Bilal Həsənli Nazilə Abdullazadə


♦ Nümunələri intonasiya çalarlarına müvafiq ifadəli oxuyun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

♦ Nümunələri intonasiya çalarlarına müvafiq ifadəli oxuyun. 
 
Yuxuda dənizlər aşıb-daşırlar, 
Torpağa iz düşür, daşa iz düşür. 
Dalğalar sahillə pıçıldaşırlar, 
Mirvari qumlara qoşa iz düşür. 
Uçub qovuşursan uca buluda, 
Tor gəlmiş gözündən çəkilir duman. 
…Əl çatmaz dünyaya gedib yuxuda, 
Gənclik illərilə qovuşur insan. 
Üz-üzə durursan sən Günəşlə də,
Səadət durnanın telində gəlir. 
Hərdən görüşürsən, ilk görüşlə də, 
Evə ağ duvaqlı gəlin də gəlir… 
Yetimlik köç edir ömürdən bəzən, 
Yenə doğma ana tutur əlindən. 
Bu böyük aləmdir analı yuxu, 
Mənasız cahanda mənalı yuxu. 
Axdı gözlərindən yaş gildir-gildir, 
Yuxudan oyandın… yenə tənha-tək. 
Dünyanı dəyişmək dəhşət deyildir, 
Dəhşətdir bir daha yuxu görməmək. 
N.Xəzri
 
*** 
♦ 
O, gəlin köçəndə anası mücrü də qoydu cehizinin üstünə. «Gəlin mücrüsüz 
olmaz!» dedi. 
Nənə yadigarı idi bu balaca, naxışları solğun mücrü. İndi də onun qisməti 
oldu.
O, üzük, qızıl saat və sırğalarını qoyardı mücrüyə. Mücrü paltar dolabında 
ən yuxarı gözə qalxmışdı. Əzizlənirdi mücrü, sevilirdi mücrü… bir gün gəlin ana 
oldu, əri hədiyyə ilə evə gəldi. Açıldı mücrü, cavan ana qızıl boyunbağını qoydu, 


118 
örtüldü mücrü. 
Üçüncü… dördüncü… beşinci… 
Açıldı mücrü, örtüldü mücrü… 
Doldu mücrü… 
Atanı müharibə apardı. Ehtiyacla əlbəyaxa oldu ana. Gecəsi gündüzə
gündüzü gecəyə qarışdı ananın. Ancaq itirmədi özünü, itirə bilməzdi ana! 
Bir dəqiqə də işsiz durmadı, bir dəqiqə də. Lakin çatışmırdı qazancı. Beş 
uşağa çatışmırdı qazancı onun. 
Açıldı mücrü, örtüldü mücrü. Nişan şeyləri, ər hədiyyələri bazara ayaq 
açdı… 
Kədərlə açıldı mücrü, kədərlə örtüldü mücrü… 
Boşaldı mücrü… 
(G.Hüseynoğlu) 
 
*** 
Bir qayaya söykənmişəm, 
deyirəm kaş, 
Bax beləcə daşa dönəm
yavaş-yavaş 
Taleyimi qayaların taleyinə 
bağlayam mən, 
Daş ayaqlı, daş əlli bir insan kimi 
enib daşdan-daşa düşəm. 
Qayaların lal dilini başa düşəm, 
Onların daş qulağına bir daş atam, 
Qayaların keçmişini qayalara xatırladım. 
Deyəm: bir vaxt insan oğlu insan olub bu qayalar, 
Nər igidlər düşmən üstə gedən zaman 
Babalar da baş qaldırıb yer altında, 
Qaya kimi dayaq olub, yumruq olub, ox olublar 
Qaya döşlü qəhrəmanlar qayalıqda yox olublar, 
Bu torpağın taleyində o da elə bir gün idi. 
İgidlərin yaşaması daş olmaqla mümkün idi, 
Yoxsa onun qismətinə hardan düşə bu qədər daş!.. 
Siz ey qədim əfsanələr, 
Şerimə yağ, səsimə yağ. 
Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq 
Bu daşların, qayaların keçmişini oyadacaq, 
Ordu-ordu qayalıqlar insanlığa qayıdacaq. 
Bu basılmaz nərlər – ərlər, bu qaya sərkərdələr 
Onda məni – bir balaca daş
Əsgəri qoyar, yəqin, qoşulmaz bu cərgəyə, 
Qayaların keçmişini onda Vətən sanar məni 
Bir balaca Vətən daşı. 


119 
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı. 
M.Araz 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin