76
I
Dil sənin şirin kəlamın tək kəlim olmuşdurur,
Can sana bir bəndeyi, əlbət qədim olmuşdurur.
İ.Nəsimi
Kuhikən künd eyləmiş min tişəni bir dağilən,
Mən qoparıb salmışam min dağı bir dırnağilən.
M. Füzuli
Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən,
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən.
Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz,
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən.
Cümlə aşiqlər səni görmək ümidin üzdülər,
Göz dikən yoluna bica bir dənizdir, bir də mən.
Bir zaman Məcnun idi divanı, səhra məskəni
İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən.
İ.Fəhmi
Dodağın qəndinə şəkər dedilər,
Cani-şirinə gör nələr dedilər?
Dedilər kim, dəhanı yoxdur onun,
Bixəbərlər əcəb xəbər dedilər.
İ.Nəsimi
Saqın, heç sorma! Bir divanəyəm mən,
Dəmadəm çırpınan pərvanəyəm mən.
H.Cavid
Söz verdim, söz adlı dəfinə verə.
Tək bircə ölümsüz qərinə yerə.
Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?
M.Araz
Şahmar adlı qardaşın olmayaydı, Fəxrəddin
də belə müsibəti görməyəydi
(N.Vəzirov).
Bir gün dərsdən sonra Xəzər məni qəribə bir yerə dəvət elədi
(Ə.Əbülhəsən).
Seyid Səmədə təklik əl verməyib, on altı-on yeddi yaşında bir qız
siğə eləyib ocağın qırağında əyləşdi
(Ə.Haqverdiyev).
Rəfiqim, mən şəxsin sima-
sından bilirəm ki, bu nə tövr adamdı
(C.Məmmədquluzadə).
Ox, simasında nə can
sevən məhrumiyyət
(C.Cabbarlı).
O
vaxt ki özümə gəldim, özümü xəlifənin
məşhur qara məxmərli çadırı altında gördüm
(Ə.Məmmədxanlı).
Təhminə maşının
güzgüsünü üzünə tuşlayıb, saçlarını düzəldirdi
(Anar).
Qulamın bufetindəki
şüşələrdən pivə töküb, bir-birinin sağlığına və bu pivəni bazardan alıb gətirənin
sağlığına içirdilər
(M.Cəlal).
Xətib xəlifə və
Atabəy Məhəmmədə dua etdiyi
zamanda da xalqın bu iki ada qarşı bəslədiyi mənfi münasibət bir daha özünü
göstərmiş oldu
(M.S.Ordubadi).
Neçə həftədir bir yol da cərimə verməmişəm
(M.Hüseyn).
Məsafə və zaman göz işləməyən bir zülmət
içində sanki öz həqiqi
ölçüsünü itirmişdi
(Ə.Məmmədxanlı).
Dostları ilə paylaş: