72
görüncə, pırıldayıb uçmaq istərkən qızılquş balaları hücum edər, dərhal onu tutub
yeyərlər. Anası balalarına bu cür ovçuluq öyrədər. Balalarının bu zamanı anaları
üçün də qorxuludur, yaxın
gələrsə o saat hücum edib, onu da parçalarlar. Ona
görə də ovladığı quşla yuvasına yaxın bir ağaca qonar və özünə məxsus bir səslə
balalarını səslər. Onların uçub gəldiyini görüncə ovu buraxıb qaçır. Qızılquş
balalarını ovçular bu vaxtlar tutarlar. Yuvalarına yaxın bir yerdə tor qurub, içinə
toyuq, kəklik buraxarlar. Çır-çırpıdan, otlardan qayırdıqları
kiçik daxmalarda
gizlənib bir əllə torun ipini tutar, o biri əllə də sümsünü çalarlar. Qızılquş balaları
analarının ov gətirdiyinə aldanıb, özlərini tordakı quşun üstünə atanda ovçular ipi
tez çəkir, tor bağlanır, qızılquş balaları da torun içində qalırlar.
Qızılquş balaları bu zaman çox acıqlı olurlar.
Özlərini insan əlində əsir
görəndə ürəkləri partlar, insana heç alışmazlar. Ona görə də ovçular qızılquş
balalarını tutunca, iynə ilə göz qapaqlarını bir-birinə tikərlər. İki-üç gün ac saxlar
və yavaş-yavaş ət verib özlərinə alışdırdıqdan sonra göz qapaqlarını açırlar. Quş-
cuğazların acığı bu cür sönər, sahiblərinə alışarlar. Ovçular qızılquş, tula götürüb
ova çıxarlar. Tulalar kolların, qamışların arasına soxulub ördək, qaz, kəklik,
qırqovul və turacı qaldırınca qızılquş hücum eyləyib ovlar
(A.Şaiq).
Dostları ilə paylaş: