaların  istehsal  mərkəzi  Cənubi  Azərbaycan  olmuş  və həmin

dövrün xalçaçılıq sənəti, mərkəzi Təbriz olan miniatür rəssam-

lığının güclü təsirinə məruz qalmışdı. Bu iki məktəbin – xalça-

çılıq və miniatür məktəblərinin nümayəndələri birbirinə qarşı-

lıqlı  təsir  göstərərək  və bir-birini  tamamlayaraq,  xalça  orna-

mentasiyası sənətini mükəmməlləşdirmişdilər.

M.Ropers,  C.Melhover,  U.Şurman,  M.Bexazin,    F.Let-

tenmayer,    Q.Ruedin, K.Larsen,  C.Mey, M.Ağa-oğlu,  Ç.Ellis,

R.Rayt, T.Sabahi və b. kimi müasir xarici tədqiqatçıların əsər-

ləri də böyük maraq doğurur.

Müxtəlif  kataloqlarda,  soraq-məlumat  kitabçalarında,

sərgilər üçün annotasiyalarda və illüstrasiyalı populyar jurnal-

larda Azərbaycan  xalçalarına tez-tez rast gəlmək olar.

Misal üçün, bunlardan Tekstil Muzeyindəki “Erkən Qaf-

qaz xalçaları” (1975) sərgisinin kataloqunu xüsusi qeyd etmək

olar. Bu kataloq, əsasən yüzlərlə erkən Qafqaz xalçalarını diq-

qətlə öyrənmiş  və bunların  Azərbaycan  (Şirvan,  Quba,  Qara-

bağ)  mənşəli  olması  barədə əsaslandırılmış  qənaətə gəlmiş

Qrand Çarlz Ellis tərəfindən tərtib edilmişdir.

Həmçinin  qeyd  etmək  lazımdır  ki,  XIX əsrin  sonları -

XX əsrin əvvəllərində fəaliyyət  göstərmiş  rus  tədqiqatçıları

yerli  şəraitin  spesifikasından  yaxşı  xəbərdar  idilər,  bu

səbəbdən də onların məlumatları xüsusi elmi dəyərə malikdir.

Rus  alimlərinin  tədqiqatları  arasında  xalça  toxuculuğu-

nun qoyun yetişdirmək və yun ip əldə etməkdən tutmuş boya-

ma  prosesinə,  toxuculuq  texnikasına,  ornamentlərə və i.a.  qə-

dər bir çox məsələlərini müfəssəl şəkildə öyrənmiş olan K.Xa-

tisovun əsərlərini qeyd etmək lazımdır. O göstərir ki, “Zaqaf-

qaziyada  Azərbaycanın  Quba  xalçaları  daha  yüksək  qiymət-

ləndirilir”. Azərbaycan xalçalarını Orta Asiya xalçaları ilə mü-

qayisə edərkən o, rəngarənglik və rənglərin seçilməsi baxımın-

dan  sonuncuların əvvəlkilərdən  zənginliyini bildirirdi. Digər

tədqiqatçı - S.İ.Qulişambarov  tərəfindən  xalça  yununun  bo-


16

yanmasına dair qiymətli məlumatlar toplanmışdı. O, yerli usta-

ların  bitki  və heyvan  mənşəli  boyalarının  rəng  davamlılığı  və

intensivliyi  ilə seçildiyini  qeyd  edərək  yazırdı:  “Yerli  məhsul

olan  xalça  çox  zaman  öz  ilkin  parlaq  rənglərini  itirmədən  bir

neçə nəslə xidmət edir”.

Rus  tədqiqatçılarının  bir  sıra əsərlərində Azərbaycan

xalçalarının  ilkin  materiallarının ənənəvi  boyanma  üsulları -

həmin  xalçalara  boya  zənginliyi  və təkrarolunmaz  kolorit  ve-

rən  üsullar  açılıb  göstərilmişdir.  Tədqiqatçılar  Azərbaycan

əhalisinin bu məqsədlə bitki, heyvan və mineral mənşəli boya-

lardan  istifadə etdiyini  göstərirlər  (M.D.İsayev,  V.A.Petrov,

İ.P.Qrunskaya-Petrova).

