75
nicat yolu elə bu qapıda olacaq. Allah Hacı əminin kölgəsini bizim başımızın
üstündən əskik eləməsin öz birliyi xatirinə
(C.Məmmədquluzadə).
Kəndin camaatı
Məhəmmədə də,
Əliyə də heç nə demədi, amma onlar yola düzələndən sonra
kəndin qarşısındakı sıldırım qayalara yığışıb ardlarınca baxdı, arvadlar, qızlar,
gəlinlər qaçıb
evdən su gətirdi, Məhəmmədlə Əlinin ardınca atdılar və ağladılar
(Elçin).
Xacə Ənvər uzaqdan nəsə hiss elədi, hökmdardan rüsxət gözləməyib,
gəlib onun yanında dayandı
(Y.Səmədoğlu).
Şəxsiyyət
də gərək kamil olsun,
şəxsiyyət də gərək təmiz olsun, ülvi hislərlə yaşasın
(Elçin).
İsrafil
ağa yenə
özünü sındırmadı, ürəyində yatan aslan baş qaldırdı
(F.Eyvazlı).
Dəniz yaman
qabarıb ha! Elə bil sahil ona darlıq eləyir
(Ə.Babayeva).
Cahan
Pəhləvan yerini
rahatlayan kimi adəti üzrə sağ tərəfdə əyləşən rəisə baxdı
(H.İ.).
Xaricilər də hələ
mədəniyyəti bizdən əxz eləmişlər
(C.Cabbarlı).
Axtarır, arayır səadətini, dünyada
yeganə məhəbbətini
(Ə.Kərim).
İndicə
buludlar töküləcəkdir, ürəyi doludur
xatirələrin
(N.Kəsəmənli).
Dostları ilə paylaş: