ŞƏDDƏ. Yun, pambıq və ipəkdən əyrilmiş iplərdən
toxunur, şəddənin strukturunu iki sistemli ip: əriş və arğac
ipləri təşkil edir. “Keçirtmə” texnikası ilə arğac ipləri ərişlərin
arasından təkbir - çalkeçir keçir. Əriş və arğac bərabər sıxlıqda
olur, alt və üst arğaclar doyumlu keçirilir. Nəticədə şəddə həm
əriş, həm də arğac üzlü olur. Əsasən, şəddələr bir-biri ilə
birləşdirilmiş qırmızı, yaxud da qırmızı və göy rəngli hissələr-
dən - “şaqqalardan” ibarət olurdu. Bununla yanaşı isə bir hissə-
li qırmızı şəddələr, eləcə də qırmızı, göy rəngli, şaquli zolaqlı
şəddələr də toxunurdu. Bu zolaqlar iki üsulla salınır. Şəddənin
əsas üç növü olur: birrəngli – “Şal”; damalı – “Dama-dama
şəddə” və məzmunlu “Zili şəddə” və “Dəvəli şəddələr” də to-
xunur. Məişətdə şəddədən mərasim pərdələri və örtükləri – zil-
lə şəddəsi kimi, sonralar isə qalın toxunan şəddədən döşənəcək,
divar örtüsü, nazik və zərif toxunan şəddədən isə parça kimi
qadın və kişilərin geyiminin hazırlanmasında, həmçinin də
süfrə-qabaq süfrəsi və s. kimi istifadə edilir, balaca, qırmızı
şəddələr ayaq altına salınır. Şəddənin əsas istehsal mərkəzləri
Qarabağ (Qubadlı, Cəbrayıl, Ağdam, Bərdə), Qazax, Naxçıvan,
Cənubi Azərbaycan (Ərdəbil, Meşqin, Muğan) və Göyçədir.
Şəddələr aşağıdakı adlarla adlanırdı:
33
texnikasına görə – “Qədirqə”, “Şal”, “Şəddə cecim”;
istifadəsinə görə – “Zillə şəddəsi”, “Bəy çadırı”, “Qodu
parçası”, “Şəddə kilim”;
bədii xüsusiyyətlərinə görə – “Dəvəli şəddə”, “Dama-
dama şəddə”, “Kəsməli şəddə”, “Qaraqoyunlu şəddəsi”, “Şət-
rənci”, “Zili quşlu”, “Zili şəddə” və s.
Bakıda şəddə qayıq-palaz, Qarabağda zili, Naxçıvanda
cecim, Cənubi Azərbaycanda bucaqqırağı, ocaqqırağı adlarla
tanınır. Muğanda pambıqdan toxunan palaza və balaca palaza
şəddə deyilir. “Şəddə” sözünün kökü “şətrənc”, “şadevərd” yəni
“şahmat” sözündən olduğu ehtimal edilir. Azərbaycanda yaşamış
“Şadılı” tayfaları da məlumdur. Ümumiyyətlə, Azərbaycanda indi
də Şada (Şahbuz), Şadılı (Qasım İsmayılov) adlı kəndlər vardır.
VƏRNİ. Yundan, nadir hallarda isə ipəkdən və pambıqdan
əyrilmiş iplərdən toxunur. Vərninin strukturunu üç müxtəlif
sistemli ip: əriş, arğac ipləri və əlavə “naxış ipi” təşkil edir. “Na-
xış ipi” ərişlərə “qayıq” texnikası (“sarıma dolama”) ilə üfüqi
istiqamətdə 4/2 dolanır və beləliklə, ilmələr salınır. Hər bir ilmə
çinindən sonra alt, ya üst arğac “doyumlu” keçirilir. İlmələr bütün
çinlərdə soldan sağa yanyana salınaraq paralel – birtərəfli düzülüş
yaradır və vərninin üzünü tam örtür. Nəticədə vərninin üzünü
“naxış ipi” təşkil edir. “Naxış ipləri”nin ucları arxa tərəfə
çıxarılmır arğacların arasında itir. Vərnilər iki hissədən ibarət
toxunur (sol və sağ hissələr) və sonra bir-birinə tikilir. Bu
səbəbdən Qarabağda (Ləmbəran) vərni həmyan (iki yanlı, iki
tərəfli) adlandırılır. Lənkəranda vərniyə qayıqlı kilim deyirlər.
Vərnilərdən pərdə, yük üzü, döşənəcək, örtük, həmçinin dəyə və
çadırların dekorativ bəzəyi kimi istifadə olunur. Muğanda
vərnidən döşənəcək kimi istifadə etmək üçün altına keçə tikilirdi.
Əsas istehsal mərkəzləri Qarabağ (Bərdə, Şuşa, Ağcabədi,
Cəbrayıl, Ləmbəran), Qazax, Naxçıvan və Cənubi Azərbaycandır.
Qarabağ vərninin ornamentinin əsas elementi demək olar ki,
xalçanın bütün sahəsini tutan, S və ya Z formalı stilizə olunmuş
əjdaha təsviridir. Əjdaha bolluq rəmzi kimi, eləcə də evin, ailənin,
34
qəbilənin qoruyucusu kimi tanınır. Bununla belə qədim dövrlərdə
şər qüvvələrin rəmzi də sayılmışdır. Cənubi Azərbaycanda
toxunmuş vərnilər quş və ağac təsvirləri ilə bəzədilir. Orta
əsrlərdə zərif toxunuşlu vərnilər bərnu, pərniyan, pərnu da
adlanırdı. Eyni zamanda bunlar orta əsrlərdə xüsusi toxunan ensiz
ipək parça - dibaya verilmiş adlardır. Bu parçanın bir neçə növü
mövcud idi və onlardan döşənəcək kimi istifadə olunurdu.
ZİLİ. Yundan, pambıqdan və ipəkdən əyrilmiş iplərdən to-
xunur. Zilinin toxunuş üslubu, istifadəsi, rəngi, tərtibatı toxun-
duğu yerdən asılıdır. Zilinin sabit strukturu mövcud deyil. Onun
toxunuşunda ladı, şəddə, vərni kimi xovsuz xalçaların strukturları
üçün xarakterik olan texniki prinsiplərdən istifadə olunur. Zili üç
üsulla toxunur. Birinci üsulla zili ladı kimi toxunur, yerliyi əriş və
arğac üzlü, yaxud yalnız arğac üzlü olur, əlavə “naxış ipi” iki alt
və bir üst ərişdən ladı texnikası ilə keçirdilir. İkinci üsulla zili
şəddə kimi toxunur, ərişi rəngli çəkilir, əriş və arğac üzlü olur,
yerliyini enli, rəngli şaquli zolaqlar təşkil edir və üzərinə “naxış
ipi”, “qayıq” texnikası (“sarıma dolama”) ilə arabir naxışlar
salınır. Üçüncü usulla zili vərni kimi toxunur, “naxış ipi” ərişlərə
“qayıq” texnikası (“sarıma dolama”) ilə 4/2 dolanaraq soldan sağa
toxunur və nəticədə alınan ilmələr zilinin üzünü tam örtür. Bu
zaman ilmələr gözəl və səliqəli alınır. Xüsusilə Bakıda toxunan
zilidə “naxış ipi” təkbir ərişə dolanıb “taynan” getdiyi üçün
ilmələr daha nazik və zərif olurlar. Bəzən toxumanı tezləşdirmək
üçün ikinci çin sağdan sola geri toxunur və bu zaman ilmələrin
üzü bir sırada yuxarıya, ikinci sırada
aşağıya doğru
istiqamətlənərək hörüyəbənzər toxunuş yaradır. Zilidən ibadət
xalçası, pərdə, divar örtüyü, döşənəcək kimi istifadə edilir. Zili
hazırda da, əsasən məscidlər üçün toxunan xovsuz xalçalardır.
Belə zili, adətən göy və ağ, yaxud da ağ və qırmızı rəngdə olur,
haşiyəsində Namazlıq xalçaları üçün səciyyəvi olan kufi yazıları
verilir. Zilinin əsas istehsal mərkəzləri Qarabağ, Qazax, Bakı,
Naxçıvan, Göyçə və Cənubi Azərbaycandır.
Zililər aşağıdakı adlarla adlanırdı:
35
texnikasına görə – “Qarımış fərş”,
istifadəsinə görə – “Namazlıq”;
bədii xüsusiyyətlərinə görə – “Damarlı” və “Zili quşlu”,
“Zili şəddə”, “Hacı Nağı zilisi”,
keyfiyyətinə görə – “Yoxsul palazı” və s.
Zili Bakıda qayıq-palaz, Qarabağda qayıq, ladı, şəddə, Qa-
zaxda qayıq, ladı, Tovuzda dərmə, Cənubi Azərbaycanda ladı,
vərni, zilu və s. adlarla tanınmışdır. Göyçədə isə ölçüsündən asılı
olaraq zililərə böyük xalı, gəbə və xalı deyirdilər. Ümumiyyətlə,
zili yerə salınan hər bir döşənəcəyə, hətta həsirə də deyilir. Zilinin
bəzəklərini stilizə edilmiş quş və heyvan rəsmləri, rəmzi təsvirlər,
müxtəlif formalı həndəsi və nəbati motivli ornamentlər təşkil edir.
Bununla belə zilinin əsas naxışı quş təsviridir. Göyçədə zili
şəddələr, əsasən quş təsvirləri ilə naxışlanırdı. Abşeronda (Xızı)
ziliyə “Zili quşlu” və “Güllü palaz” deyilir. Qubada vaxtilə xovlu
xalçalar “zillu” adlanan quşlarla bəzədilirdi. Zili hələ orta
əsrlərdən namaz üçün istifadə olunub və bu dövrdə namazlıq
xalçalarına zili deyilirdi. Bununla belə nax da adlandırılırdı. X
əsrdə Xoy, Bərgi, Ərcicə, Əxlate, Naxçivan, Bidlis zilinin
toxunduğu məşhur məntəqələr idi. XVI-XVIII əsrlərdə Qarabağ
(Cəbrayıl) ipək zilinin toxunduğu mərkəz idi.
SUMAX. Yundan, bəzən də ipəkdən əyrilmiş iplərdən to-
xunur. Sumaxın strukturunu üç müxtəlif sistemli ip: əriş, arğac
ipləri və əlavə naxış ipi təşkil edir. “Naxış ipi” ərişlərə “qayıq”
texnikası ilə üfüqi istiqamətdə 4/2 dolanır, beləliklə, ilmələr
yaranır. İlmələr çinlərdə sünbülvari düzülüş təşkil edir və Su-
maxın üzünü tam örtür. Nəticədə sumaxın üzünü “naxış ipi”
yaradır. İlmələr bir neçə üsulla salınır. “Qayıq” texnikasının iki
üsulundan müxtəlif variantlarda “sarıma dolama” və “halqalı do-
lama” istifadə edərək müxtəlif formalı ilmə düzülüşü yaradır.
Belə ki, bəzən, bütün çinlərdə ilmələr soldan sağa “sarıma do-
lama”, yaxud da “halqalı dolama” üsulu ilə, bəzən isə bir çin sol-
dan sağa “sarıma dolama”, digər çin isə sağdan sola “halqalı do-
lama” üsulu ilə toxunur. İlmələrin üzü bir sırada yuxarıya, ikinci
36
sırada aşağıya doğru meyllənir və nəticədə buğda dənələrinin
sünbüldə düzülüşünü, yaxud saç hörüyünü xatırladan düzülüş
yaranır. Hər bir ilmə çinindən sonra bir alt, bir üst arğac doyumlu
keçirilir. Bəzi sumaxlar arğacsız toxunur, ərişlərin arasından arğac
ipi keçmir, “naxış ipi” ərişlərə “sarıma dolama” üsulu ilə şaquli və
üfüqi dolanaraq naxış əmələ gətirir. Sumaxdan məişətdə
döşənəcək, divar örtüyü, balaca ölçülülərdən - sumaxçalardan isə
ibadət xalçası - namazlıq kimi istifadə edilir. İlk əsas istehsal
mərkəzi Şirvan (Şamaxı) olmuş, həmçinin də Cənubi Azərbaycan
(Əhər, Mərənd, Urmiya), Qarabağ (Cəbrayıl, Laçın) və
Naxçıvanda toxunmuşdur. Sonralar Sumaxın istehsal mərkəzi
Qubaya keçmiş və XIX əsrdə artıq məşhurlaşaraq Azərbaycanın
digər bölgələrində
də
geniş yayılmışdır.
Sumaxın bədii
tərtibatında Şirvan, Quba, Qarabağ, Gəncə xovlu xalçalarının
kompozisiyalarından istifadə edilir.
Sumaxlar aşağıdakı adlarla adlanırdı:
texnikasına görə – “Qarımış fərş”;
ölçüsünə görə – “Sumaxça”, “Sumax palaz”, “Göllü pa-
laz” və s.
Sumaxın yerliyi, əsasən sumağı rəngdə olur və yerliyinin
sumağı rənginə görə bəzi kilimlərə sumaxı kilim deyilir. Tədqi-
qatçılar “sumax” sözünü Şamaxı şəhərinin adı ilə əlaqələndirir,
bəzi mənbələrdə isə maldar tayfalar olan “Kimak”ların adı ilə
bağlayırlar. Orta əsr ərəb tarixçisi əl-İstəxri “Kimak”ları türk tay-
falarına aid edirdi. Xarici tədqiqatlarda sumax xalçasının adı to-
xunduğu qayıq texnikasına verilmişdir, yəni “sumax texnikası”
termini işlədilir. Halbuki yerli xalça ustaları bu günədək bu
texnikaya yalnız “qayıq” deyirlər.
Xovlu xalçalar müxtəlıf görünüşlü döşəmə və divar xalça-
ları – xalı, xalça, gəbə, dəst-xəli-gəbə, puştu, namazlıq və müxtəlıf
təyinatlı – pərdə, taxt üstü xalçalarını da qeyd etmək olar.
Xalı – uzunluğu – 3, eni – 2 metrə çatan böyük xalça.
Xalça – orta ölçülü xovlu xalça, uzunluğu, adətən,
2-
2,5m, eni -1-1,5m.
37
Gəbə – böyük ölçülü, ensiz xovlu xalça. Adətən gəbənin
uzunluğu 2,5 – 3,5 m, eni 1,5 dən-2,5 m.
Dəst-Xəli-Gəbə – özünəməxsus dəst-xalça, böyük evlərin
döşəmələri üçün nəzərdə tutulub. Bu dəst üç, dörd və beş hissədən
ibarət olur: Mərkəzi hissədəki xalça “Xalı”, kənardakılar
“Kənarələr” və ya “Yan”, baş hissədəki, “Başlıq”, aşağı hissədəki
isə “Ayaqaltı” adlanırdı. Bu xalçaların uzunluğu - 4,5m-dən 6 -7
m. çatırdı.
PUŞTU – ölçüsünə görə kiçik olan, əsasən xovlu xalçadır.
60x32 sm-dən 103x64 sm. Azərbaycanın bütün xalçaçılıq mər-
kəzlərində istehsal olunurdu. Bu xalçaları divarın yarı hissəsinə
kimi soyuqdan və rütubətdən qorunmaq üçün asardılar.
NAMAZLIQ – kiçik ölçüdə, 80x130 sm-dən, 100x50 sm-
dək olurdu və dini ayinlərin keçirilməsi üçün istifadə edilirdi. Bu
xalçaların kompozisiyası XVI əsrdə Təbrizdə yaranıb, sonradan
bütün müsəlman dünyasında geniş yayılıb. Adətən, bu xalçalar
üzərində bir nəfərin oturub dua etməsi üçün nəzərdə tutulub. Çox
vaxt iki, üç və daha artıq insanı nəzərə alıb, bir az böyük
namazlıqlar da toxunulardı. Bu xalçalar bəzən “saf”, “səccadə”
adlanardı.
Azərbaycanın bütün ərazisində, əhalinin məişətində ənənəvi
olaraq, xovlu və xovsuz xalça məmulatları – məfrəş (yataq dəsti
üçün xalçadan hazırlanmış əşya), xurcun, heybə, qaşlıq (müxtəlif
ölçülü aşırmalı çanta), örkən (çadırları əhatələmək üçün ensiz
məmulat) qaşıqqabı, çömçədan, yəhər üzü, cuval, duzqabı, xaral,
ləmiqabağı, corablar əsas yer tuturdu. Xalça ustaları xalçaçılığın
ənənəvi prinsiplərinə əsaslanaraq, bu əşyaların məqsədini təyin
edərək, özünəməxsus kompozisiyalar yaradaraq, məmulatların
formalarını aşkar edirdilər.
Azərbaycan xalçalarının yüksək bədii keyfiyyəti onları qiy-
mətli muzey eksponatlarına çevirirdi. Bu gün dünyanın əsas mu-
zeylərində və bir çox şəxsi kolleksiyalarda yüzlərlə unikal Azər-
baycan xalçası saxlanılır. Onlardan bəzilərini xüsusi qeyd etmək
lazımdır. Misal üçün, Qazaxa aid (XV əsr) əjdahanın simurqla
38
döyüş süjetini əks etdirən unikal xalça Berlin muzeyinin Şərq
şöbəsində saxlanılır. Ağacın sağ və sol tərəflərinə qonmuş iki quş
kompozisiyalı Qazaxa aid bir ayrı XV əsr Azərbaycan xalçası
Stokholm muzeyində saxlanılır. Ornamentlərinə görə xalq
arasında “Quşlu” xalça adlandırılan bu növ xalçalar Qazaxda indi
də istehsal olunmaqdadır. XVI-XIX əsr Azərbaycan xalçalarının
böyük bir qrupu Londondakı Viktoriya və Albert muzeyindədir.
Onların arasında Təbriz, Quba, Gəncə, Qarabağ, Şirvan və Bakı
mərkəzlərinə aid xalçalar vardır. Nyu-Yorkun Metropoliten
muzeyinin, İstanbulda “Türk və İslam əsərləri” muzeyinin
kolleksiyaları arasında, Moskvada Şərq Xalqları Dövlət İncəsənət
muzeyində, Budapeşt muzeylərində, Filadelfiyadakı İncəsənət
muzeyində, Münxen muzeyində, Paris muzeyində, Vyanadakı
Tekstil muzeyində və dünyanın bir çox digər muzeylərində də
Azərbaycan xalçaları nümayiş olunur.
Bakıdakı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Döv-
lət Muzeyi Azərbaycanın bir neçə min xalça və xalça məmu-
latından ibarət dünyada ən böyük kolleksiyaya malikdir.
Azərbaycan xalça sənəti bu gün öz inkişafının yeni mərhə-
ləsinə qədəm qoymuşdur. Azərbaycan xalqı öz ənənələrini və
mədəniyyətini misilsiz xəzinə kimi əziz tutmuş və qayğı ilə qoru-
yub saxlamışdır. Bu xəzinə də dünya sivilizasiyasının mənəvi-
mədəni sərvətlərinə samballı töhfə vermiş Azərbaycan xalçaçılıq
sənəti beynəlxalq səviyyədə dəyərləndirilərək YUNESKO-nun
“Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrsinin Reprezentativ
Siyahısı”na daxil edilmişdir. Azərbaycan xalça sənətinin də qeyd
olunan siyahıda yer alması bu sənətin qorunması və beynəlxalq
miqyasda tanıtdırılması istiqamətində çox mühüm hadisədir.
Röya Tağıyeva,
sənətşünaslıq doktoru,
professor
39
GÖRKƏMLI ŞƏXSİYYƏTLƏR
AZƏRBAYCAN XALÇALARI HAQQINDA
Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və
bugünüdür.
***
Bizim borcumuz, gələcək nəsillərin borcu tarixi keçmişi-
mizə, ənənələrimizə, milli nailiyyətlərimizə hörmət etməkdən,
onları qoruyub saxlamaqdan ibarətdir.
Heydər Əliyev,
Azərbaycanın ümummilli lideri
Xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir hissəsi-
dir. Xalçaçılıq xalq sənətidir. Xalçaçılıq sənəti hər bir azərbay-
canlı üçün çox doğma, əziz sənətdir və hər bir azərbaycanlı öz
həyatını xalçasız təsəvvür edə bilmir! Qədim dövrlərdən xalça-
çılıq sənəti Azərbaycanda yaşayır və inkişaf edir. Azərbaycan-
da birinci xalçalar eramızdan əvvəl toxunmuşdur. Azərbaycan
xalçası öz gözəlliyi, keyfiyyəti ilə həmişə seçilmişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Xalçalar hər bir azərbaycanlı üçün həyatın ayrılmaz
hissəsidir. Zənnimcə, qədim xalçalar muzeylərdə olmalıdır.
Mehriban Əliyeva,
Heydər Əliyev Fondunun prezidenti,
YUNESCO və İSESCO-nun xoşməramlı səfiri
40
Dünyada Qafqaz adı ilə şöhrətlənən xalça və xalça mə-
mulatı, xüsusilə xovsuz xalçaların 90%-ni Azərbaycan xalçala-
rı təşkil edir.
Lətif Kərimov,
xalçaşünas alim
İstər Qafqazda, istər Yaxın və Uzaq Şərqdə, istərsə də
dünyanın başqa ölkələrində Türk soylu xalçaların tayı-bərabəri
yoxdu. İlk xalçanı da toxuyan türklər olub.
Kamil Əliyev,
xalçaçı rəssam
Demək olar ki, bütün xalçalar azərbaycanlı ailələrində
istehsal olunur. Ermənilər xalça toxumağı azərbaycanlılardan
öyrənməlidir (1886- cı il. Şuşa).
Zergenidze,
gürcü tədqiqatçısı
Qarabağ xalçaları misli-bərabəri olmayan əl işləridir.
Əl-Müqəddəsi,
X əsr ərəb tarixçisi
Təbriz xalçası nə köşkdə qalar, nə də müştərinin evində
iltifatdan kənarda olar.
Təbrizlilərin ən məşhur deyimi
Qədim Azərbaycan xalçasının bir parçası tərəziyə qoyul-
sa, o, bütün italyan intibahından ağır gələcək.
Naməlum romalı alim
41
Azərbaycanın müasir ustalarının toxuduqları xalçalar
rənglərinin əlvanlığı, xovlarının zərifliyi, ipliyinin sıxlığı ilə
diqqəti cəlb edir.
Ursel Erve,
fransız sənətşünası
Müəllifin 1969-cu ildə tərtib etdiyi “Dünyanın xalça
xəritəsində” Cəbrayıl rayonu dünyada ən gözəl xalça toxuyan
mərkəzlərdən biri kimi verilmişdir.
Günter Lettenmayer,
alman şərqşünası
Azərbaycan ərazisində yaşayanların palaz və xalça sənəti
haqqında qeydləri vardır. Assur və Parfan abidələrində də bunu
təsdiq edən izlər tapılmışdır.
“Sui” adlı Çin salnaməçisi
Qafqazda çoxlu müxtəlif tayfalar yaşayır, onların əksəriy-
yəti yabanı ağac meyvələri ilə qidalanır. Bu ölkədə, necə de-
yərlər, qəribə yarpaqlı ağaclar var. Bu yarpaqları əzib su ilə
qataraq boya düzəldir, sonra bu boya ilə öz geyimlərinə naxış
salırlar. Bu naxışlar yuyulmaqla getmir, yalnız yun parça dağı-
landa onunla birlikdə dağılır.
Herodot,
Antik yunan tarixçisi
VII əsrin I yarısında (hicri 2-ci, miladi 642-ci ildə) Azər-
baycanın şimal-şərqində yüksək çeşidli əla növlü xalçalar
istehsal olunur.
Əbu Cəfər Təbəri,
ərəb tarixçisi
42
Azərbaycan xalça istehsalının ən böyük mərkəzidir.
Huan Tesank,
VII əsrdə yaşamış məşhur Çin səyyahı
Müəllif “Aqvan tarixi” əsərində yazır ki, Azərbaycanın
şimal hissəsində ipək parçalar və müxtəlif rəngli parlaq xalça-
lar hazırlanırdı.
Musa Kalankatlı,
VII əsrdə yaşamış məşhur salnaməçi
Muğan öz çuval və palazları ilə, Naxçıvan, Xoy, Salmas
öz zili xalçaları ilə, Ərdəbil və Şirvan öz ipək və yun məmulat-
ları ilə şöhrətlənir.
“Hüludil-aləm” adlı əsərdə (982- ci il)
Azərbaycanda öz peşəsinin ustası olan çoxlu sənətkarlar
var, onların hazırladıqları parça, xalı və silah bütün dünyaya
yayılmışdır.
Marko Polo,
venesiyalı səyyah
Qiymətli ipək parçadan tikilmiş paltarı ucuz, miskin pa-
lazdan tikilmiş geyimlə müqayisə edərək yazır ki, “Hökmdarla-
rın geydiyi sədrə və xara paltar əvəzinə bir palaz geyib daşlar
üzərində əyləşərəm.”
Əfzələddin Xaqani Şirvani,
Azərbaycan şairi
Azərbaycan xalçaları sadəcə xalça deyil, yun kitabələr-
dir!
Lev Qumilyov,
rus yazıcısı, tədqiqatçı
43
QƏRAR VƏ SƏRƏNCAMLAR
1920
1. İncəsənət аbidələrinin qоrunmаsı və qеydə аlınmаsı
hаqqındа: Аzərbaycan SSR İnqilаb Kоmitəsinin 1920-ci il 7
iyul tаrixli qərаrı [Mətn] //Kоmmunist.- 1920.- 8 iyul.- №56.
1959
2. Аzərbаycаn SSR-də xаlçа və xаlçа məmulаtı istеhsа-
lını dаhа dа аrtırmаq və keyfiyyətini yаxşılаşdırmаq tədbirləri
hаqqındа: Аzərbaycan SSR Nаzirlər Sоvеtinin 10 iyun 1959-cu
il tаrixli qərаrı [Mətn] //Аzərbaycan SSR Höкumətinin Qərаrlа-
rının Külliyyаtı, 1959.- №11.- S.3-5.
1968
3. Xаlq bədii pеşələrini dаhа dа inкişаf еtdirmək
tədbirləri hаqqındа: SSRİ Nаzirlər Sоvеtinin 1968-ci il 14
аvqust tаrixli qərаrı [Mətn] //SSRİ Nаzirlər Sоvеtinin Qərаr və
Göstərişləri.- 1968.- №18.- S.6.
1975
4. Xаlq bədii sənətləri hаqqındа: Sоv. İКP MК-nın
qərarı [Mətn] //Kоmmunist.- 1975.- 27 fevral.
1983
5. Аzərbаcаn SSR-də xalçaçılığın və xalça sənətinin
daha da inkişaf etdirilməsi tədbirləri haqqında: Аzərbaycan KP
MK və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı [Mətn]
//Ədəbiyyat və incəsənət.- 1983.- 27 may.- S.4.
44
1986
6. L.H.Kərimov yoldaşın Xalqlar Dostluğu ordeni ilə
təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin
fərmanı. Moskva, Kreml. 14 noyabr, 1986-cı il [Mətn]
//Ədəbiyyat və incəsənət.- 1986.- 21 noyabr.- S.5.
1998
7. “Azərbaycan Xalçası” Naxçıvan Muxtar Respub-
likası Dövlət Muzeyinin yaradılması haqqında. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı. Bakı, 16 mart 1998-
ci il [Mətn] //Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu.- 1998.- №3.- S.747-748.
1999
8.
K.M.Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
Bakı, 27 dekabr 1999-cu il //Azərbaycan.- 1999.- 28 dekabr.-
S.1.
2005
9. Azərbaycan xalça sənətinin qorunması və inkişaf
etdirilməsi haqqında: Azərbaycan Respublikasının Qanunu.
Bakı şəhəri, 7 dekabr 2004-cü il [Mətn] //Azərbaycan.- 2005.-
11 fevral.- S.1.
10. Azərbaycan xalça sənətinin qorunması və inkişaf
etdirilməsi haqqında: Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
Fərmanı. Bakı şəhəri, 7 fevral 2005-ci il [Mətn] //Azərbaycan.-
2005.- 11 fevral.- S.1.
|