Y.Zedqenidzenin  yazılarında  da  Azərbaycan  xalçaları

haqqında maraqlı məlumatlar vardır. O, Şuşa xalça və palazla-

rını tədqiq edərək göstərir ki, istehsal olunan xalça və palazla-

rın kəmiyyəti və keyfiyyətinə görə bütün Qafqazda birinci yeri

Azərbaycanın Şuşa şəhəri tutur.  O, Şuşada azərbaycanlılardan

başqa ermənilərin də yaşadıqlarını xatırladaraq göstərir ki, “ ...

Şuşada  xalça  istehsalı,  demək  olar  ki,  bütünlüklə tatar  (azər-

baycanlılar – R.T)  ailələrində təmərküzləşmişdir”.  Tədqiqatçı

bunun tarixi və sosial köklərini açıb göstərir, erməni xalçaları-

nın  nə üçün  nisbətən  aşağı  keyfiyyətli  olduğunu izah  edir.  O,

açıqca  yazır  ki,  “...  ermənilər  xalça  toxumağı  tatarlardan

öyrənməlidirlər...”

A.A.Felkerzamın  Orta  Asiya  xalçalarına

həsr  olunmuş əsərində də Azərbaycan xalçaları  mövzusuna

toxunulmuşdur.  Həmin  müəllifin  bəzi  müddəaları,  xüsusən

xalça istehsalının köçəri həyat tərzi ilə bağlılığı barədə fikirləri

bu gün də öz aktuallığını itirməmişdir. Qubaya, Şirvana, Qara-

bağa  mənsub  xalçaların  toxunma  texnikası,  ornamentləri,

rəngləri,  funksional  təyinatı  məsələləri  A.A.Millerin əsərində

öz əksini tapmışdır. Azərbaycanlıların həyatında xalçaların ro-

lundan danışarkən o qeyd edir ki, azərbaycanlılar arasında var-

dövlət göstəricisi “onun bu qədər xalçası və kilimi var” ifadəsi

ilə müəyyənləşdirilə bilər.  Azərbaycan  xalçalarının  ilk  tədqi-



17

qatçılarından  biri  də V.M.Zummer  olmuşdur.  O,  ilk  dəfə ola-

raq  xalça  istehsalının  ayrı-ayrı  lokal  mərkəzlərini  fərqləndir-

miş və səciyyələndirmişdir.

Azərbaycan  xalçalarının  ilk

tədqiqatçılarından  biri

A.S.Piralov olmuşdur. Azərbaycanın keçmiş İrəvan  xanlığının

ərazisində xalça  istehsalını  tədqiq  edən  M.V.Muçaidze  və

A.S.Piralov  qeyd  edirdilər  ki,  burada  bu  peşə ilə əsasən  mal-

darlar məşğul olurlar. XX əsrin ortalarına aid Azərbaycan xal-

çaları  haqqında  məlumat  verən  nəşrlər  arasında  S.Tülyayevin

əsərini,  N.İ.Sobolevin  redaktorluğu  ilə çap  olunmuş  “Xalça

istehsalı” toplusundakı məqalələri qeyd etmək olar. Zaqafqazi-

ya xalçalarına həsr olunmuş əsərlərdən M.D.İsayevin tədqiqa-

tını  xüsusilə qeyd  etmək  lazımdır.  Müəllif  göstərir  ki,  Zaqaf-

qaziya xalçaçılarının əksər hissəsini məhz türk xalqlarının nü-

mayəndələri təşkil edirlər. O, Azərbaycanda xalçaçılığın inki-

şafını tarixi, təbii-iqlim, təsərrüfat və sosial amillər kontekstin-

də nəzərdən keçirir. Azərbaycan xalçalarının Avropa və Ame-

rika  ölkələrində şöhrət  qazanmasını  onların  yüksək  bədii  mə-

ziyyətləri ilə izah edir. Zaqafqaziya xalçalarının lokal mərkəz-

lər  üzrə səciyyəsini  də ilk  dəfə o  vermiş  və bunların  yayılma

arallarını  (Quba,  Şamaxı,  Gəncə,  Qazax,  Qarabağ,  Dağıstan,

İrəvan) müəyyən etmişdir. M.D.İsayev Dağıstan xalçalarından

bəhs  edərkən  yerli  xalçaçıların  “Gəbə,  yarımgəbə,  xalça,

sumax” və s.  kimi  Azərbaycan  sözləri  işlətdiklərini  bildirir.

M.Muçaidze qeyd edir ki, Ermənistanda xalçaçılıqla Azərbay-

can xalçalarına (palaz, zili) tam oxşar xalçalar toxuyan kürdlər

məşğul  olurlar.  Qazaxla  qonşuluqda  yerləşən  Ermənistan  ra-

yonlarında  (İcevan,  Bambak)  “Qazax” tipli  xalçalar  toxunur-

du.  Bunlardan  “Qara-qoyunlu” xalçalarını  qeyd  etmək  lazım-

dır. M.D.İsayevin, habelə digər görkəmli rus alimlərinin əsər-

lərində belə bir  fikir  üstünlük  təşkil  edir  ki,  Qafqazda  qədim

zamanlardan bəri xalçaçılıq, əsasən Azərbaycan ərazisində və

azərbaycanlılar  arasında  inkişaf  etmişdir.  Bu  da  səciyyəvidir

ki,  Ermənistanda  və Gürcüstanda  da  xalça  istehsalı  azərbay-



18

canlıların böyük qruplarla yığcam yaşadıqları rayonlarda mər-

kəzləşmişdir.  Müəlliflər  bu  nəticələri  sübut-dəlillərlə,  azər-

baycanlı əhalinin məşğuliyyəti və həyat tərzi (köçəri mal-dar-

lıq, qoyunçuluq),  yəni xammal bazasının, müvafiq təbii şərai-

tin və sabit məişət ənənələrinin mövcudluğu ilə əlaqələndirir-

lər. Məsələn, B.P.Denike qeyd edir ki, Qafqaz xalçalarının ək-

səriyyəti, onların naxışları və bədii ənənələri öz kökləri ilə kö-

çəri türk tayfalarının sənəti ilə bağlıdır.

XIX əsrin sonları - XX əsrin əvvəllərinə aid Azərbaycan

xalçalarının əksəriyyəti, şübhəsiz ki, Azərbaycan (türk) əhalisi

tərəfindən toxunulmuşdur. Bunu nəinki yalnız həmin dövr Za-

qafqaziya  xalçalarının, əksər  tədqiqatçıları  açıqca  bildirir,

bunu  həm  də Rusiya  imperiyası əhalisinin  quberniyalar  və

qəzalar üzrə 1897-ci ildə keçirilmiş siyahıyaalma nəticələri də

təsdiq edir. Belə ki, Bakı, İrəvan və Yelizavetpol quberniyala-

rında, şəhərlər nəzərə alınmadan qəzalarda (xalça istehsalı əsa-

sən kənd yerlərində təmərküzləşmişdi) əhalinin əksər hissəsini

(Bakı quberniyasında 54 %-ni, İrəvan quberniyasında 76 %-ni,

Yelizavtpol  quberniyasında  82  %-ni)  azərbaycanlılar  təşkil

edirdilər.

F.V.Qogelin əsərində də Azərbaycan xalçaları haqqında

maraqlı məlumatlar vardır. O, XVII-XVIII əsrlərə aid “ov” və

“heyvan” ornamentli  məşhur  xalçaların  bir  qrupunu  tədqiq

edərək belə qənaətə gəlmişdir ki, bunlar Azərbaycanda istehsal

olunmuşdur. Tədqiqatçının fikrincə I Pyotr özünün Xəzəryanı

yürüşü  zamanı  məhz  belə bir  xalça əldə etmiş  və sonra  onu

Avstriya  imperatoruna  bağışlamışdır.  E.K.Kverfeldtin

əsəri

Səfəvilər dövrü Azərbaycan xalçalarına həsr edilmişdir.



Dekorativ-tətbiqi sənətin digər növləri ilə sıx bağlı olan

xalçaçılığı  tədqiq  etmək  üçün  B.P.Deniki,  L.S.Bretanitskinin

Azərbaycan incəsənətinə dair bir sıra əsərləri də mənbəşünas-

lıq əhəmiyyəti kəsb edir. Həmin müəlliflərin əsərlərində Azər-

baycan xalqının incəsənətinin ümumi bədii inkişafı sistemində

xalçanın yeri izlənilir.



19

Azərbaycan xalçası uzun illərdən bəridir ki, Azərbaycan

alimlərinin  də hərtərəfli  tədqiqat  obyektidir.  Respublikada  bu

işin  pioneri  görkəmli  xalçaşünas,  alim  Lətif  Kərimov  olmuş-

dur.  Onun  “Azərbaycan  xalçası” adlı  üçcildliyi  Azərbaycan

xalçasının əsl ensiklopediyasıdır.

Lətif Kərimov Azərbaycan xalçaçılığının arealını cənuba

və şimala bölmədən bütövlükdə Azərbaycan xalçasının inkişaf

genezisini izləyərək, ilk dəfə olaraq xalça növlərinin dəqiq təs-

nifatını vermiş, sırf Azərbaycan xalçalarını  İran,  Qafqaz və s.

xalçalarından  fərqləndirmişdir.  Çoxlu  faktiki  materialı  öyrən-

mək əsasında o belə bir əsaslandırılmış nəticəyə gəlmişdir ki,

“...Azərbaycan həmişə Qafqaz xalçaçılığı üçün məktəb olmuş-

dur”. “Qafqaz” xalçaları kimi şöhrət qazanmış xalça kompozi-

siyalarının  90%-ni  Azərbaycan  ustalarının  kompozisiyaları

təşkil edir”.

Lətif Kərimov xalça istehsalı texnikası ilə bağlı olan bir

çox  sözlər  (əriş,  arğac,  xalı,  xalça,  kilim,  məfrəş,  palaz  və s.)

toplayıb sistemləşdirmiş və onların türk mənşəli aşkar edilmiş-

dir. “Carpet” sözünün  genezisi  də təhlil  olunmuşdur  (karvud,

karpud, karped ... ).  Göstərilmişdir ki, bütün bu terminlərdən

bütövlükdə türkdilli xalqlar tərəfindən xalça istehsalında geniş

istifadə edilir.

A.Y.Qazıyevin əsərləri öz elmi yeniliyi, Azərbaycan xal-

çalarının kompozisiya, rəng, dekor məsələlərinin orijinal həlli

baxımından  fərqlənir.  Bu əsərlər  Azərbaycan  xalçasının  bir

çox  tədqiqatçıları  üçün  nəzəri əsas  olmuşdur.    Azərbaycanda,

xüsusən XX əsrin ortalarında xalçaçılıq işinin ənənələri və in-

kişafı  ilə bağlı  bir  sıra  məsələlər  Azərbaycan  xalçaçılıq  sənə-

tində qədim  zamanlardan  bizim  günlərədək  varisliyi  izləmiş

olan N.Abdullayeva tərəfindən öyrənilmişdir.

Bütövlükdə Azərbaycan dekorativ-tətbiqi sənətinin öyrə-

nilməsində,  o  cümlədən  xalça  istehsalının  tədqiqi  sahəsində

R.Əfəndiyevin böyük əməyi olmuşdur. Özünün  çoxsaylı əsər-

lərində o, əsas etibarilə VII-XIX əsrlərdə Azərbaycan xalçaçı-


20

lıq  sənətinin  inkişafını,  digər  dekortiv-tətbiqi  sənət  növləri  ilə

genetik  bağlılığını,  varisliyini  izləmişdir.  Misal  üçün,  onun

Londondakı  Viktoriya  və Albert  Muzeyində

və Avropanın

digər  muzeylərində

saxlanılan  dekorativ-tətbiqi  sənət

məmulatlarına, o cümlədən xalçalara həsr olunmuş məqalələri

maraqlıdır.  R.Əfəndiyev  Azərbaycan  xalçalarının  ornament

motivlərinin tədqiqinə də xüsusi əsər həsr etmişdir.

R.Tağıyevanın əsərlərində öz  kökləri  ilə qayaüstü

təsvirlərdəki  (Qobustan, ə.  VIII-III  minillik)  qədim  ovçuluq

motivlərinə,  qədim  ovçu  tayfalarının  və ilk əkinçilərin  dini-

mövhumi  təsəvvürlərinə bağlanan  məişət  reallıqlarının  Azər-

baycan xalçalarının süjetlərində və bədii tərtibatında əks olun-

ması ətraflı təhlil edilmişdir. K. Əliyevanın tədqiqatında Azər-

baycan xovsuz xalçaların tədqiqi və təhlili verilmişdir.

Sənətşünas C.Mücirinin əsərləri Cənubi Azərbaycan xal-

ça sənətinin təhlilinə, habelə Azərbaycan xalçaçılığının texno-

loji üsullarına həsr olunmuşdur.

N.Tağıyevanın “Azərbaycan  xalçası  Amerika  sənətşü-

naslığında” əsərində Amerika  sənətşünaslarının Azərbaycan

xalçaları haqqında dəyərli məlumatlar verilmişdir.

Azərbaycan xalçasının hərtərəfli öyrənilməsi, onun məi-

şətlə,  təsərrüfat  tərzi,  ideologiya  ilə əlaqələrinin  aydınlaşdırıl-

ması üçün Azərbaycan tarixçiləri, arxeoloqları və etnoqrafları-

nın tədqiqatları mühüm əhəmiyyətə malikdir. Məsələn, H.Quli-

yevin əsərində toxuculuğun  təşəkkülü  və inkişafı  məsələləri,

yun ipin boyanmasının xalq üsulları və digər məsələlər  öyrə-

nilmişdir.

Orta əsrlər keramikası və xalçalarının ornamentasiyasın-

dakı  paralellik  V.İ.Leviatovun  məqaləsində öz əksini  tapmış-

dır. Orta əsrlərin şəhərlərində sənət-peşə istehsalatının genezisi

M.Heydərov tərəfindən tədqiq olunmuşdur. Müəllif xalça mə-

mulatının ixracatı haqqında, ixtisaslaşdırılmış (dövlət və xüsu-

si) peşə emalatxanaları barədə məlumat verir, həmin emalatxa-

naların  strukturunu,  burada əməyin  təşkili  sistemini  və digər


21

məsələləri açıqlayır. M.Heydərov göstərir ki, “kənd xalçaçıları

şah  torpaqlarından  istifadəyə görə icarə haqqını  çox  zaman

xalçalarla ödəyirdilər”. Vergilərin xalçalarla ödənilməsi sonra-

kı əsrlərdə də davam  etmişdir.  Misal  üçün,  A.Sumbatzadənin

verdiyi  məlumata  görə yerli  xanlar  XVIII əsrin  sonları XIX

əsrin əvvəllərində vergiləri  xalçalarla  alır,  sonra  həmin

xalçaları ixrac edirdilər.

S.A.Aşurbəyli  alman  səyyahı  Kempferə (XVII ə.)  və

Lerxə (XVIII ə.)  istinad  edərək  Azərbaycan  xalçalarının  Bakı

növü barədə maraqlı məlumatlar verir. A.Hüseynovun əsərində

XV-XVII əsrlərdə Azərbaycan  xalçalarının  Rusiyaya  ixrac

edilməsi barədə qiymətli məlumatlar vardır.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin