Bilal Həsənli Nazilə Abdullazadə


emosional-obrazlı ifadəlilik



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

emosional-obrazlı ifadəlilik 
adlanır.
1
Emosional-obrazlı ifadəlilik fikrin düzgün və dəqiq 
çatdırılmasını nəzərdə tutan məntiqi ifadəlilikdən təcrid olunmuş 
şəkildə başa düşülməməlidir. Oxu sənətinin bu iki istiqaməti nitqin 
təbiətinə və bədii ədəbiyyatın özünəməxsusluğuna uyğun olaraq sıx 
əlaqəlidir. 
 
Nitq intonasiyası. 
İntonasiya səsli nitqin, oxunun ifadəliliyini 
təmin edən başlıca vasitələrdən sayılır. Səsli nitqdə ifadəlilik səsin 
alçalması və ucalması, fasilə, ayrı-ayrı söz və ifadələrin xüsusi 
vurğu, səs çaları ilə fərqləndirilməsi, səsin tempi, tonu,intonasiyası, 
sevinc, kədər, heyrət, təəssüf, qəzəb, heyranlıq və s. çalarları vasi-
təsilə yaradılır. 
Məlumdur ki, nitqin məzmunu cümlədə işlədilən sözlərin məna 
çalarlarında əks olunur. Sözlər isə ayrı-ayrı səslərlə nitqin təsirlili-
yində mühüm rol oynayan intonasiyanın vəhdətindən yaranır. İnto-
nasiya nitqin cövhərini təşkil edir. İntonasiya şifahi nitqlə yanaşı, 
yazılı nitqdə də özünü biruzə verir.”Əlbəttə, mətn tonun ucalığını, 
uzunluğunu, səsin gücünü birbaşa göstərən musiqi notu deyil. Bu 
intonasiya əlamətlərinin heç biri mətndə qeyd edilmir. Bununla 
yanaşı, mətndə müxtəlif hərflərin birləşməsinə canlı danışıq nitqi 
baxımından yanaşılmasa, bunlar söz sayıla bilməz. Mətn oxucu 
1
Найденов Б.С., Завадская Т.Ф., Соловьева Н.М., Шевелев Н.Н. Вырази-
тельное чтение. Ленинград: Просв., 1990, с.17- 18. 


111 
tərəfindən oradakı intonasiyaya uyğun oxunmalıdır.Təsadüfi deyil 
ki, bədii söz ustaları ifadəliliyin mühüm vasitəsi olan intonasiyanı
nitqin təsirliliyinin yüksək forması adlandırmışlar”.
1
İntonasiya
– nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), 
ritmi (uzun və qısa, vurğulu və vurğusuz hecaların əlaqəsi), nitqin 
tempi və ya sürəti (müəyyən zaman ərzində sürətlə və ya yavaş 
tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), 
məntiqi vurğusu, tembri kimi hadisələrin məcmuyundan ibarət 
mürəkkəb dil hadisəsidir. Ə.Dəmirçizadənin qeyd etdiyi kimi, cox 
mürəkkəb, rəngarəng olan intonasiya hadisəsinin (avazlanma) də
ton (səsin alçalması,ucalması), sürət (nitqin surətlə və avazla), səsin 
gücü (nəfəsvermə, tələffüzün güclülüyü və zəifliyi), səsin duygulara 
parçalanması, durgu boyaları, yəni qorxu, sevinc, hallarına görə 
dəyişikliklərə ugraması kimi rəngarəng cəhətləri vardır.
2
İfadəli oxuda intonasiya ilk növbədə cümlədə məntiqi vurğunun 
və ara sözlərin müəyyənləşdirilməsinə imkan yaradır. Nitqin ritmik-
melodik komponenti kimi intonasiya oxunun emosional-ekspressiv 
gücünü artırır.
Cümlənin başlıca əlamətlərindən olan intonasiya onun qram-
matik cəhətdən də formalaşmasına xidmət edir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin