108
S.Vurğunun “Bahar”, H.Arifin “Təbiət düşünür” şeirlərinin ifası
zamanı birbaşa auditoriyaya müraciət edilir.
Dinləyicilərlə birbaşa ünsiyyət məktəb təcrübəsində geniş
yayılıb. Bu
ünsiyyət növü daha təsirlidir, nitqin təbii, anlaşıqlı
olmasına daha çox imkan verir.
2. Təsəvvür edilən, xəyalda canlandırılan subyektə və ya
obyektə müraciət.
Bu zaman ifaçı dinləyicilərlə
ünsiyyətə xəya-
lında canlandırdığı, nəzərdə tutduğu subyektə,
obyektə müraciət
etməklə, fikrən onunla danışmaqla girir. Təxəyyüldə canlandırılan
dinləyici ilə ünsiyyət dedikdə, ifaçı qarşısında olmayan dinləyiciyə
müraciət edir. Təxəyyüldə canlandırılan dinləyici ilə ünsiyyət zama-
nı müəyyən şəxsə, obyektə müraciətlə yazılan əsərlər (məsələn, N.
Gəncəvinin “Ayüzlü nigarım, kimə mehman olacaqsan”, İ.Nəsimi-
nin “Dilbəra, mən səndən ayrı”, S.Ə.Şirvaninin “Qafqaz müsəlman-
larına xitab,” M.Ə.Sabirin “Əkinçi”, Aşıq Ələsgərin “Yaylaq”,
“Dağlar” şeirlərinin, C.Məmmədquluzadənin “Ölülər”
əsərində
İsgəndərin monoloqunun, M.Müşfiqin “Oxu, tar”, Ə. Kərimin “İki
sevgi”, şeirlərinin ifası zamanı ünsiyyətin bu növündən istifadə
edilir.
Dostları ilə paylaş: